“ - O, ifrazatın pis qoxusu, yaxud səndəl ağacının gözəl iyinə qarşı eyni dərəcədə e'tinasız idi. Samanla ləl-cəvahirata, zibillə qızıla, xoşluqla əzab-əziyyətə də eyni səviyyədə laqeydlik göstərirdi. Nə bu dünyaya bağlı idi, nə də ki bu dünyanın fövqündəki dünyaya. Nə həyat arzulayırdı, nə də ölüm.” Hindusların müqəddəs kitablarında yazılanlara əsasən, Mahavira nəhayət on iki
ildən sonra dözülməz ruhi məşğələlər, nicat və qurtuluşa çatmaq yolunda səbr və
müqavimət nəticəsində 13-cü ilin ortalarında bir küncdə təfəkkürə qərq olduğu
zaman nirvana və kamalın, yetkinliyin son mərhələsinə nail oldu ki, buna da
terminologiyada “kivala” deyilir. Hinduslar ona bu vəziyyətdə “caynizmeh”, yə'ni
qalib və fateh ləqəbi verdilər. Çünki, o bu mərhələdə tam fəth və qələbənin son
həddinə çatmış, bütün maddi və dünyəvi bağlılıqları özündən uzaqlaşdıra bilmişdi.
O, nəhayət ki, ardıcıl ölüm və doğumların, tənasüx və möhnətin əzab-əziyyətindən
xilas ola bilmişdi. Bu ayindəki “caynizm” sözü də həmin məsələdən bəhs edir.
Mahavira uzun sürən asketik həyat mərhələsini keçdikdən sonra sükutu pozmuş,
camaata moizə etməyə, onlara yol göstərməyə, özünün hasil etdiyi ayin və məslək
yolunu davam etdirməyə başlamışdı.
O, otuz il çəkən və həyatının sonuna qədər davam edən bu dövrdə öz ətrafına çoxlu
şagird toplaya bilmiş və öz ayininin qayda-qanunlarını onlara öyrətmişdi. Onun
hinduslar və sadə brahmanlar arasından da saysız-hesabsız ardıcılları var idi.
Beləliklə, caynizm ayini Hindistanın qədim brahman cəmiyyətində meydana gəlib
yayıldı. Bu ayinin qayda-qanunları və əməlləri tarixin bütün enişli-yoxuşlu yollar
keçməsinə, müxtəlif çətinliklərlə rastlaşmasına baxmayaraq mövcudluğunu qoruyub
saxlamış və indiyə qədər davam etməkdədir. Müasir dövrdə də Hindistan yoqalarının
əksəriyyəti özlərini bu ayinin ardıcılı hesab edir. Əlbəttə, bu ayin sadə əhali arasında
çox da geniş yayılmayıb. Demoqraflar, hal-hazırda Hindistanda 12-13 milyon nəfər
caynizm ayininin ardıcılının olduğunu qeyd etmişlər. Ardıcıllarının az olmasını
nəzərə almasaq belə, caynizm ayininin araşdırılması iki cəhətdən əhəmiyyət kəsb
edir:
1. Bu ayinin yeni hinduizm baxışlarına qoyduğu tə'sirlər;
2. Bu ayinin brahmanizmlə hinduizm ayini arasında birləşdirici halqa olması və
bu dinlərin tarixi proseslər baxımından da tədqiqinin zəruriliyi.
Başqa sözlə demək olar ki, qeyd olunan üç mərhələnin (brahmanizm, caynizm və
hinduizm) araşdırılması ilə bu ayinlərin ideoloji və konseptual prinsiplərinin bir çoxu
öz-özünə aydınlaşacaqdır. Çünki, caynizm ayinində baş verən sonrakı dəyişikliklər
ondakı bə'zi iradların, zəif nöqtələrin və çatışmazlıqların üzə çıxması kimi
qiymətləndirilir. Bu ayinlərin tədqiqi həm də ona görə əhəmiyyətlidir ki, Qərbdə bir
çox insanlar maddi həyatın əbəsliyindən məğlub olduqlarına görə asketik ruhlu
hindus cərəyanlara üz tutmuşlar. Bu ayinləri araşdırmaqla, yanaşmaların düzgün
olub-olmamasını anlamaq olar.
Caynizmin müqəddəs kitablarının tədqiqindən Mahaviranın 12 illik üzücü ruhi
məşğələlərdən sonra nirvanaya, kamal və mütləq yetkinliyə (kivala) necə nail
73
olması, bu vüsalın əlamət və nişanələrinin onda necə əks olması dəqiq aydınlaşmır.
Əlbəttə, onun bu mə'nəvi məqama qovuşmasının dəqiq zamanı və məkanı bəyan
olunmuşdur: “ - 13-cü ilin yay fəslinin ikinci ayının dördüncü həftəsində, əşyaların