32
Totem qəbilə üzvlərinin milli simvolu,
tayfa nişanəsi, bayraq və gerb surətində
olmuş, qəbilə üzvlərinin bir-birinə bağlılıq və birlik amili sayılmışdır. Bu simvollar
müxtəlif qəbilələri bir-birindən ayırmaqda seçilməkdə yeganə amil hesab olunur.
Hər bir qəbilə üzvü adətən toteminin heykəlini və ya şəklini evinin qapısında yaxud
meydanlarda həkk etdirir, öz bədəninin müxtəlif
nahiyəsinə dərinin üzərinə
döydürür, bə'zi vaxtlarda hətta ölən şəxslərin cənazəsi üzərində də çəkirdilər. Qəbilə
üzvlərindən bə'ziləri çalışırlar ki, öz zahiri quruluşlarını da totemin şəklinə salsın.
Misal üçün qəbilənin totemi quş olarsa, onlar öz başlarına, sinələrinə və bədənlərinə
o quşun lələklərini yapışdırırdılar; totemi buynuzlu heyvanlardan olan qəbilə üzvləri
isə ona tabe olaraq öz başlarına buynuz vururdular.
b) Mana: (Mana)
Mana qeyri-müəyyən və mistik həyat qüvvəsi ilə hər yerdə pərakəndə vəziyyətdə
dolaşan, canlı və ya cansız, müqəddəs və qeyri-müqəddəsliyindən asılı olmayaraq,
məxluqat arasında mövcud olan əfsanəvi bir varlıqdır.
“Mana” kəlməsinin kökü şimali-şərqi Avstraliyanın Malineziya adalarında
yaşayan xalqların dilindən götürülmüşdür. Manaya etiqad bəsləmək dünyanın bir
çox nöqtələrində yaşayan xalqlar arasında müşahidə olunduğundan, sosioloqlar
“mana” kəlməsini mistik qüvvənin varlığından başa
düşülən elmi ifadə kimi
işlədirlər. Hər bir yerdə mana ilə əlaqədar xüsusi qayda-qanunlar və adət-ən'ənələr
mövcud olmasına baxmayaraq, bu əqidənin ardıcıllarının hamısı müştərək
fikirdədirlər; onların inancına görə hər bir varlıqda namə'lum və mistik bir qüdrət
vardır ki,
qeyri-təbiidir, onun fəaliyyətləri mananın təbii həyat qüvvəsinin
fövqündədir, müəyyən şəxslərin vasitəsilə, yaxud diri
və hərəkətdə olan şeylərin
vücudunda zahir olur. Onun belə bir xüsusiyyəti vardır ki, cansız əşyalardan
canlılara, bir şəxsdən başqa bir şəxsə və ya müəyyən şəxslərdən cansız əşyalara keçə
bilir.
Səhra və çöllərdə yaşayan qəbilələr çox qüdrətli nəzərə çarpan hər bir şəxs, yaxud
heyvan qarşısında özlərinin acizliklərini hiss etdikləri üçün onların mana qüvvəsinə
malik olduğunu zənn etmişlər. Buna görə də bu qüvvənin qarşısında
özlərini
qorumaq, gündəlik fəaliyyətlərində ondan kömək istəmək, yaxud öz fiziki
qüvvələrini artırmaq üçün ona müqəddəs bir varlıq kimi yanaşmış
və onlara
sitayişolunma dərəcəsinə qədər xüsusi diqqət yetirmişlər.
Dostları ilə paylaş: