SeyiD ƏHMƏd mahmudi /j


zaman, onlar «Sənin Allahına və ataların: İbrahim, İsmailin və İshaqın Allahı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə148/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   144   145   146   147   148   149   150   151   ...   200
Dinlərlə tanışlıq

zaman, onlar «Sənin Allahına və ataların: İbrahim, İsmailin və İshaqın Allahı 
olan tək Allaha təslim olub, ona ibadət edəcəyik!» - dedilər.» 
Buna əsasən bütün ilahi peyğəmbərlər İbrahimin dinindədir və həmişə öz ailə-
övladlarına bu dinə tabe olmağı tövsiyə etmişlər. Qur'an həzrət Musa (ə)-ın dilindən, 
Fir'onun ondan öz Allahı barədə soruşduğu zaman cavabında belə buyurur: 
«Musa belə cavab verdi: Rəbbimiz hər şeyə öz surətini və şəklini verən, sonra 
da ona doğru yol göstərən Allahdır.» 
Bəni-İsrail qövmü Musanın bir neçə gün olmadığı dövrdə danaya pərəstiş etməyə 
başladılar. Musa qayıdıb vəziyyətdən xəbərdar olduqdan sonra onlarla çox qətiyyətli 
və ciddi davranaraq öz qövmünə xitabən buyurdu: 
«Sizin Tanrınız ancaq o Allahdır ki, Ondan başqa heç bir tanrı yoxdur. O, 
elmi ilə hər şeyi ehtiva etmişdir.» 
Yəhudilərin asimani və müqəddəs kitabı olan Tövrat da bu məsələyə tə'kid edir ki, 
Musanın Allahı elə ata-babaları Yə'qub, İshaq və İbrahimin Allahıdır. «Dedi: 
Mənəm sənin atanın Allahı - İbrahimin, İshaqın və Yə'qubun Allahı» 
Tövratın başqa bir ayəsində belə oxuyuruq: 
«Musa Allaha dedi: İndi mən Bəni-İsrailin yanına gedib onlara desəm ki, sizin ata-
babalarınızın Allahı məni sizin yanına göndərmişdir. Məndən onun adının nə 
olduğunu soruşsalar, onların cavabında nə deyim? Allah Musaya dedi: «Mən varam 
və o kəsəm ki, varam.» Bəni-İsrailə belə de: «İhyət (varam) məni sizin yanınıza 
göndərdi.» Allah Musaya yenə dedi: «Bəni-İsrailə belə de: Yəhuvə, sizin ata-
babalarınızın Allahı - İbrahimin, İshaqın və Yə'qubun Allahı məni sizin yanınıza 
göndərmişdir. Bu əbədi olaraq Mənim adımdır və ardıcıl nəsillərə olan yadigardır. 


196 
Buna əsasən, Musanın bəyan etdiyi Allahın məhz İbrahim tərəfindən təqdim 
olunan yeganə Allah olması barədə heç bir ixtilaf nəzərə çarpmır. Amma əsas məsələ 
bundan ibarətdir ki, görəsən Tövratda «Yəhuva» adlandırılan Allah, Qur'anda Əhəd 
və Səməd kimi vəsf olunan yeganə Allahdırmı? «Yəhuvə» kəlməsinin kökü və onun 
necə tələffüz olunması barədə din tarixçiləri və tədqiqatçılar arasında çoxlu 
mübahislər baş vermişdir. Bə'ziləri aşkar şəkildə demişlər ki, onun əsil və düzgün 
tələffüzü «Yəhüvəh» kimidir. Çünki həzrət Musa Bəni-İsrailə öyrətmişdir ki, tə'zim 
və ehtiram əlaməti olaraq, Allahın həqiqi adını işlətməsinlər; Allahın adını çəkmək 
lazım olduqda, kinayə və işarədən istifadə etsinlər. Bu tə'bir sonralar dəyişilərək 
«yəhvəh» formasına düşmüşdür. Əlbəttə, hazırda müqəddəs kitabda bu kəlmə 
«yəhuvə» kimi yazılıb tələffüz edilir. Alimlərdən bə'ziləri isə onun «həyat» 
kökündən alındığını və «o kəs ki, vardır» mə'nasına yozulduğunu deyirlər; bu 
ehtimalın düzgün olmasının əlaməti «ehyəh» (varam) və «ehyəh işrahiyəh» (varam 
o kəsəm ki, varam) tə'biridir ki, Tövratın müxtəlif ayələrində «Ləfzi Cəlalə»nin 
əvəzində işlədilmişdir. Ümumiyyətlə, hər yerdə «yəhuvəh» Musanın və Bəni-İsrailin 
Allahı kimi işlədilmişdir. Amma burada iki məsələni xatırlatmaq yerinə düşərdi: 
Birincisi budur ki, Tövrat aşkar şəkildə deyir ki, yeganə Allah yalnız Musanın 
yanında «yəhuvəh» adı ilə tanınan varlıqdır; bundan əvvəl İbrahimin, İshaqın və 
Yə'qubun yanında mütləq qadir adı ilə tanınan Allahdır. «Və Allah Musaya xitab 
etdi, ona dedi: Mən Yəhuvəhəm. İbrahim, İshaq və Yə'quba mütləq Allah adı ilə 
zahir oldum. Amma Yəhuvəh adımla onların nəzərində tanınmadım.» 
İkincisi bundan ibarətdir ki, Tövrat müəyyən sifət və xüsusiyyətləri Yəhuvəhə 
mənsub edir ki, Allah bu kimi xüsusiyyətlərdən pak və münəzzəhdir. Onlardan 
bə'ziləri bəşər sifətləridir ki, Allaha aid edilir: 
«Musa, Harun, Nadab, Əbihu və İsrailin məşhur şəxsiyyətlərindən 70 nəfərlə 
birlikdə yuxarı çıxdı və İsrailin Allahını gördülər. Onun ayaqlarının altı göy yaqut 
kimi şəffaf və asimanın zatı kimi saf idi; Bəni-İsrail sərvərlərinə öz əlini qoymadı, 
onlar Allahı gördülər, yedilər-içdilər. 
Başqa yerlərdə isə Allah Musaya xitab edib deyir: “Bəni-İsrailə əmr et ki, Onun 
(Allah) üçün müxtəlif hədiyyələr gətirsinlər. (O cümlədən qızıl, gümüş, düyü, lil, 
ərğəvan, nazik kətan, xəz dəri və s.) Sonra buyurur: «Mənim üçün müqəddəs bir 
məqam düzəltsinlər ki, onların arasında olum». 
Yəhuvəh digər bir yerdə xətakar şəxs kimi tanıtdırılır. Guya o, öz əməllərindən 
peşiman olur: 
«Allah “Öz qövmünə çatdır” deyə - buyurduğu pislikdən qayıtdı». Başqa bir yerdə 
oxuyuruq: «Allahın kəlamı Səmuilə nazil oldu: «Mən peşiman oldum ki, Şaiulu 
(tağutu) padşah etdim. Çünki mənə tabe olmaqdan üz çevirmiş, mənim kəlamımı 
yerinə yetirməmişdir». Buna əsasən aydın olur ki, müqəddəs kitab təhrif olunan 
zaman ilahi həqiqət müəyyən dəyişikliklərə mə'ruz qalıbdır. 


197 
Əlbəttə, bu məsələ Bəni-İsrail qövmünün tövhiddə törətdikləri inhirafçı keçmişə 
diqqət yetirməklə də aydın olur. Çünki, Musa qısa müddətli qeybə çəkildiyi zaman, 
bu qövm dərhal danaya pərəstiş etməyə başladılar. Bəni-İsrail peyğəmbərlərinin 
çoxluğu da göstərir ki, bu qövm tövhid yolundan azmağa və şirk bataqlığında qərq 
olmağa daha çox meyilli olmuşdur. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin