Sonra onun ağzı (brahman — kainatın xaliqi) brahmana çevrildi. Onun biləkləri kşatrya, budları isə vişya oldu və şudra onun ayaqlarından yarandı.” Brahmanlar Riqvedanın bu ifadəsini belə izah edirlər ki, hər fərdin sinfi mövqeyi
karma qanunu və samsara, yə'ni tənasüx əsasında tə'yin olunur. İnsan ruhu əvvəlki
həyatda özünün yaxşı və ya pis əməllərinə əsasən öldükdən sonra aşağı, yaxud yuxarı
təbəqədən olan bir insana və yaxud da cismə keçib yeni həyatını başlayır. Buna görə
də, cəmiyyətin aşağı təbəqələrinin öz mövcud vəziyyətləri və mövqelərindən şikayət
və e'tiraz etmək haqları yoxdur. Çünki, belə bir şəraiti o seçməyib və bu işə görə
müqəssir deyil. Daha üstün məqam və mövqe istəyən şəxslərin çarəsi yalnız bundadır
ki, kastın sinfi quruluşu və onun qanunlarına qeydsiz-şərtsiz təslim olub ona
tapşırılan vəzifə və məs'uliyyəti yerinə yetirməklə özündən müsbət bir karma qoyub
getməkdən başqa çarəsi yoxdur. Bəlkə yalnız bununla gələcək həyatlarında yüksək
təbəqədən olan bir şəxs formasına düşüb daha yüksək təbəqədə yeni həyatlarını
başlaya bildilər. Bu ölüm və həyat ardıcıllığı tənasüx vasitəsilə bütün təbəqələrdə
fərdi ruhun ötüb-keçməsinə və ən yüksək təbəqəyə çatmasına qədər davam
edəcəkdir. Son mərhələ həmin fərdin göylərdə, ataların və mə'budların ruhlarının
qonşuluğunda əbədi məqama, bundan daha yüksəkdə olan brahma ilə tam qovuşma
məqamına çatmasıdır. Ruh hətta karyaların səviyyəsinə qədər enə bilər.
Brahmanların inancına görə çirkin əməllər və brahma qanunlarına itaətsizlik insanı
öz təbəqəsindən aşağı endirə və yeni həyatda daha alçaq təbəqədən olan bir fərdin
qəlibində yerləşdirə bilər. Bu baxımdan paryaların aşağı məqamda olmalarının
səbəbi budur ki, onların çirkin əməllər, brahman qanunlarından çıxmağa sə'y
göstərmələri öz məqam və mövqelərindən aşağı enmələrinə səbəb olmuşdur. Bu
mərtəbədə paryaların heç bir insani haqqı, ictimai nüfuz və heysiyyəti olmur. Onlar
karma qanununa əsasən heç kəsin yerinə yetirməyə razı olmadığı ən alçaq ictimai
işləri görməyə məhkum olunmuşlar.