SeyiD ƏHMƏd mahmudi /j


QURRAVUN, YAXUD ƏNANİYYUN



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə159/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   155   156   157   158   159   160   161   162   ...   200
Dinlərlə tanışlıq

5. QURRAVUN, YAXUD ƏNANİYYUN 
Bu firqə miladın səkkizinci əsrində Bağdad alimlərindən olan Ənan ibni Davudun 
vasitəsilə yaradılmışdır. Bu firqənin adı da onun banisinə mənsub edilərək 
Ənaniyyun adlandırılmışdır. Amma Qurravun adlandırılmalarının səbəbi də yalnız 
Əhdi-ətiqin əsfarına inanmalarıdır. Qurravun məqra kökündəndir ki, yəhudilərin 
arasında Əhdi-ətiqin əsfarına deyilən “yazılı” mə'nasındadır. Buna əsasən Qurravun, 
yaxud Ənaniyyun Təlmudun hökmlərinə, Rəbbanilərin və xaxamların tə'limlərinə, 
onun müqəddəs kitab olmasına və şəriət hökmü daşımasına inanmırlar; yalnız Əhdi-
ətiqi müqəddəs kitab kimi öz əqidə və əməllərinin bünövrəsi qərar verirlər. 
Bu firqə ardıcılları Fərisiyyunların əksinə olaraq, yəhudi alim və xaxamların 
sözlərinə əməl etmirlər və onları mə'sum saymırlar. Buna görə də onlar şəriətdə dərk, 
təhqiq və ictihad qapısını açıq hesab edirlər. Həmin səbəbə görə də çoxlu şəriət 
hökmlərində sair yəhudi firqələri ilə ixtilaflıdırlar. 
6. QƏBALƏT 
Bu firqə Təlmud düşüncələrinin əsasında, Əflatun, Hindistan fəlsəfəsi və Zərdüşt 
təfəkkürünün tə'sirindən yaranmışdır. Onlar Təlmuddan təsirlənərək, batini təfsir və 
tə'villə formalaşmış, məxfi hikmət adı ilə məşhurlaşmış, daha sonra isə Qəbalə adı 
ilə tanınmışlar. Arami lüğəti olan Qəbalə «qəbul» mə'nasındadır ki, bu da Təlmudun 
şifahi rəvayətlərinin qəbul edilməsinə işarədir. Bu firqə xaxam Sə'nan ibni Yuşanın 
vasitəsi ilə yaradılmışdır. Onun ardıcılları inanırdılar ki, o, 13 il Fələstin 
mağaralarında təklikdə və məxfi şəkildə yaşamış, daha sonra isə kəşf, ilham və 
işraqla bütün yerlər və asimanlar onun üçün aşikar olmuşdur. 
SUAL VƏ TAPŞIRIQLAR 
1. Fərisiyyun hansı əqidəyə malikdir? 
2. Sədiqiyyun kimlərə deyilir? 
3. Hansı firqənin Yuşedən sonrakı peyğəmbərlərə əqidəsi yoxdur? 
4. Hansı firqə qurbanlıq və hədiyyələri haram hesab edir? 
5. Qurravun nə üçün belə adlandırılmışdır? 


217 
Qəbalə əqidəsini bəyan edin?


218 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin