SeyiD ƏHMƏd mahmudi /j


Bəxt və taleyə inamın dinə yönəlmənin səbəblərindən biri hesab etmək



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə11/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   7   8   9   10   11   12   13   14   ...   200
Dinlərlə tanışlıq

2. Bəxt və taleyə inamın dinə yönəlmənin səbəblərindən biri hesab etmək 
olarmı? 
3. Dinə yönəlmənin əsas amilləri hansılardır? 
İkinci dərsdə insanın dinə yönəlməsi və Allaha e'tiqad bəsləməsi barədə olan üç 
nəzəriyyə aydınlaşdırıldı. Bu dərsdə isə digər üç nəzəriyyə araşdırılaraq təhlil 
olunacaqdır. 
4. İQTİSADİ AMİL NƏZƏRİYYƏSİ: 
Bu nəzəriyyə marksizm ideologiyasında irəli sürülmüşdür. Marksizm ictimaiyyət 
tarixində və cəmiyyətdə baş verən bütün dəyişiklikləri iqtisadi zərurətlərdən doğan 
bir nəticə hesab edir. Bu ideologiyaya görə bəşəriyyət tarixi həqiqətdə sinfi 
mübarizələr tarixindən ibarətdir ki, onlar da hər bir dövrdə və istehsal əlaqələrini və 
münasibətləri nəticəsində meydana gəlmişdir. Marks və Engels deyir: “ - 
İndiyənədək mövcud olan ictimai tarix bütünlüklə sinfi mübarizələr tarixindən 
ibarətdir. Ağalar və qullar, feodallar və kəndlilər, burjuaziya və fəhlə sinfi və 
ümumiyyətlə istismar edən və istismar olunan siniflər daim bir-biri ilə ziddiyyətdə 
olmuş, sonu görünməyən çəkişmələrlə bə'zən gizlin, bə'zən də aşkar şəkildə 
mübarizə apararaq öz həyatlarını davam etdirmişlər; bu qarşıdurmalar bə'zən 
ictimaiyyətdə inqilabi dəyişikliklərlə nəticələnmiş, bə'zən də mübarizə aparan 
siniflərin hər ikisinin məhv olması ilə sona çatmışdır.” 
Bu nəzəriyyəyə əsasən, ictimai dəyişikliklərin əsas amili sinfi ziddiyyətlər və bu 
zəmində aparılan mübarizələrdir. İctimai təbəqələşmənin özü də bir növ istehsal 
münasibətlərindən irəli gəlir. Əmək alətlərinin inkişafı nəticəsində istehsal 
münasibətlərində dəyişikliklər yaranır və bunun ardınca da tarixi zərurət olaraq 
ictimai dəyişikliklər prosesi başlanır. Marksizm nəzəriyyəsinə görə iqtisadiyyat 
cəmiyyətin bazisini təşkil edir; din, məzhəb və bu kimi ictimai dayaqlar da üst qurum 
hesab olunur. Aydındır ki, hər bir cəmiyyətin üst qurumu hakim təbəqənin mənafeyi 
əsasında formalaşır. Din də varlı sinfin mənafeyini qorumaq üçün hakim təbəqə 
tərəfindən icad edilir. Bu yolla bir növ istismarçı qüvvələrin istismar olunan təbəqə 
üzərindəki hakimiyyətinə zəmanət verilir və cəmiyyətdə əzilən kütlənin e'tirazına 
son qoyulur. Lenin bu barədə deyir: “ - Din daima başqaları üçün çalışıb əziyyət 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin