22
deyir:
“ - Din, xəyali təsəvvürlərdən ibarət olduğuna və hakim təbəqə vasitəsilə
xalq kütlələrini aldatmaq məqsədi ilə yayıldığına görə məhkum olunmuşdur.
Bununla belə, din xalq kütlələrinin itaəti və zülmə dözməsi üçün bir vasitə olaraq
yaradılmamışdır, bu inanclar xalqın öz içərisindən qalxmışdır. Amma buna
baxmayaraq, həmin əqidələr istismarçı qüvvələrin mənafeyini himayə etməkdə bir
növ vasitə, başqa insanlara qarşı vəhşilik hissini aşılamaqda və bu əmələ bəraət
qazandırmaqda bir alət olduğu üçün məhkum olunmuşdur.”
Marksizm nəzəriyyəsinin din barəsində olan mövqeyi belədir ki, din xalq kütlələri
üçün bir növ tiryək və narkotikdır.
Marksizmin dinə yönəlmə haqda söylədiyi nəzəriyyəyə bir neçə irad tutulmuşdur.
O cümlədən:
1. Əgər dinin iqtisadi maraqlarla bağlı olduğunu qəbul etsək, hasil olan ən böyük
nəticə bu olacaq ki, varlı sinif yoxsul təbəqə üzərində olan istismarçılıq siyasətlərini
möhkəmləndirmək üçün din və imandan sui-istifadə etmişlər. Bu o demək deyil ki,
dini hakim sinif icad etmişdir. Konfursun sözlərində də dinin xalq kütlələrinin
arasından qalxdığı göstərilir. Buna əsasən də yalnız
belə iddia oluna bilər ki, din
iqtisadi amillər deyil, başqa səbəblər əsasında xalq arasında meydana gəlmişdir.
Amma hakim sinif aldatmaq və təhrif etməklə bu dini e'tiqadlardan öz mənafeyini
qorumaq, cəmiyyətin aşağı təbəqələri üzərində
olan hakimiyyətlərini davam
etdirmək üçün sui-istifadə etmişlər. Əlbəttə, bu sözdə müəyyən mə'nada həqiqət
vardır; unutmaq olmaz ki, tarix boyu dəfələrlə hakim siniflər dindən öz hakimiyyət
və istismarçı siyasətlərini qüvvətləndirmək üçün bir vasitə kimi faydalanmışlar.
Amma bu kimi sui-istifadələri bəşər cəmiyyətlərində
dinə yönəlmənin və dini
formalaşmanın əsas amili hesab etmək olmaz.
2. Marksizm nəzəriyyəsində ictimai tarix beş mərhələyə bölünür ki,
onun ilkin
mərhələsi ibtidai icma quruluşu adlanır; bu quruluşda heç bir ictimai təbəqə və sinif
mövcud olmamışdır. Belə bir sual yaranır ki, əgər din sinfi ziddiyyətlərdən doğan
qarşıdurmanın nəticəsidirsə, onda ibtidai icma quruluşu dövründə dinə yönəlməni
necə izah etmək olar?
Bütün bəşər tarixini tədqiq edən tədqiqatçıların fikrinə görə insanlar həyatın ilk
mərhələlərindən
başlayaraq, müəyyən yollarla təbiətin fövqündə dayanan
həqiqətlərə əqidə bəsləmişlər; bu barədə kifayət qədər tarixi sübutlar da mövcuddur.
Bu halda görəsən marksistlər belə bir e'tiqadın ictimai
təbəqələşmədən meydana
gəlmədiyini necə əsaslandırırlar?! Onların öz e'tiqadına görə ibtidai icma
quruluşunda insanlar arasında heç bir çəkişmə və ziddiyyət olmamışdır;
çünki
istehsal vasitələri hansısa bir qrupun ixtiyarında deyildi.
3. Tarix açıq-aşkar sübut edir ki, yüksək rifahda və firavanlıqda yaşayan bir çox
şəxslər də dinə üz tutmuşlar. Əgər dini hakim sinfin quraşdırdığı bir şey və istismar
olunan təbəqəni itaətə vadar etmək vasitəsi hesab etsək, bu kimi meyllər necə izah
oluna bilər?
23
4. Bəşər tarixində istismarçıların və hakim sinfin dindən sui-istifadə etməsi faktı
qəbul olunası bir məsələdir. Amma bu məsələni ümumi bir qayda olaraq bütün
zamanlarda olan dinlərə aid etmək olmaz. Çünki əvvəla, peyğəmbərlərin özləri də
istismarçılar, zalımlar və hakimlər əleyhinə ciddi mübarizələr aparmışlar; ikincisi,
mö'minlərin zülm və ədalətsizliklə mübarizə aparması və istismarçıların
aldatmalarının müqabilində ayıq-sayıq olması üçün peyğəmbərlər tərəfindən bir çox
tə'limlər gətirilmişdir ki, onları marksizm nəzəriyyəsi əsasında izah etmək mümkün
deyildir.
Dostları ilə paylaş: