kölgəsi gün çıxan tərəfə qayıtdığı zaman Riqopalike çayının şimal sahilindəki Qrimbəhikə-qrame şəhərində, Samaqa adlı şəxsin tarlasında bir ağacın yaxınlığındakı köhnə mə'bədin şimal tərəfində dizləri üstə başını aşağı dikib, fikir və düşüncə dəryasına qərq olduğu zaman nirvanaya qovuşdu.” Gördüyünüz kimi Mahaviranın nirvanaya qovuşmasının məkan və zamanına aid
ən xırda məqamlar belə bəyan olunduğu halda, onun necə vüsala yetişməsi və
əlamətləri haqda heç bir aydın söz deyilməmişdir. Bununla belə, Mahaviranın
ardıcılları onu müqəddəsləşdirərək sitayiş etmiş və ilahi sifətlərə məxsus olan bir
şəxs kimi anmışlar. Hindusların müqəddəs kitablarında deyilir: “ - Hikmətə nail olan Mahavira heç bir günah iş görmədi... O, günahlardan, meyllərdən uzaq qalaraq dərin təfəkkür və tərki dünyalıqla məşğul olurdu.” Eyni zamanda onun haqqında belə də deyilir: “ - O böyük zahid heç bir yaramaz
əməl törətmədi. Dünyapərəstliyin və günahkarlığın cərəyanlarını bilən o vahid
kəramət sahibi ... həmişə heyvanların öldürülməsi kimi günaha batmaqdan
çəkinərdi... O günaha batıracaq heç bir iş görmədi.”
Bu kitablarda Mahavira bütün günahlardan pak hesab olunduqdan, əslində ona
ismət məqamı verildikdən sonra mütləq filosof və alim adı ilə sitayişə layiq görülür.
Bu kitablarda deyilir: “ - O, bütün alimlərin fikirlərini bilirdi.”, “ - O, ucsuz- bucaqsız və ali bir elm sahibi idi.”, “ - Bu böyük ağıllı və zəkalı filosof imana, sonsuz elmə malik idi”. Nəhayət, caynizmin müqəddəs kitabları Mahaviranı bəşəriyyətin 24-cü və sonuncu
xilaskarı kimi qeyd edir.
Caynizm ardıcıllarının inancına görə, həmin 24 xilaskar öz tə'birləri ilə 24 cayn -
bir-birinin ardınca bəşəriyyətin nicatı üçün zühur etmişlər. Onların birincisi
“rəsabha” adlanır və o, çox uzaq keçmişdə yaşayırmış. Onun tarixi mə'lum deyil,
yalnız caynizm ayininin dini mətnlərində olan əfsanələrin bə'zisi onunla
əlaqələndirilir. Sonrakı caynlar biri digərinin ardınca bəşəriyyətin xilaskarı zühur
etmiş və 23-cü caynın adı Barsəvanas olmuşdur. Qeyd olunduğu kimi, onların 24-
cüsü Mahaviradır. Barsəvanas miladdan qabaq 9-cu əsrdə dünyaya gəlmiş və 8-ci
əsrdə dünyadan köçmüşdür. O, bu cərəyanda çox çətin və kəskin rahiblik sisteminin
əsasını qoymuş, öz ardıcıllarını ümumi və xüsusi olaraq iki dəstəyə bölmüşdür.
Xüsusi şəxslər özlərini çətin ruhi məşğələlərə dözməyə vadar edən, dünyadan, ailə-
uşaqdan üz döndərən, şəhər və kəndlər arasında səfil qalan rahib və mürtazlardan
ibarətdir. Amma ümumilər isə bu ayini təsdiq edən, onun tərəfdarı və müridi olan
sadə camaatdır. Ümumi dəstədən olanlar rahiblərin ehtiyaclarının tə'min olunması
işini öhdələrinə götürür və çirkin işlərdən uzaq olmağı öz adətlərinə çevirirdilər.
Ondan sonra əvvəlki caynların göstərişlərinə əsasən, eləcə
74
də özünün 12 illik asketik həyatından və təfəkkürlərindən əldə etdiyinə əsaslanaraq
bu ayinin ondan əvvəl misli görünməmiş bir nizam-intizamla sistemləşdirən
Mahaviranın növbəsi gəlir. Bu ayinin ardıcıllarının inancına görə Mahaviranın zühur
etməsi ilə onların nicat və qurtuluş ayini kamilləşmiş, başqa bir xilaskara ehtiyac
qalmamışdır.
SUALLAR 1. Mahavira hansı təbəqədən idi və nə üçün rahat həyatı özünə haram etmişdi?
2. Kivala nə deməkdir?
3. Caynizmin mə'nası nədir?
4. Caynizm ayininə əsasən qurtuluşa nail olmağın yolu nədən keçir?