Sosioloqlar fetişizmi ən ibtidai bir din hesab edir və onu sair dinlərin mənşəyi
sayırlar. Onların fikrincə bu cərəyan ilk əvvəllər bə'zi təbii əşyalara sitayiş və ibadət
formasında idi; zaman keçdicə insanlar daşdan, taxtadan və s. şeylərdən hazırlayıb
müxtəlif şəkillərə saldıqları əşyalara da ibadət və pərəstiş etməyə başladılar. Bu
baxımdan fetişizmi bütpərəstliyin mənşəyi hesab etmək olar.
Qeyd etmək lazımdır ki, daşdan, taxtadan, xurmadan və s. əşyalardan müxtəlif
formalarda bütlər düzəldib onlara sitayiş edilməsi Misir, Aşur, Babildən tutmuş
Yunanıstan, Roma, Hindistan və Çin xalqlarına qədər bütün qədim tayfa və
millətlərin hamısında ən adi bir iş olmuşdur.
Həzrət İbrahim (ə) və ondan sonrakı ilahi peyğəmbərlərin gəlişindən sonra
bütpərəstliyin qarşısı alındı, tovhid və təkallahlıq əqidəsi onu əvəz etməyə başladı.
Müasir dövrdə insanların əksəriyyəti İbrahim (ə)-a məxsus olan dinlərin ardıcılları
olmasına baxmayaraq, fetişizm və bütpərəstliyin tə'sirləri hələ də dünyanın ayrı-ayrı
məntəqələrində müxtəlif formalarda müşahidə olunur.
Hindistanda üçlük təşkil edən mə'budlara (Vişno, Şiva, Brahma) sitayiş
olunmasını, yaxud orada Buddanın ardıcıllarının daşdan, taxtadan, metaldan və digər
şeylərdən Buddanın heykəlini düzəldərək ona sitayiş etməsini müasir dövrün
fetişizm nümunələrindən hesab etmək olar.
Dostları ilə paylaş: