SeyiD ƏHMƏd mahmudi /j


ƏXLAQ VƏ RƏFTAR PRİNSİPLƏRİ (NORMALARI)



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə53/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   49   50   51   52   53   54   55   56   ...   200
Dinlərlə tanışlıq

ƏXLAQ VƏ RƏFTAR PRİNSİPLƏRİ (NORMALARI) 
Qeyd olundu ki, caynizmə görə nicat və qurtuluş bütün maddi - dünyəvi 
asılılıqlardan qurtulmaqdan asılıdır.Bu da yalnız uzunmüddətli asketizmsiz mümkün 
deyil. Əslində yoqaların (niqrante) vəzifələrinin əsasını təşkil edən bu asketizmin 
mahiyyəti əziyyət verməyin tərk edilməsi, dünya və onda olanlarla əlaqənin 
kəsilməsindən ibarətdir. Caynizmin digər əxlaq və davranış prinsipləri bu əsas 
prinsip üzərində qurulmuşdur. 
Caynizm ayinində yoqa üçün rəftar normaları müəyyənləşdirilmiş və əhd-peyman 
kimi onlara mükəlləf olmalıdır. 
1. Mən bütün canlı varlıqları öldürmək və onlara əzab-əziyyət verməkdən 
çəkinəcəyəm, buna şadlanmayacağ; onlara əzab-əziyyət yetirilməsinə mane 
olacağam, sağ olduğum müddətdə bu əməli böyük bir günah hesab edəcək, cismən 
və ruhən, sözdə və əməldə ondan uzaq duracağam; 
Bu prinsipə əsasən yoqa yol gedərkən, yatarkən, yeyib-içərkən və s. hallarda heç 
bir canlıya əzab-əziyyət verməmək, danışanda onun sözlərinin heç bir kəsin 
narahatlığına səbəb olmasın deyə ehtiyatlı olmalıdır. 
2. Mən qəzəbə, hərisliyə, qorxuya, yaxud şadlığa səbəb olan hər hansı bir söz və 
ya əməldən uzaq olacağam, yalan danışmayacağam, başqalarını da yalan 
danışmaqdan çəkindirəcəyəm; 
3. Mənə əta olunan hər bir şeyi - istər kənd, şəhər və ya meşədə olsun, istər az və 
ya çox olsun - öz şəxsi mülkiyyətimə keçirməkdən çəkinəcəyəm; 


79 
4. Mən cinsi ləzzət və şəhvəti özümə haram bilirəm və bu işi başqaları üçün də 
bəyənmirəm; 
5. Mən az və ya çoxluğundan, canlı və ya cansızlığından asılı olmayaraq, hər növ 
bağlılıqdan çəkinəcəyəm və başqaları üçün də belə bir maddi əlaqə və məhəbbəti 
məsləhət görməyəcəyəm. 
Sonuncu prinsipə əsasən, yoqa heç bir şeyə qarşı müsbət və ya mənfi hiss 
bəsləməməlidir. Buna görə də gözəllik və çirkinlik, yaxşı iş və ya pis qoxu, qəm və 
şadlıq, soyuq və isti, aclıq və susuzluq və s. bütünlüklə onun nəzərində eyni 
səviyyədə olmalı, onların heç birinə qarşı heç bir xüsusi hiss keçirməməlidir. Nə bir 
şeydən ləzzət almalı və nə də bir şeyə ikrah hissi ilə yanaşmalıdır. 
Beşlik təşkil edən bu göstəriş və iltizamlar yalnız xüsusi təbəqədən hesablanan 
yoqalar üçündür. Amma bu çətin və uzun əməl və prinsiplərə riayət etməyə qadir 
olmayan ümumi təbəqədən olanlar üçün aşağıdakı 9 bənddə şərh edilən daha asan 
və münasib əxlaq və rəftar normaları müəyyən olunmuşdur. 
1. Heç vaxt qəsdən canlını qətlə yetirməmək; Buna görə də qəssablıq, ovçuluq, 
aşpazlıq və s. kimi sənətlərdən çəkinməlidir; 
2. Heç vaxt yalan deməməli; 
3. Oğurluq etməməli, onlara verilməyən malı mənimsəməməlidirlər; 
4. Fitnə və günaha səbəb olan hər bir əməldən, hətta əylənmək məqsədi ilə olan 
səfərlərdən belə çəkinməli; Ehtiyatlı olmaq lazımdır ki, xəta və şər işlərin toruna 
düşməyəsən; 
5. Şəhvətpərəstlikdən uzaq olmaq; Buna görə də ər və arvad bir-birlərinə qarşı 
vəfalı olmalıdırlar; 
6. Dünya malının azına qane olmalı; 
7. Nəfsani istəkləri tərk edib maddi aləmdə zahidliklə məşğul olmaq üçün 
müəyyən bir vaxt ayırmalı; 
8. Bütün günlərdə müəyyən bir vaxtı öz daxili aləmində təfəkkürə sərf etməli; 
9. Hamıya, xüsusilə də yoqalara tam səmimiyyət və ixlasla sədəqə verməli. 
Yoqalara məxsus olan beş iltizamın ən çətini beşincisidir. Onun tələbinə görə yoqa 
heç bir şəxsə və heç bir şeyə meyl göstərməməlidir. Bu məqsədə çatmaq üçün kimsə 
ilə söhbət etməməli, hətta Mahaviranın rəftarında gördüyümüz kimi, başqalarının 
salamına cavab da verməməlidir. Digər tərəfdən də bütün dünya işləri ilə əlaqənin 
kəsilməsi yoqanın öz cisminə də şamil olduğundan, aclıq və susuzluğa reaksiya 
göstərməməlidir. Bu məsələdə iş yoqa özü aclıq və ya susuzluğun ağırlığından can 
verəcək səviyyəyə çatır. Buna görə də, ölümlə nəticələnən aclıq və ya susuzluğa 
dözmək yoqalar arasında yayılmış adi haldır. 
Bu düşüncə tərzində iki əsaslı irad və qaranlıq məqam nəzərə çarpır. Birincisi, 
caynizm ardıcılları canlılara əzab-əziyyət verməməyi özlərinin ən mühüm seyr-
süluk prinsiplərindən birinə çevirdikləri halda, hansı əsasa görə varlığın ən şərəflisi 
sayılan özlərinə qarşı əzab-əziyyəti, hətta intiharı belə rəva görürlər? Necə


80 
ola bilər ki, bu məsələni bir prinsip kimi qəbul etsinlər?! İkincisi, susuzluq və aclığa 
e'tinasızlıq bir prinsip sayılırsa, qidanı (azacıq olsa belə) tə'mini üçün başqalarının 
qarşısında kiçilmək və dilənçilik, yolçuluğu necə əsaslandırmaq olar? Çünki hər bir 
halda, insanı başqaları qarşısında məcbur edən qidaya olan ehtiyac hissidir. 
Bu ayində dünyəvi asılılığın kəsilmə prinsipinin digər yönü çılpaqlıq və paltar 
geyməmək şəklində meydana çıxmışdır. Çünki caynizm ardıcıllarının inancına görə 
hər növ örtük və geyim dünyaya müəyyən mə'nada bağlılıq sayılır. Belə ki, maddi 
və dünyəvi işlərin bir növü olan, eləcə də həya və utancaqlığa görə geyilən paltarın 
özü insanın ruhən azad olmamasına, müəyyən mə'nada asılılığına dəlalət edir. 
Burada aydın olmayan məqam bundan ibarətdir ki, bu məktəb həya, iffət və s. kimi 
fitri-əxlaqi fəzilətləri, insani dəyərləri inkar etməklə nicat və qurtuluşa necə nail ola 
bilər?! Əlbəttə, qeyd etmək lazımdır ki, çılpaqlıq məsələsinin özü də bu ayinin iki 
firqəyə ayrılmasına səbəb olmuşdur: 
1. Riqembra adı ilə tanınan firqə mütləq şəkildə çılpaq olmağa e'tiqad bəsləyirdi; 
2. Aşutamblar adı ilə tanınan digər bir firqə isə sadə və yüngül paltar geyməyi 
lazım bilirdi. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin