40
1. Fövqəl-bəşər güclərlə əlaqədar təfəkkür tərzi burada əzəli və vahid Allahın
varlığı, növlərin rəbbi, qəbilənin ulu babasının ruhu və s. məsələlərdə dinlər arasında
çoxlu fərqlər və fikir ayrılıqları nəzərə çarpır.
2. Qurbanlığın seçilməsi; onun növündən asılı olaraq, heyvanlardan tutmuş insana
və hətta qəbilənin ən əziz üzvlərinin qurbanlıq edilməsi baxımından fərqlər var.
3. Qurbanlıq etməkdə məqsəd və niyyətlərin fərqli olması.
9. ÖLÜLƏRƏ HÖRMƏT QOYULMASI
İbtidai insanlar ölülərə, xüsusilə öz ulu babalarına xüsusi hörmət bəsləyirdilər. Bu
kimi ehtiramlar bə'zi hallarda pərəstiş və sitayiş həddinə cəlib çatırdı. Onların
e'tiqadına
müvafiq olaraq, heç bir insan, hətta heç
bir heyvan öldükdən sonra
tamamilə məhv olub aradan getmir və ölümdən sonra onun ruhu əbədi qalaraq
insanlar arasında dolanır. Ruhlar ölümdən sonra heyvanların,
yaxud müxtəlif
əşyaların vücuduna da daxil ola bilər. Bu e'tiqada əsasən ibtidai insanlar ölülərə
hörmət qoyulması və onların ehtiramının qorunub saxlanılmasını
özlərinə vacib
hesab edir, ölülərinə əzab-əziyyət verilməsinə mane olurdular. Onlar inanırdılar ki,
ölülərlə bağlı qadağalara riayət edilməməsi, onlara hörmətsizlik
ölülər tərəfindən
onlara əzab-əziyyət, çətinlik və bəla gəlməsinə səbəb ola bilər.
Dostları ilə paylaş: