SeyiD ƏHMƏd mahmudi /j


“Hamı səhra heyvanları kimi dolanmalı, kərkədan tək evsiş-eşiksiz, əhli-əyalsız



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə64/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   60   61   62   63   64   65   66   67   ...   200
Dinlərlə tanışlıq

“Hamı səhra heyvanları kimi dolanmalı, kərkədan tək evsiş-eşiksiz, əhli-əyalsız 
yaşamaqla ömrünü nəfsini təkmilləşdirmək yolunda sona çatdırmalıdır. Lakin, 
eyni zamanda şəfqət və mərhəmət kimi bəyənilən sifətləri özündə tərbiyə etməli, 
ömrünü məxluqata xidmət və yaxşılığa həsr etməlidir. Elm öyrənib öyrətmək, 
gözəl nəsihətlərlə insanları nicat və qurtuluş yoluna yönəldib rəhbərlik etməli və 
öz körpəsinə mehriban olan bir ana kimi bütün insanlara qarşı mehriban 
olmalıdır. Ana öz körpəsini qorumaq üçün öz canını belə fəda etməyə hazır olduğu 
kimi, o da öz batinini insanlara qarşı o qədər məhəbbət və xeyirxahlıqla 
doldurmalıdır ki, yaranmışların nicatı üçün öz maddi canını əsirgəməməlidir. Hər 
yerdə, hər nəyi varsa pak və səfalı qəlblə, aludəlikdən, xudbinliklərdən uzaq 
olmaqla onlara məhəbbət göstərməlidir.” 
Buddizmi qəbul edən hər bir şəxs bu məhəbbət və şəfqətin bu mərtəbəsinə çatmaq 
üçün öz qəlbini başqalarına qarşı kindən tamamilə təmizləməli, digərlərinə 
münasibətdə kin-küdurət tozunun onun qəlbinə hakim kəsilməsinə heç bir vəchlə 
imkan verməməlidir. Belə ki, hətta kimsə onu söysə, yaxud ona qarşı hörmətsizlik 
etsə belə narahat olmamalıdır. Çünki insan qəlbində “filankəs məni təhqir etdi, məni 
döydü, mənim malımı oğurladı, yaxud mənə zülm etdi” kimi fikirləri təlqin etsə, 
tədricən ürəkdə kin-küdurət tozu, pası qəlbə qalib gələr. Bu vaxt belə fikirlərin batini 
aləmdən təmizlənməsi, silinməsi çox çətin, bə'zən də qeyri-mümkün olar. İnsan 
yalnız intiqam almaq fikrinə düşər və belə olan halda da əxlaq normalarının ziddinə 
hərəkət etmiş olar. Buna görə də Budda öz ardıcıllarına başqalarının onlara qarşı 
etdiyi pislikləri hətta xəyallarından belə keçirməməyi tövsiyə etmişdir, o ki qala 
intiqam almağı. Buddanın həyatı barədə başqa bir hekayətdə deyilir: 


94 
“ - Bir gün Puna adlı şagirdi onun yanına gələrək və ondan meşədə yaşayan 
vəhşiləşmiş bir qövmə tə'lim-tərbiyə vermək üçün icazə istədi. Budda onun iman və 
dözümünün nə dərəcədə ciddi olduğunu yoxlamaq üçün dedi: 
“ - Ey Puna, onlar çox kobud, yırtıcı xislətli və əzazildir. Sənə qəzəbləndikdə 
nalayiq sözlər işlədəcəklər. Bu barədə fikirləşmisənmi?” Puna dedi: “ - Qorxusu 
yoxdur, ey mənim ustadım! Mən öz qəlbimdə onları mehriban və yaxşı insanlar 
hesab edəcəyəm. Çünki söysələr də, dillə incitsələr də, mənə cismani əzab-
əziyyətləri çatmayıb, daşla, çomaqla məni döyməmişlər.” Budda dedi: “ - Bu qorxu-
hürküsüz qəbilə səni daşla, çomaqla döysə necə?” Puna cavab verdi: “ - Yenə də öz-
özümə deyəcəyəm ki, onlar mehriban və pak qəlbli insanlardır, çünki məni xəncər 
və qılıncla qətlə yetirmək istəmirlər.” Budda dedi: “ - Əgər bu işi görsələr nə 
edəcəksən?” Puna dedi: “ - Öz-özümə deyəcəyəm ki, onlar mənə qarşı çox mehriban 
və xeyirxahdırlar. Çünki həqiqətdə məni bu alçaq təbiətli cismdən xilas edərək 
azacıq bir əzabla varlığın əzabından qurtarmışlar.” Budda bu cavabı eşitdikdə belə 
dedi: “ - Çox gözəl dedin ey Puna! Malik olduğun bu səbr və dözümlülük ne'məti ilə 
get, çalış, özün xilas olduğun kimi başqalarına da nicat ver...” 
Buddanın çıxışlarından birində ona istinadən söyüş barəsində belə nəql olunur: “ - 
Əgər kimsə öz axmaqlığı ucbatından mənə qarşı səhv bir addım atmış olsa, bu işin 
müqabilində onu öz sədaqətli məhəbbətimin kölgəsinə alacağam. Mənə qarşı pisliyii 
artırdıqca, mən də öz yaxşılıqlarımı artıracağam.” 
Buddistlərin müqəddəs kitablarından olan Damapadanın nəğmələrindən birində 
oxuyuruq: “ - Qoy insan öz qəzəbinə məhəbbətlə üstün gəlsin, qoy o pisliklərə 
yaxşılıqla qələbə çalsın, qoy o tamahkar insanın qarşısında əliaçıq, yalançının 
müqabilində isə düz danışan olsun.” Başqa bir yerdə isə belə deyilir: “ - Heç vaxt 
nifrəti nifrətlə aradan qaldırmaq olmaz. Nifrət yalnız mehr-məhəbbətlə aradan 
gedər.” 
Yuxarıdakı cümlələrdən belə nəticə alınır ki, Budda ayininin başqalarına qarşı 
əxlaq və davranış normalarının əsası tam sülh və qeydsiz-şərtsiz məhəbbət üzərində 
qurulub. Bu ayində kobud hərəkət hər bir halda qadağandır. Bu baxımdan da 
buddizmlə xristianlıq arasında çox oxşarlıq vardır. 
Bu ayində şəxsi əxlaqın əsasını nəfsin alçaldılması, bütün nəfsani istək və 
meyllərin, maddiyyat və dünyaya marağın itirilməsi təşkil edir. Buddizm bütün əxlaq 
və davranış prinsiplərində mö'tədil və loyal yol seçməyə çalışmasına baxmayaraq bu 
cəhətdən də onunla sufi firqələri arasında oxşar xüsusiyyətlər var. Qeyd etmək 
lazımdır ki, buddizm nəfsin təmizlənməsi, son qurtuluş məqamına nail olmaq üçün 
uzun illər boyu monastırlarda mümkün olan düşüncə və müraqibə ilə bütün nəfsani 
və dünyəvi asılılıqları qırmaq tə'kid etdiyi halda, bu ayinin öz ardıcıllarına mö'tədil 
mövqe seçməyi tövsiyə etdiyini necə demək olar?! Bu mö'tədilliyin yeri ifrat və təfrit 
arasında hardadır? Buddizm özünü caynizmdə gördüyümüz üzücü və çətin asketizm, 
zahidlikdə ifrata varma ilə qeydsiz-şərtsiz


95 
azadlıqda təfrit arasında yerləşən mö'tədil mövqeli hesab etdiyinə görə bu tənqid öz 
yerində qalır. 
Əvvəla, inkar etmək olmaz ki, buddizm həmin dövr Hindistan cəmiyyətində 
brahmanizm və caynizmin yaratdığı ifrata və təfritə varılan ayinlərindən uzaqlaşaraq 
daha mö'tədil yol təqdim etmişdir. Buddizmdə tövsiyə olunan asketizmlə 
caynizmdəki asketizm arasında müqayisə aparsaq, buddizm zahidanə göstərişlərinin 
ifratçılıqdan uzaq olduğunu, bu dində brahmanizmin təbəqələşmə ilə bağlı 
tələbkarlığının olmadığını aydın şəkildə görərik. Qeyd olunduğu kimi
brahmanizmdə hər şeydən əvvəl insan təkrar doğulmaların dövri sistemində heç vaxt 
sinfi quruluşdan çıxa bilməz, yalnız insan yaxşı əməl sahibi olduqda daha yüksək 
təbəqələrə keçə bilər. Əks təqdirdə daha aşağıda olan təbəqələrə süqut edəcəkdir. 
Buddizm isə yenidən doğulmalardan tamamilə xilas olmaq üçün müəyyən bir yol 
təqdim etmiş və əsasən sinfi ziddiyyətləri rədd etmişdir. İkincisi, brahmanizmdə hər 
bir təbəqənin əxlaqi prinsipləri fərqlidir və hər bir təbəqənin özünəməxsus əxlaq 
normaları vardır. Bir təbəqədə çirkin, xoşagəlməz və haram sayılan bir işin digər bir 
təbəqə üçün yaxşı, yolverilən sayılması mümkündür. Buddizmdə isə nisbətən 
mö'tədil və asan bir yol təklif edilmişdir. 
Digər məqam bundan ibarətdir ki, buddizmi İslam məktəbinin əxlaq normaları və 
davranışları ilə müqayisə etmək istəsək, şübhəsiz İslam qanunlarının mö'tədil və 
məntiqəuyğunluğunu, 
buddizmin 
əxlaq-rəftar 
prinsiplərindəki 
fanatizmi 
təsdiqləyəcəyik. Çünki, İslam dini insanın istər maddi, istərsə də mə'nəvi - bütün 
ehtiyaclarını haqlı sayaraq bütün hallarda loyal və mö'tədil yol seçməyi şərt 
qoymuşdur. Misal üçün: İslam zahidliyi dünyadan əl çəkmək və tərkidünyalıq 
demək deyil, maddi və dünyəvi istəklərin cilovlanması, nəzarət altına alınması 
deməkdir. Bu mövzu barədə “İslam əxlaqı” dərsində daha ətraflı öyrənəcəksiniz. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin