SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə163/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   159   160   161   162   163   164   165   166   ...   200
Dinlərlə tanışlıq

MÜQƏDDƏS KİTABLARI 
Sabeiilərin dini mənbələri arsında çoxlu müqəddəs kitablar vardır ki, onların 
nəzərincə bunlar Allah tərəfindən Adəmə, Sama, İbrahimə və Yəhyaya nazil 
olmuşdur. Bu kitablar arasında beş kitab daha artıq e'tibara malikdir: 
1. ”Kəncə-rəbbəh”, yaxud “Kənca-rəbbah” və yaxud da “Sidrə-rəbbəh” ki, ilahi 
xəzinələr mə'nasındadır. Bu kitab sabeiilərin ən mö'təbər kitabı sayılır və iki 
hissədən - Yəmin və Şimaldan təşkil olunmuşdur. Yəmin hissəsi tövhid və xaliqin 
sifətləri, onların halal-haram, oruc, vəsiyyət və s. kimi əqidələrini bəyan edir. Şimal 
hissəsində isə ölülərin dəfn mərasiminin hökmləri, ruhun bədəndən necə çıxması, 
dualar və zikirlərdir ki, ölülərin ruhuna oxunur. 
2. ”Binüqdə Sidreyi ədnəşmasəd”, yaxud «Nəfslər» kitabı; bu tə'mid və paklıqla 
əlaqədar olan göstərişləri, tə'mid zamanı oxunan duaları əhatə edir. 
3. ”İraşə ədihya”, yaxud “Yəhya tə'limləri”; bu, həzrət Yəhya (ə)-ın həyatı, onun 
tə'limləri və tövsiyələrinə şamildir. 
4. ”Qolesta”; izdivac və əqd zamanı riayət edilməli olan qayda-qanunları, 
hökmləri və prinsipləri əhatə edir. 
5. ”İnani”; təharət və paklıq və eləcə də namaz üçün dəstəmaz alarkən lazım olan 
dua və zikirlərə şamildir. 


224 
FİRQƏLƏR 
Sabeiilər böyük bir qövm olub, Fələstində məskunlaşmışdılar. Yəhudilər Fələstini 
işğal etdikləri zaman Yəhya və onun ardıcılları yəhudilər tərəfindən təzyiqlərə və 
zülmlərə mə'ruz qalmışdılar. Həzrət Yəhyanın şəhadətindən sonra onların sabeiilərə 
göstərdiyi əzab-əziyyətlər daha da artdı; onların mə'bədlərini və mərkəzlərini 
dağıtdılar. Buna görə də onlar Fələstindən Şama köçüb Hərram şəhərində 
məskunlaşdılar. Amma yenə də yəhudi təzyiqlərindən qurtara bilmədilər. Nəhayət 
Beynun-nəhreynə və İrana köçərək orada məskunlaşdılar. Bu müddət ərzində 
sabeiilər müxtəlif firqələrə bölündülər ki, onlardan Məndai və Hərrani kimi mühüm 
firqələrin adını çəkmək olar. Hərranilər firqəsi onlar Hərran şəhərində məskunlaşan 
zaman meydana gəlmişdir. Bu firqə sanki sair qövmlərin əqidələrindən tə'sirlənərək 
təhrifə mə'ruz qalmışdır. Hal-hazırda da sabeiilərin xalis əqidəsi yoxdur. Bu firqənin 
müqabilində Məndailər dayanırdı ki, onlar özlərini əsil sabeii hesab edirdilər. Onlar 
özlərini kitab əhli və təkallahlı sayırdılar; buna görə də hərraniləri qəbul etmirdilər. 
Məndai və Hərranilər arsında olan ixtilafa görə, tədqiqatçılar, adları Qur'ani-
kərimdə yəhudi və məsihilərlə yanaşı qeyd olunan sabeiilərin məndai olduqlarını 
güman edirlər; hərranilər ulduzlara pərəstiş etdiklərinə görə müşrik sabeii adı ilə 
tanınmışlar. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin