SeyiD ƏHMƏd mahmudi /j


«...Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq...»



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə166/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   162   163   164   165   166   167   168   169   ...   200
Dinlərlə tanışlıq

«...Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq...». 
Bu barədə Bəqərə surəsinin 136-cı və Ali-İmran surəsinin 84-cü ayələrinə də 
müraciət etmək olar. Amma həqiqi yəhudi və məsihi o kəslərə deyilir ki, həzrət İsa 
və Musaya iman gətirməkdən əlavə, digər peyğəmbərlərə də iman gətirmiş olsunlar. 
Belə nəzərə çarpır ki, yəhudi və nəsrani dedikdə, Qur'ani-Kərim məhz həmin mə'nanı 
nəzərdə tutmuşdur. Amma haqq dində olan şəxslərin hamısı, o cümlədən 
peyğəmbərlər həqiqi müsəlman kimi təqdim edilir. 
İSANIN (Ə) ZÜHUR ETDİYİ ƏSR 
Ulul-əzm və şəriət sahibi olan peyğəmbərlər həmişə elə bir dövrdə peyğəmbərliyə 
çatırdılar ki, bəşər cəmiyyətləri müxtəlif cəhətlərdən azğınlığa və tənəzzülə doğru 
getsin; haqqın ayırd edilməsi mümkün olmasın. Yaxud elə bir vaxtda seçilirdilər ki, 
əvvəlki şəriətlər dünyapərəst və mənfur şəxslərin


sui-istifadəsinə məruz qalır, onların dəxaləti nəticəsində azğınlığa çəkilir və ilahi 
kitablar təhrif edilirdi. 
Həzrət İsa (ə) da belə bir şəraitdə peyğəmbərliyə seçilmişdir. Belə ki, əvvəlki 
ilahi şəriət yə'ni, həzrət Musanın şəriəti iki cəhətdən təhrif və tənəzzülə mə'ruz 
qalmışdı. Birincisi, yəhudi alimlərindən ibarət olan Əhbarlar tərəfindən təhrif 
edilirdi. Yəhudiliklə əlaqədar olan bəhslərdə qeyd etdiyimiz kimi, özünü Əhbar və 
Rəbbani adlandıran yəhudi alimləri həzrət Musanın be'sətindən onlarla il keçdikdən 
sonra yəhudilərin müqəddəs kitabını yazmağa başlamış və Allahın kitabına bir çox 
şeylər artırmışlar; bundan əlavə, Allahın kitabında (Tövrat) ürəkləri istədiyi kimi 
dəyişikliklər etmişlər. Qur'an bu həqiqəti dəfələrlə xatırladaraq buyurur: 
«Yəhudilərdən bir qismi (Tövratdakı) sözlərin yerini dəyişib təhrif endir və 
dillərini əyərək dinə (islama) tə'nə vurmaq məqsədilə (sənə qarşı): «Eşitdik və 
qəbul etmədik...». 
Başqa bir ayədə buyurulur: 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin