toplusudur, xəyal da odur və nəticədə hər şey ona qovuşub yox olur. Odur şəfəq saçan parlaq günəşin kütləsində yanar bir od, tüstüsüz alov kimi nur ələyir! Onun hərarəti ilə qidalar mə'dəyə gedir. Buna görə onu atəşdə, qəlbdə hazır, günəşin daxilində mövcud adlandırırlar.” Upanişadın başqa bir yerində brahmanın xüsusiyyətləri barədə deyilir: “ - O həm sabitdir, həm də səyyar, həm uzaqdır, həm də yaxın... O şimalda, cənubda hər bir yerdədir. Bütün çaylar okeanlardan qaynaqlanıb yenidən ona qayıtdığı kimi, hər bir şey brahmandan yaranır və ona qayıdır.” 2. ATMƏN Atmən təkcə insanın düşünüb-daşınan ruhu, zehni-düşüncəsi deyil (brahmanın
simvolu), eynilə brahmanın özüdür. Bu əqidəyə əsasən brahma ilə atmən arasında
ortaq şəxsiyyət və tam vəhdət vardır. Bütün nəfslər - insani nəfs və ya heyvanların,
həşəratın və bitkilərin ruhu, hər canlı varlığın nəfsi olmasından asılı olmayaraq -
özlərinin bütün formaları ilə birgə başqa bir şey deyil, məhz brahmanın özündən
ibarətdir.
Upanişad bu barədə belə deyir: “ - Brahmanın zühur və təcəllisi, hər bir şeyin ruhu məhz sənin ruhundur”. Sonra deyilir: “ - Onun yerlərdə, sularda, odda, havada, zəif küləkdə, səmada, günəşdə, fələkin dörd bir tərəfində, ulduzlarda və ayda, zülmətdə və nurda olan hər bir şeylə birgə, eyni zamanda hər bir şeydən fərqlidir... O kəs ki, daxildən hər bir şeyin ixtiyarını ələ alıbdır. O sənin 60
61
ruhundur. Əbədi və batini bir nəzarətçi. O kəs ki, tənəffüsdə, danışıqda, gözdə, qulaqda, beyində, dəridə və idrakda yeri vardır və bununla belə, özü idrakdan deyildir. O görünməyən göz, eşidilməyən qulaq, düşüncənin zatına yol tapmadığı