SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə61/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   57   58   59   60   61   62   63   64   ...   200
Dinlərlə tanışlıq

KARMA VƏ SAMSARA 
Karma və samsara qanunu da buddizmin ideoloji prinsiplərindəndir. Bu iki prinsip 
əslində brahman ayinindən götürülmüş sonradan müəyyən dəyişikliklər və əlavələr 
edilmişdir. 
Buddanın e'tiqadına görə, insan hansı təbəqə və hansı sinifdən olmasına 
baxmayaraq, öz ruhunda və nəfsində elə dəyişikliklər yarada bilər ki, həyatının 
keçmiş dövrlərindəki çirkin əməl və günahların aqibətindən xilas olsun. Bu prinsipə 
əsasən, insan öz nəfsani istəklərinə və ehtiraslarına tamamilə qələbə çalıb “ərhət” 
(kamil insan) mərhələsinə çatarsa, karma qanunu onun üçün tə'sirini itirəcəkdir. 
Artıq o, bundan sonra ardıcıl doğumlar nəticəsində kastanın dörd təbəqəsi arasında 
enib-yüksəlməyə məhkum olmayacaqdır. Həyat və əbədiyyətə meyilli olan, öz 
maddi bağlılıqlarına sadiq qalan şəxslər isə öldükdən sonra öz nəfslərini 
kamilləşdirmək üçün yenidən dünya həyatına nazil olmağa məcbur olacaqlar. 
Digər bir prinsip olan samsara (tənasüx) əsasən ruh bir cismdən digər bir cismə 
keçə bilər. Əlbəttə, bu yozum Buddanın nəzərincə zehni və mə'nəvi anlayışa 
bənzəyir. Buddist kitablarının birində deyilir: “Sultan Milində həkim Nagsinədən 
soruşur: - Birinci cismdən ikinci cismə heç bir şey varid olmadan, yenidən 
doğulub həyat sürmək mümkündürmü? 
Həkim cavab verir: - Bəli. 
Şah deyir: - Misal göstər. 
Həkim deyir: - Kimsə şamı başqa bir şamın işığında yandırdıqda, birinci şamın 
işığı ikinci şamın cisminə keçirmi? 
Şah deyir: - Xeyir. 
Həkim deyir: - Həyatın yeniləşməsi də buna bənzəyir. 
Həkim başqa bir misal göstərib deyir: -Müəllim öz şagirdinə bir şey öyrətdikdə, 
elm və kəlam onun cismindən şagirdin cisminə varid olurmu? 
Şah deyir: - Xeyir. 


90 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin