107
ON SƏKKİZİNCİ DƏRS
HİNDUİZM (1)
MƏQSƏDLƏR VƏ YOLLAR
Keçən dərslərdə qədim hinduizmin (brahmanizm) ictimai,
konseptual, ideoloji
əsasları ilə tanış olarkən bu ayinin əsas ideoloji prinsiplərinin caynizm və buddizm
tərəfindən
kəskin tənqid olunduğunu, onun əleyhinə çıxıldığını və brahmanizm
ardıcıllarından çoxunun caynizm və buddizmə meyl etdiklərini öyrəndik.
Brahmanizmin
digər iki dindən fərqli olaraq, heç vaxt vahid tə'sisçinin qayda-
qanunları
çərçivəsində, konkret bir istiqamətdə və məhdud, inzibati metodları
olmamışdır. Bu ayin heç vaxt yeni yaranmış digər firqələrlə
münaqişə və ixtilaf
yolunu tutmamış, əksinə - həmişə güzəşt və kompromisi seçmişdir. Eləcə də,
caynizm və buddizm ardıcıllarını kafir hesab etməmiş, əksinə bə'zən bu iki ayinin
ideoloji əsaslarını qəbul və təqdir etmişdir. Bu baxımdan
caynizmin əsas ideoloji
əsaslarından olan və hindusların bu gün də hörmətlə yanaşdığı canlılara əzab-əziyyət
verilməməsi prinsipini qeyd etmək olar. Belə ki, ət yeməyi özlərinə haram etmiş və
vegetarian həyatı seçmişlər. Bundan başqa, buddizm məktəbində nirvanaya çatmaq
üçün nəzərdə tutulmuş nəfsani istəkləri tərk etmək kimi digər bir prinsipi də qəbul
etmiş və onu öz üslublarına çevirmişlər.
Brahmanizm öz inkişaf yolunda enişli-yoxuşlu yolları qət etdikdən, müxalif, əks
ideoloji cərəyanlar və rə'ylərlə qarşılaşdıqdan sonra bu çətinliklərə və
uyğunsuzluqlara cavab tapmaq üçün öz ideoloji əsaslarını genişləndirməyə məcbur
oldu. Onlar bununla cəmiyyətin müxtəlif təbəqələrinin istəklərinə cavab vermək və
ayrı-ayrı düşüncə, maraq və mənafe sahiblərində bu ayinə meyl yaratmaq istəyirdilər.
Bu kimi güzəştlərin miqyası elə bir həddə olub ki, Hindistanın müstəqilliyinin banisi
Qandi demişdir:
“ - Ola bilər ki, kiminsə Allaha imanı olmasın, amma o, yenə də
Dostları ilə paylaş: