108
birinə çatmaq üçün bir-birindən fərqlənən üç konkret yol da nəzərdə tutulmuşdur. Bu
izahla aydın olur ki, brahmanizm ayininə inananlar üçün həyatda həqiqətə qovuşmaq
naminə altı məqsəd müəyyənləşdirilmişdir. Eləcə də öncə sitayiş üçün təqdim olunan
çoxsaylı mə'budlardan yeni dəyişikliklərdə yalnız üçü rəsmən tanınaraq pərəstişə
layiq görüldü, qalanlarına isə az diqqət yetirildi.
Bəhsdən çıxan
nəticə bundan ibarətdir ki, bu gün geniş Hindistan torpaqlarında
şahidi olduğumuz və çoxsaylı ardıcılları olan hinduizm, yuxarıda qeyd edildiyi kimi,
brahmanizmdə baş vermiş proses və dəyişikliklərin məhsuludur. Çünki qədim
hinduizmin əsas xüsusiyyəti brahmanların (hindus ruhanilərinin)
qeyd-şərtsiz
hakimiyyətindən ibarətdir. Adətən bu dövrü brahmanizm, yeni dövrü isə hinduizm
adlandırırlar.
Burada, hinduizmdə həyatın dörd icazə verilən məqsədini və üç nicat yolunu
araşdıracağıq. Bu ayinin digər ictimai və ideoloji əsaslarında baş verən dəyişiklikləri
isə gələn dörd dərsdə təhlil edəcəyik.
Dostları ilə paylaş: