36
ALTINCI DƏRS
İBTİDAİ DİNLƏR (3)
İBTİDAİ DİNLƏRİN ORTAQ XÜSUSİYYƏTLƏRİ
İbtidai dinlərin müxtəlif fərqlərlə yanaşı, çoxlu ortaq cəhətləri də vardır. Bu ortaq
cəhətlər bütövlükdə bütün ibtidai dinlərin vahid bir
ideologiya və eyni mənbədən
qaynaqlanmasını göstərir. İbtidai icma və qəbilələrin dünyanın müxtəlif nöqtələrində
dağınıq şəkildə yaşamalarına görə, əlifba və yazışmaların olmadığı
bir şəraitdə
onların
mədəniyyət, e'tiqad və adət-ən'ənələri yalnız
şifahi şəkildə söylənilərək
sinədən-sinəyə keçməklə sonrakı nəsillərə ötürülmüşdür.
Keçən dərslərdə qeyd
olunduğu kimi, səmavi elçilər tərəfindən təkallahlıq ayininin əsası
olan - Allah
Təalanın əbədi və əzəli kimi qiymətləndirilməsi bütün dinlərdə oxşar və eyni şəkildə
nəzərə çarpır. Buna görədə, belə nəticə almaq olar ki, ilahiyyatçıların ümumbəşəri
dinlərdəki e'tiqadların hamısının əsas və kökünün tovhid, təkallahlılıq olması fikrinin
doğruluğu barədə nəticəyə gəlmək olar. Amma zaman
keçdikcə dini məsələlərin
qavranış və şərhinə nöqsanlı bəşəri duyğu və ambissiyaların
müdaxiləsi və eyni
zamanda öz mənfəətlərini güdənlərin, dünyapərəstlərin dini əqidələri təhrif edərək
onlarda dəyişikliklər aparması nəticəsində təkallahlılıq təhrifə mə'ruz qalmış və
ağlasığmaz, şirkə qarışmış formaya düşmüşdür.
Bu müqəddimə ilə ibtidai dinlərin müştərək xüsusiyyətlərini bəyan edərək onların
ortaq cəhətlərini ayrı-ayrılıqda araşdırırıq.
Dostları ilə paylaş: