92
deyir: - Yüz nəfər yaxın, əziz adamı olan onlardan ayrıldıqda da yüz dəfə qəm-qüssə
çəkməlidir. Əzizlərinin sayı doxsan nəfər olsa, doxsan dəfə, bircə
əzizi olan şəxs
yalnız bir dəfə ayrılıq əzabını çəkər. Nəhayət, həmin şəxs qohum-əqrəba
məhəbbətini qəlbindən silsə ümumiyyətlə əzab-əziyyətdən xilas olacaqdır.”
Buddanın fikrincə, çəkiniləsi xoşagəlməz işlər həddindən artıqdır. Ancaq, onların
hamısı on məsələdə toplanmışdır. Bunlara “onluq zəncirlər” deyilir. Bu zəncirlər
insanın səadət və qurtuluşa nail olması yolunda maneədirlər. Onları tam qətiyyət və
iradə ilə qırıb atmaq lazımdır. Həmin on zəncir aşağıdakılardır:
1. Nəfsi sevmək;
2.
Şəkk-şübhə;
3. Dini ayinlərdə adətlərə inam və rəsmiyyətçilik;
4. Şəhvət;
5. Qəzəb;
6. Yenidən doğulma və ideal vəziyyətdə tənasüx arzusu;
7. Yenidən doğulub mücərrədlər aləmində yaşamaq arzusu;
8. Təkəbbür və qürur;
9. Xudbinlik və eqoizm;
10. Cəhalət və nadanlıq.
Öz nəfsini bu zəncirlərdən xilas edə bilən kimsə əslində ozünü hər arzu, təmənna,
aludəçilik və asılılıq əsarətindən təmizləyib mütləq sakitlik və asayişə nail olar.
Budda bu məqama çatmaq üçün səkkiz mərhələdən
ibarət olan seyr-süluk
üslubunu təqdim edir:
1. Düzgün iman; Burada dördlük təşkil edən ana həqiqətə tam iman və öz həyatını
ona uyğun qurmağa əzm və iradə göstərmək nəzərdə tutulur;
2. Düzgün düşüncə; Burada cismani şəhvətlərin tərk olunması məsələsində
dönməz əqidə, başqalarına qarşı həqiqi məhəbbət bəsləmək, canlılara əzab-əziyyət
verməmək və bədbəxtliyə səbəb olduğuna görə arzuları tərk etmək başa düşülür;
3-4. Düzgün danışıq və Düzgün rəftar; Burada əbəs və yersiz sözlərdən çəkinmək,
xoşagəlməz əməlləri tərk etmək nəzərdə tutulur.
Buna əsasən, insan bütün
yaranmışları sevməli, sədaqətli dostluğu ilə öz rəftar və sözlərində onlara
məhəbbətini göstərməlidir;
5. Düzgün yaşayış; Yə'ni hər bir şəxsin müəyyən bir məşğuliyyəti, peşəsi olmalı,
öz enerjisini və vaxtını ona sərf etməlidir. Əlbəttə, bu peşə və məşğuliyyət
buddizmin əsas prinsipləri ilə ziddiyyət təşkil etməməlidir. Məsələn, qəssablıq
birinci əxlaqi prinsipə, yə'ni canlıları öldürməmək əqidəsi ilə uyğun gəlmir və ona
görə də tərk
edilməlidir;
6. Düzgün sə'y; Hər bir şəxs haqqı batildən, zərərli istəkləri faydalı məqsədlərdən
ayırd etmək, xoşagəlməz meylləri bəyənilən bağlılıqlardan seçmək üçün öz fiziki və
əqli gücünü işlətməlidir;
93
7. Düzgün düşüncə; Hər bir şəxs öz təfəkkür və düşüncə qüvvəsini davamlı
müsbət vərdişlərə öyrətməli, sutkanın müəyyən saatlarını ali-insani məqsədlər
barəsində düşüncə üçün ayırmalıdır;
8. Düzgün müraqibə. Bu son mərhələdir və onun əsnasında bu
yolu gedən şəxs
Buddanın öyrətdiyi həqiqətlər ətrafında davamlı təmərküz və müraqibə yolu ilə
(dörd həqiqət) ərhət (kamil insan) adlanan məqama çatır. Bu halda salik və rahib tam
fənalığa və mütləq paklığa (nirvanaya) nail olur.
Bura qədər bəyan olunanlar buddizmin əxlaq və davranış təlimlərinin mənfi,
məhrumedici xarakterli prinsipləri idi. On üçüncü dərsdə qeyd olunan on ideoloji
prinsip isə bu ayinin mənfi xüsusiyyətlərinə aiddir. Ancaq bu dində müsbət əxlaq
normaları da nəzərdə tutularaq tə'kid olunmuşdur. Bu xüsusiyyətlərdən biri də ərhət
məqamına çatmağın əlamət və sifətlərindən sayılan yaranmışlara
mərhəmət və
hamıya qarşı xeyirxahlıq hissidir. Bu məqama nail olan şəxs xoş məram, daxili saflıq
və pak qəlblə bütün insanlar üçün xeyir və yaxşılıq istəməlidir. Budda bu barədə belə
deyir:
Dostları ilə paylaş: