31
BEŞİNCİ DƏRS
İBTİDAİ DİNLƏR (2)
3. TOTEMİZM
Totempərəstlik də qədim bir e'tiqadi cərəyandır; bu dinin ardıcıllarına
hələ də
Amerika, Avstraliya və Afrikanın yarımvəhşi qəbilələri arasında rast gəlmək olur.
Əslində totem sözü Şimali Amerikanın yerli əhalisi ilə bağlıdır.
Sosioloqlar
totemizm sözünü e'tiqadi baxımdan Şimali Amerikanın yerli əhalisi ilə oxşar olan
dünyanın sair nöqtələrindəki yerli əhalinin əqidəsini bəyan edərkən işlədirlər.
Totem dedikdə hər hansı bir qəbilə tərəfindən pərəstiş olunub müqəddəs sayılan
bitki, heyvan və ya başqa bir şey nəzərdə tutulur. İbtidai insanlar müəyyən bir əşyanı
və ya heyvanı (daha çox heyvanlar və quşları), özləri üçün totem kimi seçir və ona
pərəstiş edirdilər. Onlar inanırdılar ki, ulu babalarının ruhu o quş, yaxud heyvanın
cisminə keçib. Bu ruh ölümdən sonra həmin quş, yaxud heyvan surətində qəbilənin
ətrafında gəzməyə başlamış və onları
himayə etməkdən əlavə,
həmin qəbilənin
sağlamlıq və xeyir-bərəkətinə də səbəb olur. Yerli əhali totem kimi qəbul etdikləri
həmin varlığı həqiqətdə özlərinin ulu babası və soyları hesab edirlər. Qəbilənin hər
bir üzvü öz nəslinin davam gətirib həyat sürməsində totemin istisnasız rolu olduğunu
zənn edir, onun ətinin yeyilməsini özlərinə və başqalarına qadağan edirdilər.
Totem kimi qəbul olunan həmin heyvanın, yaxud quşun nəsli davam etdiyindən,
onlar belə güman edirdilər ki, qəbilənin ulu babası əbədi olaraq totemin simasında
diri qalacaqdır. Deməli, totemizm həqiqətdə qəbilənin ulu əcədadına pərəstiş etmək,
başqa sözlə desək, o cəmiyyətin müştərək ruhu formasına düşmüş bir varlığa sitayiş
etmək deməkdir.
Qəbilə üzvləri xüsusi ibadət mərasimləri
təşkil edərək totemin hərəkət,
səs və
rəftarını təqlid etməyə çalışır, bununla da qəbilənin ulu əcdadına
itaət və
məhəbbətlərini izhar etmək istəyirlər.
Dostları ilə paylaş: