SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə24/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   20   21   22   23   24   25   26   27   ...   200
Dinlərlə tanışlıq

4. TABUYA E'TİQAD 
Keçən dərsdə tabu barədə müfəssəl bəhs olundu. Burada qeyd ediləsi məqam 
bundan ibarətdir ki, tabuya e'tiqad sırf totemizm ayini üçün xarakterik deyildir, bu 
e'tiqad bütün ibtidai dinlərdə müxtəlif adlarla, müxtəlif formalarda və müəyyən 
mə'nada oxşar tərzdə mövcud olmuşdur. 
Qısa şəkildə izah etmək istəsək, tabu bütün qəbilə üzvlərinin totemə, ruha və 
onların müqəddəs və möhtərəm saydıqları hər bir şeyə hörmət və çərçivənin 
gözlənilməsinə deyilir. 


38 
5. TƏMİZLƏNMƏ VƏ PAKLANDIRMA 
Tabuya hörmət və ehtirama riayət vacib olduğundan, ibtidai icmaların üzvləri bu 
qaydalardan çıxaraq onları pozan hər bir şəxsi çirkli və nəcasət sayırdılar. Doğuş, 
ölüm, qan tökmək, tabuya toxunmaq, qana bulaşmaq və s. işlər insanın 
murdarlanmasına səbəb olurdu. Onların nəzərində bu kimi işlər qəbilə üzvlərinin 
həyatında və hətta bütün canlılar üçün xoşagəlməz dolaşıq vəziyyətlərin yaranmasına 
səbəb ola bilərdi. Buna görə də onlar öz ruhlarını paklaşdırmaq üçün xüsusi ritual və 
mərasimlər keçirirdilər. Belə rituallardan oruc tutmaq, baş qırxdırmaq, dırnaq 
tutmaq, bədəni yerə çırpmaq, tüstünün qarşısında dayanmaq, odun içində qaçmaq, 
suyun üstündən tullanmaq, qanla bədəni yumaq, yaxud bədənin hər hansı bir üzvünü 
yaralamaq və s.-ni qeyd etmək olar. Adətən bu əməllər xüsusi dua və zikrlərin 
müşayiəti ilə icra olunurdu. 
6. DİRİ ZƏNN ETMƏ 
Daş dövründə yaşamış ibtidai qəbilələr, eləcə də müasir dövrdə həmin əqidələrlə 
uyğun həyat sürən insanlar varlıq aləminin bütün ünsürlərini diri və canlı hesab 
edirlər. Onların e'tiqadına görə bütün əşyalar və cansız varlıqlar insanlara və yaxud 
əşyalara tə'sir göstərə biləcək gizli bir ruha malikdirlər. Bu ruhlarda insanların ruhuna 
bənzər xüsusiyyətlər, duyğu, hisslər olduğu üçün iradə və qüdrətlərilə bütün aləmi 
əhatə edə bilər və bu zaman həddindən artıq təhlükəli və zərərli olurlar. Müvafiq 
olaraq, insanlar da onları razı salıb sevindirə bilsələr, həyatda xeyir-bərəkət
firavanlıq, rahatlıq və uğur əldə edə bilərlər. Bu ruhların razılığını qazanmağın yolu 
qarşısında sədaqət, vəfadarlıq və dərin ehtiram hissini izhar etməkdir. 
İbtidai icmalar arasında əşyaların və cansız varlıqların ruha malik olma əqidəsi o 
qədər inkişaf etmişdi ki, hətta onlardan bə'ziləri dağ, daş, dəniz və s.-nin də erkək və 
dişi cinsinə mənsub olduğuna inanmış və onların izdivacından, vüsalından başqa dağ, 
daş və dənizlərin yarandığını güman etmişlər. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin