SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə52/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   48   49   50   51   52   53   54   55   ...   200
Dinlərlə tanışlıq

CİVA VƏ ACİVA 
Caynizm ardıcıllarının inancına görə varlıq aləmi iki növ reallıqdan təşkil 
olunmuşdur: 
1. 
Ruhi subyektlər, yaxud civa adlanan ruh; 
2. 
Maddə və onun aciva adlanan bütün formaları. 
Civa və acivanın hər ikisi əbədi və əzəlidir, məhv və puç olmurlar. Onlar heç vaxt 
yaranmamışlar və məhv olmayacaqlar. Dünya acivanın tələsində əziyyət çəkən 
civalardan təşkil olunmuşdur. Caynizm e'tiqadına uyğun olaraq, civa və acivadan 
təşkil olunan təkcə insan deyildir, civa bütün varlıqlar, o cümlədən heyvanlar və 
cansız varlıqların tərkib hissəsidir. Orijinallıq və ilkinliyin civaya verilməsinə 
baxmayaraq o, həmişə acivanın çəngindədir. Civa və aciva arasında istənilən təmas 
civanın əzab-əziyyətinə səbəb olur. Buna görə də dünyadakı bütün mövcudat 
müəyyən mə'nada əzabvericidir. Bu əzablardan qurtarmaq üçün insana xas 
xüsusiyyətlərdən xilas olaraq varlığın sifətlərindən tam uzaqlaşmaqdan başqa yol 
yoxdur. Əks təqdirdə, maddi aləmə-zaman-məkana bağlılıq və mövcudluğu 
bildirimək əzab-əziyyət gətirəcəkdir. Beləliklə, Mahaviranın öz ardıcıllarına 76


77 
tövsiyə etdiyi çox çətin və asketik əxlaqi prinsiplər insani civanın acivanın bənd və 
zəncirlərdən xilas olmasına, daha sonra isə qurtuluş və nicat tapmasına yönəlmişdir. 
KARMA VƏ SAMSARA 
Brahmanların inancında karma, əvvəllər də qeyd etdiyimiz kimi, insani əməl və 
rəftarın hasili, nəticəsidir. Belə ki, əgər bir şəxs yaxşı əməl sahibi olsa karma yaxşı, 
pis əməl sahibi olduqda isə karma əzab və bədxasiyyət, alçaq cinsdən olar. Karma 
həmçinin sonrakı həyatda şəxsin kasta ictimai təbəqələrində yüksəlişinə, yaxud 
enişinə səbəb olur. Ancaq, caynizm e'tiqadına görə karma, principcə ruhla qarışan 
maddi bir reallıqdır və ruh onu əhatə edir. Başqa sözlə desək, insanın əvvəlki həyatda 
əməl və rəftar tərzi onun hazırkı cizmini, yə'ni acivanı tə'yin edir və ruhu (civanı) öz 
əhatəsinə alır. Əgər bir şəxs xeyir əməl sahibi və düz adam olsa, günahlardan, çirkin 
və yaramaz işlərdən çəkinsə, onun karması sonrakı həyatında civasının daha yüngül 
və rahat aciva daxilinə keçməsinə, aciva tərəfindən daha az əzab-əziyyətə düşməsinə 
səbəb olur. Əksinə, çirkin işlər görüb günaha batarsa, əks mütanəsib şəkildə, sonrakı 
həyatında daha ağır və çətin acivadan əziyyət çəkir. Belə ki, həşarat, bitki, hətta 
cansız varlıqların timsalında heyvani dünya səviyyəsinə düşməsi, bu halda onun 
civasının daha əzablı və daha çətin olması da mümkündür. Bu vəziyyət yenidən 
insani həyat səviyyəsinə yüksəlmək üçün min illərlə davam edə bilər. 
Bu izahda da caynizmin həm karmanın yozumunun və həm də samsara barəsindəki 
baxışlarının brahman ayinindən tam fərqləndiyi görünür. Caynizm ayinində ruhun 
(civanın) yüksələn xətlə inkişaf yolunda tənasüxdən xilas olub nicat tapması 
mümkündür. Tənəzzülə doğru olan hərəkətdə də ruh insanlıq miqyasından çıxaraq 
heyvan, bitki hətta cansız varlıq səviyyəsinə enə bilər. Brahmanizmdə isə hər iki 
tərəfdən məhdudiyyət vardır, yə'ni insan inkişaf yolunda yalnız brahman təbəqəsinin 
mə'nəvi məqamına yüksələ bilər; tənəzzülə gedən yolda isə insan ictimai quruluşun 
dördüncü təbəqəsi səviyyəsinə, yə'ni şudralarin və ən çoxu paryaların səviyyəsinə 
enər. 
MUKŞA 
Qeyd olunduğu kimi caynizm də mukşa bütün maddi və mə'nəvi asılılıqlardan 
tamamilə azad olmağa deyilir. Yalnız belə olan halda insan tənasüxün, davamlı 
doğum və ölümlərin əzabından xilas olaraq əbədi qələbəyə və qurtuluşa nail ola 
bilər. Deməli, caynizm ilə brahmanın fərqi qurtuluş və ardıcıl doğumlardan xilas 
olmaq məsələsindədir və caynizmə görə bu böyük çətinliklərlə və asketizmə 
dözməklə mümkün ola bilər. Brahman ayinində isə tənasüxdən qurtulmaq və xilas 
olmaq prinsipcə mümkün deyildir. Bununla belə aşağı təbəqələrdəki həyatın 
çətinliyindən, bu təbəqənin vəzifələrini yerinə yetirməklə və yaxşı işlər görməklə


78 
xilas olmaq olar; sonrakı doğulmalarda daha yüksək təbəqəyə mənsub olan şəxsin 
cismində zühur etmək olar. Belə olan təqdirdə daha rahat və yaxşı həyatdan, daha 
çox sosial imkan və nüfuzdan faydalanmaq mümkündür. 
Caynizm ardıcılları insanın əzab-əziyyətinin səbəbini civanın acivadakı həbsində 
gördüklərinə görə, nicat tapmaq və mukşaya çatmaqdan, ruhun azad və xilas olması 
üçün bu hasarın uçurulmasını labüd hesab edirlər. Bu hasarın uçurdulması üçün isə 
insanın bütün duyğu, emosiya və istəklərdən uzaqlaşmasından, maddi aləmlə heç bir 
formada əlaqə və bağlılığın olmamasından başqa yol yoxdur. Bu məqsədə çatmaq 
istəyən rahib və yoqalar heç bir şeyə ikrah və ya məhəbbət bəsləməməlidir; heç bir 
şeydən sevinməməli, yaxud kədərlənməməlidir; istidən və ya soyuqdan ləzzət və ya 
narahatlıq keçirməməlidir; aclıq və susuzluq, xeyir və şər, yaxşı və ya pis qoxu, 
qorxu və ümid və s. qarşısında heç bir hiss duymamalıdır. 
Əslində, insan bütün proseslər, meyl və istəklər qarşısında donuq bir halətə malik 
olmalıdır. Çünki, bu dünyanın hər hansı bir hadisə və varlığa nisbətdə baş verən 
azacıq emosional dəyişiklik və hisslər civa, yə'ni fərdi ruhun maddi aləmlə əlaqə 
qurmasına səbəb olmaqla qurtuluşa mane olur və bir daha maddi aləmə qayıtmaqla 
nəticələnir. Şübhəsiz, orada onu daha çətin və əzablı dövr gözləyir. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin