onları dəf etmək üçün sehrkarlıq və cadugərlikdən istifadə etmək lazımdır. Onlar
belə
təsəvvür edirdilər ki, sehr və cadu pis insanların şərrini dəf etməkdə tə'sirli
olduğu kimi, müharibələrdə, xəstəliklərin müalicəsində, fəlakət və çətinliklərin dəf
olunmasında da tə'sirli sayılır. Buna görə də hər iki əqidənin ardıcılları müəyyən bir
xəstəliyə tutulmuş şəxsin ətrafına yığışır, bə'zi kəlmələri uca səslə və xüsusi avazla
oxumaqla, yaxud quşların uçuş hərəkətlərini təqlid etməklə özlərinə təlqin edirlər ki,
guya quşlar ətrafda qanad çalıb uçduqları kimi, xəstəlik də bu şəxsdən qaçacaqdır.
Yaxud onlar quraqlıq illərində xüsusi bir mərasim təşkil edərək qablarla havaya su
atırlar və öz söylədikləri kimi bununla yağışa ethiyaclı olduqlarını xatırlatmaq
istəyirlər. Onlar inanırlar ki, bu iş yağışın yağmasına səbəb olur.
ƏRƏBİSTAN YARIMADASINDA ANİMİZM
Ərəbistan yarımadasında bə'zi ərəb qəbilələri bütpərəstliklə yanaşı, xeyirxah və şər
ruhlara, ay, günəş, ulduzlar və s. göy cisimlərinin ruha malik olduğunu güman edərək
onlara sitayiş edirdilər. Bə'zi qəbilələr isə mələkləri Allahın qızları hesab edərək,
onlara ilahi əzəmətin məzhəri gümanı ilə pərəstiş edir və bununla da bir növ onların
məhəbbət və rəğbətini qazanmaq istəyirdilər. Bə'ziləri də şeytanlara pərəstiş edərək
onların təhlükəsindən qorunmaq və onların zərərlərini dəf etməyə çalışırdılar.
Burada
cinlərə pərəstiş də mövcud idi; çünki onlar qaranlıq, səssiz-səmirsiz və
qorxulu Ərəbistan səhralarında və çöllərində keçirdikləri şiddətli qorxu hisslərinə
görə onlara pərəstiş edirdilər. Çünki onlarda belə bir inanc vardır ki, səhralar cinlərin
ixtiyarındadır; onların rəğbət və məhəbbətini qazanaraq
qorxu və vəhşətdən xilas
olmaq üçün cinlərə və onların allahlarına pərəstiş etmək lazımdır. Ərəblər bu işlə
sanki özlərini cinlərin pənahında hiss edirdilər. Həmin ərazilərdə yaşayan Bəni-
Xuzaə qəbiləsinin bir qolu olan Bəni-Məlih sülaləsi cinpərəstliklə tanınmışdı. Bə'zi
ərəb qəbilələri, o cümlədən Himyər qəbiləsinin bə'zi üzvləri, Yəməndə Səba tayfası,
Bəni-Təmim, Bəni-Ləxim, Bəni-Xuzaə tayfalarından bə'ziləri
də göy cisimlərinə
pərəstiş edirdilər.
Qeyd etmək lazımdır ki, göy cisimləri səhra ərəblərinin həyatında yüksək
əhəmiyyətə malik idi. Onlar ay, günəş və ulduzlardan, yolun və istiqamətin tə'yin
olunmasında istifadə edirdilər. Bu məsələlər də göy cisimlərinə həddən artıq diqqət
yetirilməsinə və nəticədə tədricən onlara məhəbbət göstərmələrinə səbəb oldu.
Zaman keçdikcə bu iş göy cisimlərinin müqəddəs sanılmasına və onlara pərəstiş
olunması ilə yekunlaşdı nəticədə belə bir e'tiqad yarandı ki, səmavi cisimlər ruha,
əsraramiz
qüvvəyə malikdir, insanların həyatında birbaşa tə'yinedici rol oynayır.
Ulduzların bəxt ulduzları və günlərin də yaxşı və pis günlərə bölünməsi də bu
fikirlərdən doğmuşdur.
Beləliklə bütün əşyalarda, təbii varlıq və hadisələrdə ruhun varlığına inanmaq,
div, pəri və s. qorxulu surətlərə və xəyali varlıqlara e'tiqad bəsləmək, onların
29
30
səhralarda,
meşələrdə, xarabalıqlarda olmasını zənn etmək, bu kimi varlıqların
xariqul'adə və son dərəcə böyük qüdrətə malik olmasını təsəvvür etmək bütünlüklə
animizm təfəkkürünün məhsuludur. Qədim xalq ədəbiyyatında div, pəri və s. qeyri-
adi varlıqlar haqda çoxlu hekayələrin mövcud olması keçmişdə belə bir e'tiqad və
fikrin geniş yayılmasının aşkar sübutudur. Hal-hazırda da bə'zi cəmiyyətlərdə bu
kimi inanclar istər rəsmi, istərsə də qeyri-rəsmi şəkildə animizm
tərzi-təfəkkürünün
tə' sirləri kimi müşahidə olunmaqdadır.
Dostları ilə paylaş: