57
Brahmanın bəhslərinin mühüm hissəsini təşkil edir. Bu məsələlər hekayə, simvol və
ya əfsanələr şəklində bəyan olunmuşdur.
Brahmana iki ümumi hissədən ibarətdir:
1. Aranyaka;
2. Upanişad.
Aranyakalar meşə kitabları adı ilə məşhurdur və ucqar meşələrə asketik həyat tərzi
keçirməkdən ötrü pənah aparan tərki-dünya şəxslər üçün yazılmışdır.
Bu kimi təcrid olunmuş şəxslər tənha həyat sürdükləri mühitlərdə dini vəzifələrini
yerinə yetirmək üçün kifayət qədər vəsaitə malik olmadıqlarından batini həqiqətlərə
diqqət yetirmiş və daha çox psixoloji vəziyyətlərinə nəzarət üzərində işləmişlər.
Sonralar asketik həyat tərzi keçirmək və daxili aləmə diqqətin əhəmiyyəti barədə
düşüncələr vedaya inananların dua mərasimində elə böyük tə'sir göstərmişdir ki, bu
məsələ tədricən qurbanlıq mərasiminə alternativ olaraq batini qurbanlıq adı ilə
məşhurlaşmışdır. Əvvəllər müqəddəs od olan qurbanlığın məqamı bu hadisələrdən
sonra öz yerini insan bədəninə vermiş və get-gedə insanın bədəni də mehrab və
qurbangaha çevrilmişdir.
Upanişadlar vedaların son hissələri hesab olunur. Buna görə də onlara vedanta,
yə'ni vedanın sonu da aid olunur. Aranyakaların, qələmə alınmasından sonra
upanişadlar maddi aləmdən uzaqlaşıb xüsusi mə'nəvi həyat üslubunu seçərək nəfsini
saflaşdıranlar üçün yazılmışdır.
Aranyaka və Upanişadın yazılması veda ayini üçün nəticə e'tibarı ilə brahman
dininin formalaşmasına gətirib çıxaran başlanğıc idi. Bu dəyişikliyin mühüm
xüsusiyyətlərindən biri kimi ruhani başçıların və kahinlərin mənəviyyatın
yüksəldilməsi, allahlarla əlaqə və sitayiş məsələlərində rollarının azalması,
brahmanların nisbi olaraq mə'budların yerinə keçməsini qeyd etmək olar.
Gələn iki dərsdə brahman dinini təhlil və şərh etməklə yanaşı, veda ayinindəki
əsaslı dəyişiklikləri, bu ayinin xüsusiyyətlərini, ibadi və ideoloji səciyyələrini və
upanişadların məzmununu aydınlaşdıracağıq.
Dostları ilə paylaş: