26
DÖRDÜNCÜ DƏRS
İBTİDAİ DİNLƏR (1)
FETİŞİZM VƏ ANİMİZM
İlk insan cəmiyyətləri ilə əlaqədar aparılan sosioloji tədqiqatlar göstərir ki, ibtidai
insanların dini e'tiqadları əsasən üç təfəkkür tərzi üzərində qurulmuşdur:
1.
Fetişizm;
2.
Animizm;
3.
Totemizm.
Bu kimi e'tiqadlar üçün müəyyən və vahid bir tə'sisçi və bani göstərmək mümkün
deyildir; amma sırf bu e'tiqadların mövcud olması onu göstərir ki, insanlar xilqətin
əvvəlindən təbiətin fövqündə olan həqiqətlərə e'tiqad bəsləmişlər. Amma onlar bu
barədə düzgün dərk etmədikləri üçün, eləcə də ilahi rəhbərlərdən uzaq düşmələri,
xalis e'tiqadın olmaması ucbatından müxtəlif təhriflərə mə'ruz qalmış, xurafat və
mövhumatlara üz tutmuşlar. Bizim ibtidai insanların varlıq aləminin həqiqətlərinə
baxışı barədə zəngin və dərin mə'lumata malik olmağımız üçün növbəti iki dərsdə
bu üç təfəkkür tərzini izah edəcəyik.
1. FETİŞİZM
Fetişizm (Fetish) - Portuqaliya mənşəli bir kəlmə olub sehr və cadu mə'nasını ifadə
edir. Portuqaliyalılar bu kəlməni Afrikanın qərb sahillərini kəşf etdikləri zaman yerli
zənci əhalinin müqəddəs sayıb sitayiş etdikləri əşyalar barəsində işlədirdilər. Onlar
bu sözdən təbiətin fövqündə dayanan varlıqların tə'sirlərini,
məsələn düşmənlərin
şərrinin dəf edilməsini nəzərdə tuturdular. Buna görə də demək olar ki, “fetiş”
kəlməsi terminologiyada müqəddəs bir şey, fetişizm isə onun sitayiş olunduğu dinə
deyilir. İbtidai insanlar inanırdılar ki, xüsusi formada yonulmuş heyvan buynuzları,
kiçik daş qırıntıları, taxta və filiz kimi təbii əşyalardan bə'ziləri, xariqul-adə qüdrətə
malikdirlər; cahandakı hadisə və varlıqlara tə'sir göstərə bilirlər. Buna görə də həmin
əşyaları müqəddəs sanaraq onlara ehtiram qoyur, xüsusi şəkildə pərəstiş etməklə öz
həyatlarındakı məqsədlərinə çatmaq üçün onlardan kömək diləyirdilər.
Fetişlər iki yerə bölünürdü: Onlardan bə'zilərinin tilsim gücünə malik olduğu zənn
edilir, bə'zilərindən isə qoruyucu və pənah yeri kimi istifadə olunurdu. Birinci qrup
törədici yönə malik idi; onlardan düşmənlər qarşısında maneə yaratmaq üçün istifadə
edirdirlər. İkinci qrup isə dəfedici və
qoruyucu xüsusiyyətə malik idi; onlardan
düşmənləri, yırtıcı heyvanları, təbii fəlakət və müsibətləri dəf etmək üçün istifadə
olunurdu.
Sosioloqlar fetişizmi ən ibtidai bir din hesab edir və
onu sair dinlərin mənşəyi
sayırlar. Onların fikrincə bu cərəyan ilk əvvəllər bə'zi təbii əşyalara sitayiş və ibadət
formasında idi; zaman keçdicə insanlar daşdan, taxtadan və s. şeylərdən hazırlayıb
müxtəlif şəkillərə saldıqları əşyalara da ibadət və pərəstiş etməyə başladılar. Bu
baxımdan fetişizmi bütpərəstliyin mənşəyi hesab etmək olar.
Qeyd etmək lazımdır ki, daşdan, taxtadan, xurmadan və s.
əşyalardan müxtəlif
formalarda bütlər düzəldib onlara sitayiş edilməsi Misir, Aşur,
Babildən tutmuş
Yunanıstan, Roma, Hindistan və Çin xalqlarına qədər bütün qədim tayfa və
millətlərin hamısında ən adi bir iş olmuşdur.
Həzrət İbrahim (ə) və ondan sonrakı ilahi peyğəmbərlərin
gəlişindən sonra
bütpərəstliyin qarşısı alındı, tovhid və təkallahlıq əqidəsi onu əvəz etməyə başladı.
Müasir dövrdə insanların əksəriyyəti İbrahim (ə)-a məxsus olan dinlərin ardıcılları
olmasına baxmayaraq, fetişizm və bütpərəstliyin tə'sirləri hələ də dünyanın ayrı-ayrı
məntəqələrində müxtəlif formalarda müşahidə olunur.
Hindistanda üçlük təşkil edən mə'budlara (Vişno, Şiva, Brahma) sitayiş
olunmasını, yaxud orada Buddanın ardıcıllarının daşdan, taxtadan, metaldan və digər
şeylərdən Buddanın heykəlini düzəldərək ona sitayiş
etməsini müasir dövrün
fetişizm nümunələrindən hesab etmək olar.
Dostları ilə paylaş: