SUAL VƏ TAPŞIRIQLAR
1. Puls məsihi dininə necə qoşuldu?
2. Məsihilik dinində Pulsun nə kimi rolu olmuşdur?
Pulsun tarixi barədə qısa mə'lumat verin.
Pulsun keçmişinə və onun əqidə əsaslarına nəzər yetirməklə, onun Allah tərəfindən
Rəsul olub-olmadığının mümkünlüyünü araşdırın.
238
QIRX DOQQUZUNCU DƏRS
MƏSİHİLİYİN ƏQİDƏLƏRİ (1)
Məsihiliyin əqidələri üç əsas mehvərdə araşdırılmalıdır. Birincisi məsihilərin
Allah barəsində olan nəzərləri, ikincisi Məsihin bəşər şəklində yer üzünə nazil olub
insanların günahlarının kəffarəsi kimi qurban olması, üçüncüsü isə İsanın
bəndələrdən hesab çəkməsi üçün qiyamət məsələsi. Bu dərsdə yalnız birinci mehvəri
araşdıracaq, qalanları isə gələn dərslərdə aydınlaşdıracağıq.
BİRİNCİ MEHVƏR
MƏSİHİLİK TƏFƏKKÜRÜNDƏ ALLAH ANLAMI
Məsihilər arasında ilahi həqiqətlə əlaqədar olan ən çox geniş yayılmış məsələ “üç
Allah”, yaxud “Təslis” məsələsidir. Məsihi alimləri çalışmışlar ki, üç üqnumun
Cəlal, qüdrət, əzəlilik və ilahiliyini (ata, oğlu və Ruhul-qudus) sabit fərz etsinlər.
Bununla yanaşı Allahın vahid olmasını da iqrar etməyə və tövhid dini sırasından
çıxmamağa çalışırlar. Bu nəzər əsasında məsihilikdə Allahşünaslığın əsli son dərəcə
mürəkkəbləşir, burada müəmmalı məsələlər qarşıya çıxır; çünki həm üçlüyü qəbul
etmək və həm də tövhidin isbatına çalışmaq çox çətin, hətta qeyri-mümkün bir işdir.
Məsihilər özlərini vahid Allahın ardıcılları hesab edərək inanırdılar ki, əql yolu ilə
Allahı tanımaq olar. Halbuki iki qeyri-məhdud, yaxud daha çox qüdrətə malik olan
varlığın eyni zamanda təsəvvür olunması əql və məntiqin ziddinədir. Allahın vahid
olması dedikdə, məqsəd budur ki, yalnız bir Allah vardır və ilahi zat bölüşdürülə
bilməz. Digər tərəfdən də inanırdılar ki, ilahilik bir-birindən tamamilə ayrı olan üç
şəxsiyyətdən təşkil olunmuşdur. Bu üç varlıq əzəlilik, qüdrət və cəlalda bir-birilə
bərabərdir və onlardan hər biri ilahi sifətlərin hamısına malikdir. Amma eyni halda
hər birinin müəyyən xüsusiyyətləri vardır ki, onları təslis vəhdətinin daxili bir-
birindən fərqləndirir. Bu üç üqlum aşağıdakılardan ibarətdir:
Vücud üqlumu, elm üqlumu, həyat üqlumu.
Üçlük təşkil edən üqlumlar dedikdə ata, oğul və Ruhul-qudus nəzərdə tutulur ki,
ata vücud üqlumu, oğul elm üqlumu, Ruhul-qüdus isə həyat üqnumudur. Bütün bu
vəsflərlə eyni zamanda Allah ədəd baxımından birdir. Allah ruhdur və onda heç bir
növ bölünmə ola bilməz. Bununla yanaşı deyirlər ki, Allahın vahid olmasının təslislə
heç bir təzadı yoxdur. Çünki vahid olmaq vahid ədəd kimi bəsit deyildir, Allahın
vahid olmasında, Onun bir olmasına inanmaqla eyni zamanda üçlük təşkil edən
üqnumun da vahid Allahda qəbul edirik. Bizim e'tiqadımız budur ki, vahid Allahda
vəhdətlə eyni zamanda təslis də mövcuddur. Üçlük üqnum bir-birindən
239
seçilir, amma İlahi zat bölünməzdir: Bu üç üqnum bir-birilə əbədiyyət və oxşarlıqda
bərabərdirlər; belə ki, təslisdə vahidliyi və kamil təslisi vahidlikdə ibadət edirik. Bu
halla yanaşı qeyd olunan həqiqətlər belə təfsir olunmamalıdır ki, üçlük üqnumları
arasında ilkin olmaq haqqı mövcud deyildir, əksinə, bilmək lazımdır ki, ata birinci
yer, oğul ikinci yer, Ruhul-qüdus isə üçüncü yerdə qərarlaşır. Bu ilkin olmaq haqqı
tərtiblədir. Ruhul-qüdus və oğul bərabərdir, bununla eyni zamanda ataya müt'idirlər.
Bu itaət icbari deyil, iradə və ixtiyar üzündədir.
Dostları ilə paylaş: |