SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə160/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   156   157   158   159   160   161   162   163   ...   200
Dinlərlə tanışlıq

QIRX DÖRDÜNCÜ DƏRS 
SİONİZM 
Bu dərsdə bəhsimizin mövzusu dinlərin tanınması ilə əlaqədar əqidəvi və kəlami 
mətləblər olmasına baxmayaraq, yəhudilərin talehi sionizmin yaranması ilə sıx 
rabitədə olduğundan, sionistlərin öz siyasi hədəfləri istiqamətində yəhudilikdən və 
yəhudi tə'limlərindən geniş istifadə etdiklərindən, sionist protokolları vasitəsilə 
yəhudilər üçün yeni ideologiya nəzərdə tutduqlarından və nəhayət yəhudilərlə 
ümumi tanışlığı təkmilləşdirməkdən ötrü sionizmin mahiyyətini və tarixini qısa 
şəkildə araşdırırıq. 
SİONİZM NECƏ YARANMIŞDIR? 
Yəhudi qövmünün bir tərəfdən ardıcıl sərgərdançılıqları, digər tərəfdən də 
müqəddəs kitablarında və'dəsi verilən diyara getməklə əlaqədar təkrar və'dələrin 
verilməsi həmişə onların həmin ərazilərə çatmaq arzularında olmasına səbəb 
olmuşdur ki, orada öz müstəqil hökumətlərini tə'sis etsinlər. Tarix boyu bir neçə dəfə 
Fələstin diyarında məskunlaşaraq, orada Süleyman heykəli adlı məşhur mə'bədi 
yaratmalarına görə, həmin yer yəhudilərin nəzərində müqəddəs torpaq, yaxud və'dəsi 
verilən yer kimi qələmə verildi. Buna görə də həmişə və'də verilən yerlərə getmək, 
Fələstinə getmək kimi məşhurlaşdı. 
Bu arzular keçmiş əsrlərdə, xüsusilə İslam dininin Fələstində hakimiyyəti 
zamanı, sadəcə olaraq, müqəddəs yerin ziyarəti kimi qiymətləndirilirdi və dünyayın 
sair məntəqələrindən olan yəhudilər öz müqəddəs məkanlarını ziyarət etmək üçün 
oraya gedirdilər. Fələstində, eləcə də dünyayın sair məntəqələrində yaşayan 
yəhudilər heç vaxt Fələstini işğal edib orada müstəqil bir dövlət yaratmaq və 
müsəlmanları oradan qovmaq fikrində deyildilər. Çünki islamın bu diyara hakim 
olduğu dövrlərdə müsəlmanlarla yəhudilər qarşılıqlı anlaşma və firavanlıq şəraitində 
yaşayırdılar. (Amma məsihilərin hakimiyyəti dövründə yəhudilər ən ağır təzyiqlər 
atlında kütləvi şəkildə qırğına mə'ruz qalırdılar. Bu dövrlərin hamısında yəhudi 
dövlətinin tə'sis olunması arzusu sadəcə bir e'tiqad şəklində mövcud idi ki, axirəz-
zamanda və həzrət Məsihanın zühurundan sonra ümumdünya bir dövlət tə'sis 
olunacaq, hamı yəhudiliyi qəbul edəcəkdir. Hətta “səhyun aşiqləri” adı altında 
hərəkatın başlandığı 19-cu əsrdə onların məqsədi sion dağları ətrafında yəhudi 
mədəniyyəti və e'tiqadının yayılması üçün ruhani bir mərkəz yaratmaq istəyirdilər; 
bu dövrə qədər müstəqil yəhudi dövləti tə'sis etmək üçün siyasi ideya da mövcud 
deyildi. 
Amma 19-cu əsrin axırlarında siona qayıdış təfəkkürü Teodor Hertzel (1860-1904) 
tərəfindən siyasi bir ideya kimi irəli sürüldü və bununla da dünyada sionizm 
hərəkatının əsası qoyuldu. 1897-ci ildə İsveçrənin Bal şəhərində ilk


219 
konfrans təşkil edildikdən sonra bu hərəkat başlandı və bunun ardınca sionist 
təşkilatı yaradıldı ki, yəhudilərə və'də verilən ərazilərə qayıdışın və müstəqil yəhudi 
dövlətinin tə'sis olunması üçün lazım olan ilkin işlər görülsün. 
Teodor Hertzel israillilərin sionist tədbirlərinin əsası olan “yəhudi dövləti 
kitabı”nda aşağıdakı üç ilkin fərzi nəzərə almışdır: 
1. Dünyanın hər bir yerində yaşayan yəhudilər hansı ölkədə olmaqlarından asılı 
olmayaraq, ümumi bir milləti təşkil edirlər. 
2. Yəhudilər tarix boyu hər bir yerdə əzab-əziyyətlərə mə'ruz qalmışlar. 
3. Yəhudilər harada və hansı millətlərin arasında yaşamasından asılı olmayaraq, 
heç bir xalqa qarışıb onların içərisində assimiliyasiya olmamalıdırlar. 
Hertzel bu üç müqəddimə əsasında tövsiyə edib deyir: “Yəhudilər sair millətlərə 
qarışaraq aradan getməməlidir; yəhudi mədəniyyəti və dinini yaymaq üçün bir 
mərkəzə ehtiyaclı olduğumuz kimi, yəhudi dövlətimizi yaratmağa da ehtiyac 
duyuruq ki, dünyanın bütün yəhudiləri orada bir yerə toplaşsınlar. Bu dövlət gərək 
boş və iddiası olmayan bir yerdə təsis olunsun.” Əlbəttə boş və iddiasız yer 
deyildikdə, məqsəd bu deyildir ki, yerli əhalisi və sakinləri olmayan bir yer tapılsın. 
Həqiqətdə bu söz həmin ərazinin yerli əhalisinə e'tinasızlıq və diqqətsizliyin və o 
dövrə hakim olan istismarçı təfəkkür-tərzinin bəyanedicisi idi. Bu müddəanın şahidi 
də budur ki, Eynşteyn Vaizmendən «Əgər Fələstin yəhudilərə verilsə, ərəblər nə 
etməlidirlər?» deyə soruşduqda o, belə cavab verir: “Hansı ərəblər? Onlar elə də 
nəzərə çarpan millət deyillər.” Qoldamayr 1969-cu ilin iyun ayının 15-də belə bir 
e'lan verir: “Fələstin mövcud deyildir; belə təsəvvür olunmasın ki, nə vaxtsa Fələstin 
xalqı mövcud olmuşdur və biz də gəlib onları buradan qovmuşuq. Onlar 
ümumiyyətlə mövcud olmamışlar. 
Ümumiyyətlə, sionistlər həmin dövrdən e'tibarən, yəhudilərin dini əqidəsindən 
istifadə edərək, fələstinlilərin torpaqlarını alıb onları zorla öz doğma yurd-
yuvalarından didərgin salmaq, yəhudiləri dünyanın müxtəlif nöqtələrindən oraya 
yığmaq və onları bu yerlərdə məskunlaşdırmaq planına başladılar. 1917-ci ildə 
yəhudilərin Fələstinə qayıtmaq haqqını rəsmi şəkildə tanıyan Bill Four 
bəyannaməsindən sonra yəhudilərə torpaq və məskən verilməsi çox sür'ətlə başlandı. 
Hegemon dövlətlərin, o cümlədən ingilis və amerikanlıların göstərdiyi yardımlar 
sayəsində 1948-ci ildə fələstinlilərin işğal olunmuş ərazilərində müstəqil İsrail 
dövləti tə'sis olundu. O zamandan indiyə qədər həmin üzdəniraq və qondarma dövlət 
islam dünyasında törənən müsibət və fitnələrin mərkəzi, yaxın şərqdə əmin-
amanlığın pozulmasının və qeyri-stabilliyin əsas səbəbkarı olmuşdur. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin