SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə51/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   47   48   49   50   51   52   53   54   ...   200
Dinlərlə tanışlıq

ON İKİNCİ DƏRS 
CAYNİZM AYİNİ (2) 
ƏQİDƏ VƏ ƏXLAQ 
Ötən dərsdə qeyd olundu ki, caynizm əslində brahmanizmə (qədim hinduizmə) 
qarşı bir növ e'tiraz hərəkatı xarakteri daşımışdır. Bu e'tiraz “kasta” təbəqəli 
quruluşa, brahmanların istismarına e'tiraz olmaqla yanaşı, tənasüxdən (samsaradan) 
və ya ölüb yenidən başqa bir insanın, hətta xərçəng və ya bit kimi başqa alçaq 
varlıqların cismində zahir olmağın vəhşətindən qurtulmağa xidmət edirdi. Nəticə 
e'tibarı ilə caynizmin demək olar ki, bütün ideoloji və əxlaqi prinsipləri yuxarıda 
qeyd olunan iki əsas üzərində qurulmuşdu - istər brahman ayinindən götürülmüş 
prinsiplər, istər özlərinin yaratdıqları əqidəvi əsaslar, istərsə də onlar tərəfindən rədd 
olunan brahmanizm prinsipləri və onlara alternativ baxışlar məhz bu əhval-
ruhiyyədə formalaşmışdı. 
MƏ'BUDA E'TİQAD 
Kasta sinfi quruluşunu və xüsusilə də brahmanların üstünlüyünün ləğvi brahman 
mə'budlarına e'tiqad məsələsi caynizm tərəfindən aradan götürüldü. Belə ki, bu 
caynizmin ardıcıllarının inancına görə Allaha və mə'buda e'tiqad bəslənilməsi 
brahmanlardan və yaxud kahinlərdən olan yeni təbəqəni rəsmi olaraq qəbul etmək, 
camaatla mə'budlar arasında bir vasitə olduqlarına görə onlara ehtiram qoymağı 
tələb edir. Buna görə də onlar belə bir üstünlük və hökmranlığın yaranmasının 
qarşısını almaq üçün mə'budlara e'tiqad prinsipini tamamilə aradan götürdülər. 
Mə'budlara e'tiqadın rədd olunması bir tərəfdən ibadət, dua və qurbanlığa riayət 
olunmamasına, digər tərəfdən isə brahmanların imtiyazının aradan qaldırılmasına 
səbəb olurdu. Çünki onlara göstərilən ehtiram və imtiyazları əsas e'tibarı ilə camaatla 
mə'budlar arasında vasitə olduqlarına görə idi. Caynizmin ardıcılları bu e'tiqadı inkar 
etməklə həmin vasitəçiliyi də rədd etmiş olurdular. Nəticədə onların nəzərində 
qədim dövrlərdən hindusların arasında və hinduizm məktəbində mövcud olan 
brahman ruhani təbəqəsinin imtiyaz və nüfuzu da aradan götürülmüş olurdu. Bütün 
bunlara baxmayaraq caynizmə tarixi aspektdən nəzər saldıqda bu kimi e'tiqad və 
yanaşma tərzi yalnız nəzəriyyə olaraq qalmış, bu dinin ardıcılları əməli olaraq həmin 
ideyaların əksinə hərəkət etmişlər. Bu mətləbi daha ətraflı izah etmək üçün bir neçə 
məqama diqqət yetirmək lazımdır: 
1. Caynizm ardıcıllarının Mahaviraya bəslədikləri hörmət və məhəbbət tədricən 
onun şəxsiyyətini təriqət başçısı, qəhrəman fatehlikdən ilahilik məqamına qədər 
yüksələcək bir şəkil aldı. Belə ki, onu əbədiyyət, tükənməzlik, mütləqiyyət və 
sonsuzluq kimi sifət və xüsusiyyətlərlə xarakterizə etdilər (ötən dərsdə müqəddəs 
kitablardan mövzular nəql olunmuşdu) və Mahavira get-gedə bir mə'bud kimi öz


ardıcılları tərəfindən sitayiş olunmağa başlandı. İş o yerə çatdı ki, bə'zən bu ayindən 
ayrılan firqələr arasında Mahaviranın heykəl və bütlərini bütün ömrü boyu yaşadığı 
çılpaq şəkildə hazırlamaq və ya onun bədənini sadə və ağ bir paltara bürünmüş halda 
təcəssüm etdirmək üstündə ixtilaf düşürdü. 
2. Keçən dərsdən göründüyü kimi 23-cü cayn, yə'ni Barsəvanas öz ardıcıllarını 
“ümumi” və “xüsusi” olmaqla iki dəstəyə bölmüşdür. Belə bölgü sonralar da 
qalmışdı. Hətta ümumi dəstədən olanların əsas vəzifəsi xüsusi təbəqədən olanların, 
yə'ni rahib və mürtazların ehtiyaclarını tə'min etməkdən ibarət olmuşdur. Ümumi 
dəstədən olanlar inanırdılar ki, bu yolla nicat və qurtuluşa nail olacaqlar. Göründüyü 
kimi caynizmin hakim olduğu cəmiyyət əslində iki təbəqəyə - ümumi və xüsusi 
siniflərin şamil edildiyi təbəqələşmiş cəmiyyətə çevirmiş və bu təbəqələşmənin 
özünü də “xüsusilər” sinfinin imtiyazları yaratmışdır. 
3. Caynizm ayininin əməli prinsiplərindən biri də dinclik, kompromis, kobud 
rəftar edib bir başqasına - hətta heyvanlara, kiçik canlılara və həşaratlara - əziyyət 
verməməkdir. Bu prinsip ona səbəb oldu ki, ilk növbədə caynizmin tərəfdarları 
brahmanizmin ardıcılları ilə dinc yanaşı yaşayışlarını sübut etmək üçün brahman 
mə'budlarını qəbul edərək onlara ehtiramla yanaşdılar. Çünki, əks təqdirdə 
təəssübkeş brahmanlara qarşı kobudluq və zorakılıq yolunu tutmalı idilər. Bu məsələ 
tədricən əsaslı və ideoloji məsələ halını aldı və mə'budlar caynizm ardıcılları 
tərəfindən hörmətli, müqəddəs sayıldılar. İkincisi, caynizm ardıcılları kasta sinifli 
cəmiyyətində yaşadıqlarına görə bu sinifli cəmiyyəti qəbul edərək onunla 
razılaşdılar. Onlar sinfi cəmiyyətə hakim olan dəyərləri inkar etdiklərinə görə 
brahman ayininin ardıcılları tərəfindən təzyiqə mə'ruz qalmamaq üçün belə bir 
təbəqələşməni qəbul etdilər. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin