105
çoxu bu firqənin ardıcıllarıdır. Bu firqənin özü də müxtəlif hissələrə bölünmüşdür
və onlardan bə'ziləri aşağıda qeyd olunur:
1. Pak torpaq firqələri - bu firqələr çox sadə və xalq kütlələrinin başa düşə
biləcəyi bir dillə camaatı qurtuluşa, müqəddəs torpağa və əbədi cənnətə çatmaq üçün
hazırlayır. Bu firqəyə görə,
qurtuluşa nail olmaq üçün əqli, fiziki fəaliyyət zəruri
deyil və yalnız xüsusi zikrləri təkrar etməklə bu məqama qovuşmaq olar.
2. Batiniyyə firqələri - bu
firqələr nicat və qurtuluşa, işraq və nuranilik
mərtəbəsinə nail olmağın yolunu yalnız insanın batini hərəkətində görür, mütaliə,
müəyyən əməllərin yerinə yetirilməsi, ibadət və s.
işlərin də bu məqama nail
olmaqda müəyyən tə'siri olmasına etiqad bəsləyirlər.
3. Əqli firqələr - bu firqənin inancına görə qurtuluşa nail olmaq üçün ilk növbədə
zehni bütün fikir və adətlərdən təmizləmək lazımdır. Bundan sonra dini kitabların
mütaliəsi, filosofcasına düşüncə və əqli təhlillər sayəsində tədricən kamilləşmə
mərhələsinə çatmağa hazırlaşmaq olar.
4. Sirli, yaxud haqq kəlmə firqələri - bu firqənin ardıcılları kamilliyə çatmaq
üçün öz inanclarına görə fövqəladə cadu gücü və müqəddəsliyi olan bə'zi söz və
zikrlərdən istifadə edirlər. Onlar inanırlar ki, əqli təfəkkür və batini işraqın əvəzinə
bu zikrləri təkrarlamaqla müsbət nəticəni əldə etmək olar.
Buddizmin mühüm firqələri sırasında, vacrayana, yaxud lama ayininin adını
çəkmək lazımdır. Bu firqənin də əsas e'tibarı ilə Tibetdə çoxlu ardıcılları vardır.
Buddizmin Tibet torpaqlarında yayılmağa başladığı
ilk dövrlərdə buddist
düşüncələri hinduizm və eyni zamanda animizm təfəkkürü ilə qarışaraq buddizmə
başqa bir imic bəxş etmişdi. Bu e'tiqadlardan biri də budur ki, budda mə'budları
beşdir və onların hər birinin bir arvadı vardır. Buna görə də budda mə'bədlərindəki
rahiblərə evlənməyə icazə vermiş və bu hal geniş yayılmışdır. Onlar xüsusi zikrlərlə
Buddanın diqqətini özünə cəlb etmək, yaxud zərəri dəf etməyin mümkünlüyünə də
inanmışlar. Onlar arasında Budda mə'budlarını şad etmək üçün şeytan rəqsləri, kəllə
sümüyündə şərab içmək, ölülərin bud sümüyü ilə bə'zi mahnıları çalıb oxumaq kimi
xurafatçı mərasimlər də yayılmışdır.
Tibet rahiblərindən olan “Tesvənig-xapa” XIV əsrdə lama ayinində islahatlar
apardı. O, xurafatçı mərasimləri
ləğv etməkdən əlavə, spirtli içkilər içməyi və
rahiblərin nigaha girməsini qadağan edərək, ritualların əvəzinə daha artıq_ibadət və
namazları qanuniləşdirdi. Belə ki, hal-hazırda buddistlər arasında ən çoxsaylı ibadət,
namaz və dualar bu firqəyə məxsusdur. Dalay Lama, lama ayininin böyük rəhbəri,
böyük Buddanın simvolu və təcəllisi hesab olunur. O, vəfat edərsə, firqəyə rəhbərlik
tənasüx dövründə Dalay Lamanın ruhunun onun bədəninə daxil olduğu şəxsə keçir.
Bu şəxsi ayırd etmək çox çətindir. Dalay Lama vəfat edərkən bu firqənin ardıcılları
Tibet torpağının hər bir yerində düz onun öldüyü anda dünyaya gələn uşağı
axtaracaqlar. Nəzərdə tutduqları uşağı tapsalar və o, Dalay Lamaya aid olan əmlak
və əşyalardan hər hansı birinə müəyyən formada meyl edib ünsiyyət qursa onu
sonrakı lama kimi seçəcək və xüsusi tə'lim-tərbiyə keçərək
106
böyüdəcəklər. O həddi-büluğa çatana qədər Budda tə'limləri əsasında
tərbiyələndiriləcək, daha sonra isə rəsmi şəkildə əvvəlki lamanın canişini olacaq.
Dostları ilə paylaş: