SeyiD ƏHMƏd mahmudi /j


CİNSİ NƏZƏRİYYƏ: (FREYDİZM)



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə13/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   9   10   11   12   13   14   15   16   ...   200
Dinlərlə tanışlıq

5. CİNSİ NƏZƏRİYYƏ: (FREYDİZM) 
Bu nəzəriyyə Freyd tərəfindən onun psixologiya və psixopatologiyasında irəli 
sürülmüşdür. Freydə görə bütün ictimai, psixoloji və əxlaqi hadisələrin mənşəyi cinsi 
meyllərdən qaynaqlanır. Onun nəzərinə görə, cinsi meyl insanda, qidalanmağa doğru 
təhrik edən iştahaya oxşar bir təsəvvür formasında mövcuddur - o da bir növ 
ödənilməyə və tə'min olunmağa ehtiyaclıdır. Əlbəttə Freydin nəzərində cinsi meyllər 
deyildikdə, onun ümumi şəkildə başa düşülən cinsi ehtiraslar məfhumundan daha 
geniş mə'nalar kəsb edilir. Bu nəzəriyyəyə əsasən uşağın ana döşünə olan meyli
qızın ataya, oğlanın anaya, yazıçının öz yazdığı əsərə olan rəğbəti də cinsi 
meyllərdən irəli gəlir. Bu ehtirasların qarşısı müəyyən vasitələrlə alındıqda, onlar 
gizli şəkildə insanın özünün agah olmadığı batində qalır və fürsət yaranan zaman 
qeyri-ixtiyari olaraq agah batinə varid olur və özünü tə'min edir. 
Freyd öz nəzəriyyəsinin hüdudlarını daha da artıraraq onu əxlaqi və mə'nəvi 
dəyərlər sərhəddinə qədər genişləndirmişdir. O iddia edirdi ki, insanların dinə və 
Allaha itaətə meylliliyi, qarşısı alınmış cinsi ehtirasları tə'min etməkdən başqa bir 
məqsəd daşımır. 
Freyd öz nəzəriyyəsini ibtidai insan cəmiyyətlərindən bir əfsanə nəql etməklə şərh 
edir. Qeyd edir ki, ibtidai icma quruluşunda ata qəbilənin başçısı olduğuna görə 
qəbilənin bütün qadın və qızlarını öz ixtiyarında saxlayaraq öz oğlanlarına qadınlarla 
cinsi əlaqədə olmağa icazə vermir və onları öz rəqibi hesab edirdi. Atanın kobud 
rəftarından cana doyan oğlanlar əlbir olaraq öz atalarını qətlə yetirir və onun cəsədini 
yeyirlər; bu işlə onlar həm ondan intiqam alır və həm də öz cinsi ehtiraslarını tə'min 
etmək yolunda mövcud olan maneəni aradan qaldırırlar. Amma belə etdikdən sonra 
öz əməllərindən hədsiz dərəcədə peşman olur və nəticədə atalarının onlara qadağan 
etdikləri şeyləri özlərinə haram edirlər; etdikləri əməllərdən sonra düçar olduqları 
iztirab və peşmançılıq hissini özlərindən uzaqlaşdırmaq üçün bir heyvanı totem kimi 
seçərək, onu öz atalarının canişini adlandırır, qəbahətli işlərinin tə'sirini azaltmaq 
üçün bu heyvanı öldürməyi özlərinə qadağan edirlər. Tarix boyu tədricən simvolik 
olaraq totem və ata simvolu olan həmin heyvan allaha çevrilərək qəbilə üzvləri 
tərəfindən sitayiş olunmuşdur. 


24 
Bu nəzəriyyəni araşdırarkən aşağıdakı məsələlərə diqqət yetirmək zəruridir: 
1. Bu nəzəriyyənin ən əsas məqamları ibtidai dövrlərə aid olan əfsanələr üzərində 
qurulub və onların həqiqət və düzgünlüyü barədə əldə heç bir mö'təbər sənəd yoxdur; 
onun elmi cəhətdən isbat edilməsi də mümkün deyildir. Özümüzü bu kimi əfsanələrə 
inandırmağa çalışsaq da belə, ibtidai insanların dinə meyl göstərməsində qeyd 
olunan amillərin əsas səbəb olmasını və bu hadisələrdən öncə allaha heç bir şəkildə 
e'tiqad bəslənilməməsini necə isbat etmək olar? 
2. Əgər Allaha inam, zahir olmağa imkan tapmayan və bir növ cilovlanmış cinsi 
ehtiraslardan doğmasını qəbul etsək, onda öz cinsi istəklərinin qarşısında heç bir 
maneə görməyən və bu hissləri müntəzəm olaraq doyurulan şəxslərin arasında 
Allaha inanan bir kimsə tapmaq mümkün olmamalıdır. Halbuki real gerçəklik bunun 
əksini təsdiq edir. 
3. İnsana yalnız bir yöndən nəzər salmaq, onun yalnız cinsi ehtiraslarını əsas 
tutmaq və sair istəklərini nəzərə almamaq heç bir şəkildə elmi əsasla əsaslandırıla 
bilməz. İnsanın gözəlliklərə, xüsusilə mə'nəvi gözəlliklərə, yüksək əxlaqi 
keyfiyyətlərə, elm mənimsəməyə, həqiqətləri öyrənməyə və s. işlərə qarşı olan 
marağı cinsi meyllərin əsas götürülməsi ilə necə uyğun gələ bilər və ya necə izah 
edilə bilər? 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin