SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə67/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   63   64   65   66   67   68   69   70   ...   200
Dinlərlə tanışlıq

MÜQƏDDƏS KİTABLARI 
Buddistlərin ən mühüm və ən kamil müqəddəs kitabı “3 səbət” mə'nasını daşıyan 
“Teripitaka”dır. Bu 3 səbət aşağıdakılardır: 
1. Nizam-intizam səbəti; Buddizmi təzə qəbul edən şəxslərə, yaxud rahiblərə və 
yüksək səviyyəli buddistlərə aid qanunların icrasına nəzarət edir (bu qanun və 
normaların bə'zilərinə toxunuldu); 
2. Tə'lim səbəti - Buddanın tə'lim və polemikalarından təşkil olunub; 
3. Hekayələr səbəti. 
Bu bölmədə buddizmin nəzəri bəhsləri, mürəkkəb və zərif psixoloji məqamları 
verilmişdir. Bu səbət əslində tə'lim səbətinin icmal və şərhidir. Burada hekayə və 
təmsillərdən istifadə yolu ilə Buddanın nəzəriyyə və e'tiqadlarının şərhi verilir.


100 
Buddanın nəzəriyyə və e'tiqadlarından ibarət olan tə'lim səbətinin özü də Buddanın 
xütbə və çıxışlarının həcminə müvafiq olaraq genişdən yığcama doğru ardıcıllıqla 
verilmiş və asketizmə, buddizmlə brahmanizm arasında əlaqə, səbəb-nəticə silsiləsi, 
sinfi quruluş barədə Buddanın fikirləri, dinin digər əsaslarının araşdırıldığı beş 
məcmuədən ibarətdir. 
Bu üç səbətdən başqa buddistlərin “Athakatha” deyərək hörmət bəslədiyi bu 
səbətlər barəsində digər təfsirlər məcmuəsi də qalmışdır. 
SUAL VƏ TAPŞIRIQLAR 
1. Buddizmin ilk ibadət ayini hansı olmuşdur? 
2. “Sangəh”in mə'nası nədir? 
3. Buddizmin ən mühüm mə'nəvi əməli hansıdır? 
4. Ruhlar evi hansı məqsədlə yaradılmışdır? 
Buddizmin ən mühüm müqəddəs kitablarının adlarını sadalayın.


101 
ON YEDDİNCİ DƏRS 
BUDDİZM (5) 
FİRQƏLƏR 
Buddizm ayini genişləndikdən sonra onun yayılmağa başladığı birinci yüzillikdə 
Buddanın təlimlərinin prinsip və əsaslarının izah, qənaət və dəyərləndirmə forması 
ətrafında Buddanın şagirdləri arasında kəskin fikir ayrılığı yarandı. Bu təfriqə və 
ixtilaf son nəticədə Budda ardıcıllarının parçalanmasına və iki əsas firqənin 
yaranmasına səbəb oldu. Qeyd olunan firqələrin yaranmasına iki mühüm və əsas 
amil səbəb olmuşdur: 
1. Buddanın bir çox ideoloji məsələlərdə, o cümlədən Allaha və ya mə'budlara 
inanıb-inanmamaq, Allaha sitayiş etməyin zəruri olub-olmamasında, ölümdən 
sonrakı həyatı barədə aydın, şəffaf mövqe seçməməsi qarşıya çıxan ixtilafların ilkin 
səbəbi idi. Tədqiqatlar insan cəmiyyətinin, o cümlədən qədim Hindistan 
cəmiyyətinin Buddadan çox əsrlər öncə Allaha, fövqəl-təbii həqiqətlərə və ölümdən 
sonrakı həyata e'tiqad bəslədiyini, daim axirətə müəyyən mə'nada ümidli olduğunu, 
onların həyatında mə'buda və ya mə'budlara ehtiyacın mövcudluğunu göstərir. Buna 
əsasən demək olar ki, həmin dövrdə yaşayan insanlar yaranmaqda olan yeni ayində 
(buddizmdə) qeyd olunan məsələlərə mövqe birdirilməsini gözləmişlər. Buddanın 
şagirdləri əksər hallarda brahmanizmin kasta sinfi quruluşundan mə'yus olduqlarına, 
eləcə də ardıcıl doğulmalar, tənasüxlərdən keçirdikləri iztirab və təşvişlərə görə bu 
ayinə meyl göstərmiş, digər ideoloji prinsiplər onlar üçün o qədər də şəkk-şübhə və 
narahatlıq yaratmamışdır. Məhz bu səbəbə görə Buddanın şagirdləri və onun 
canişinləri brahman ayinində (qədim hinduizmdə) mövcud olan bir çox ideoloji əsas 
və elementləri buddizmə əlavə etmişlər. Belə ki, həmin ideologiyaları Buddanın yeni 
tə'limlərinə zidd hesab etmirdilər. 
2. Buddizmin əxlaqi və ideoloji prinsipləri ilə əlaqədar keçən bəhslərə yenidən 
nəzər salsaq, bu prinsiplərdə heç vəchlə bir-birilə uzlaşmayan bir sıra təzad və 
uyğunsuzluqların şahidi olarıq. Bu təzadların ən mühümü tərkidünyalıq, sükunət, 
guşənişinlik, məhəbbət və bağlılıqların (hətta ana və ataya münasibətdə belə) 
kəsilməsi prinsipi ilə “hamıya qarşı ümumi, təmənnasız dostluq və məhəbbət” 
prinsipi arasında olan ziddiyyətdir. Bu iki prinsip arasındakı açıq-aşkar ziddiyyət 
Buddanın şagirdləri və ardıcıllarını iki qrupa böləcək səviyyədə olmuşdur. Onlardan 
hər biri iki prinsipdən birinə inanmış və birini digərindən üstün tutmuşlar. 
Qeyd olunan iki qrup “böyük çarx” mə'nasını verən “mahayana” və “kiçik çarx” 
mə'nasını daşıyan “hiniyana”dan ibarət olmuşdur. 


102 
Bu firqə bəyan olunan iki prinsipdən birincisinə üstünlük verir və şəxsi qurtuluşa 
çatmağı son məqsəd hesab edir. Mahayana firqəsi ikinci prinsipə üstünlük verməklə 
dünyadakı bütün varlıqların xilas olmasını istəyir. Hiniyana firqəsi özünü əsl buddist 
(ortodoks) hesab edərək, Buddaya sadiq qalmaqla, mahayana firqəsinin Budda 
tə'limlərinə artırdıqları e'tiqadları qəbul etmir. Bu firqənin nəzərində heç bir sabit 
cövhər, mütləq və həmişəlik həqiqət yoxdur. Əşyalar və varlıqlar fənaya uğrayan 
keçici və davamsız ünsürlərin davam etməsindən təşkil olunub və kamil faniliyə 
doğru hərəkətdədirlər. Bu e'tiqaddan belə başa düşülür ki, maddi aləmin fövqündə 
heç bir həqiqət yoxdur və maddi aləmin özünü də qeyri-sabit, mütləq fənalığa 
məhkum hesab etməliyik. Buna görə də firqə ardıcılları inanırlar ki, Buddanın özü 
də fəna və nirvana mərhələsinə çatdıqdan sonra mütləq faniliyə nail olmuşdur və 
artıq ondan heç bir əsər-əlamət yoxdur. O, hal-hazırda mütləq sükunət və sükuta 
qovuşmuşdur, varlıq aləmində baş verən hadisələrdən tamamilə xəbərsizdir. Onların 
nəzərində Budda, hətta əfsanəvi, yaxud ilahi bir varlıq kimi də qəbul edilmir. Sadəcə 
olaraq, bütün insanlar kimi bir varlıqdır; yalnız nirvana yolunu başqalarına öyrətdiyi 
və özü bu dünyadan tamamilə xilas olduğu üçün sitayişə layiqdir. Bu cəhətdən ona 
pərəstiş olunması onun xatirəsini anmaq mə'nasını daşıyır. Bu firqə Buddaya ehtiram 
göstərməyi, ona dəyər verməyi onun xatirələrini canlı saxlamaq kimi 
qiymətləndirirlər. 
Bu firqənin əksi olan mahayana firqəsinin ardıcılları Budda təlimlərinin humanist 
yönümlərinə daha çox diqqət yetirirlər. Onlar inanırlar ki, başqaları ilə mehriban 
əlaqə qurmaq, hər şeyə müsbət yanaşmaqla mütləq nur və qurtuluşa çatmaq olar. 
Onlar bu baxışların Buddanın şəxsiyyəti həddinə qədər genişləndirməklə onu 
sitayişə layiq olan ilahi varlıq sanırlar. Bu firqə ardıcılları inanırlar ki, Budda ibadət 
və pərəstişə layiq olan bir varlıqdır. Belə ki, o ilahilik xüsusiyyətlərinə malik olmaqla 
öz lütf və mərhəməti sayəsində bəndələrə nicat vermək üçün asimandan yer üzünə 
nazil olmuşdur ki, öz enişi ilə qaragün və azğın insanları düz yola, qurtuluş və nicata 
yönəltsin. Onların e'tiqadına görə Budda ilahi bir varlıqdır, mütləq elm və ismət 
məqamına malikdir. Ardıcıl doğulmalardan, dəfələrlə bədənlərdə zühur etdikdən, 
ömürləri və həyatları qət etdikdən sonra kamillik yolunda olan hərəkətini son 
nəticədə ilahi məqama yetişməyə və asimanlara qovuşmaq mərhələsinə qədər davam 
etdirmişdir. Sonra yerə enərək anasının bətnində yerləşmiş və daha sonra insan 
surətində doğulmuşdur. Doğulduqdan sonra onun ilahi mahiyyəti bütün həyatı boyu 
şühud və işraq zamanında zahir olmuşdur. Onun tə'limlərinə görə, hər bir şeyin ilahi 
rəngi var, onun rəftar və əməlləri də həqiqət, ismət prinsipinə uyğundur. Hər kəs o 
yolla getsə, bədbəxtliklərdən xilas olar, mütləq asayişə və sülhə nail olar. 
Mahayana firqəsinin ardıcılları nikbinlik və kompleks baxış prinsipi əsasında yə'ni 
hamının nicat və qurtuluşunu qəbul edərək hiniyana firqəsindən fərqli olaraq 
nirvanaya çatmağın xüsusi insanların inhisarında olmasına inanmırlar. Bu qrupun 
əqidəsinə görə, Budda (həqiqi və məhşur Budda) ilk və ya axırıncı Budda


103 
deyildir. Ondan qabaq da sayları 24-ə çatan başqa buddalar olmuşdur və ondan sonra 
da digər buddalar olacaqdır. 
Gələcək Budda Mahayana firqəsinin nəzərincə “Buddisətvə” adlandırılır və onun 
mə'nası “formalaşmaqda olan Budda” deməkdir. Bu firqənin inancına görə, 
formalaşmaqda olan buddalar buddaların nurani cismlərindən bəhrələnir və “tuşita” 
behiştində cah-cəlallı taxtlar üzərində əyləşən əfsanəvi varlıqlardır. Müqəddəslər və 
övliyalar onların ətrafında qərar tutmuşlar, onlar insanları xilas etmək üçün yer 
üzərinə peyğəmbərlər göndərirlər və insanların müqəddəratı mə'budların əlindədir. 
İnsanlar da ali vücudlara ibadət və sitayiş etməli, qurtuluş mərhələsinə çatıb 
nirvanaya nail olmaq istəsələr, Buddisətvə yolunu tutmalıdırlar. Bunlar insanın 
nirvanaya qovuşması üçün bir vasitə, əfv və rəhmdillilik, sə'y və mə'nəvi qüvvə, 
əxlaqın saflaşdırılması, səbr və təmkin, düşüncə və meditasiya, ağıl və zəka kimi altı 
fəzilətin atributudur. Bu firqənin e'tiqadına görə həmin altı fəzilətdən kömək 
almaqla, eləcə də nirvanaya nail olmaq üçün nəzərdə tutulan on buddist məqamı 
vasitəsilə ilə bu mərhələyə çatmaq olar. 
Hiniyana firqəsinin buddizmin səkkiz e'tiqadının yerinə təqdim etdiyi on məqam 
buddisətvalara aiddir və onlar qısaca aşağıda verilir: 
1. Şadlıq və sevinc məqamı; 
2. Paklıq məqamı; 
3. Səbr və müqavimətin təcəlli məqamı; 
4. Parlaqlıq məqamı; 
5. Yenilməzlik məqamı; 
6. Buddaya üz tutma məqamı; 
7. Durru məqamı (Mə'nəvi gücün zirvəsi olan, bununla belə ilahilik məqamına 
çatmayan bir məqamdır.); 
8. Sükunət və hərəkətsizlik məqamı; 
9. Pak fitrətlilər məqamı; 
10. Əbri əyin məqamı. Bu, Buddaya xas olan bir məqamdır və daim ondan rəhmət 
və mərhəmət yağışı gözlənilir. 
Mahayana firqəsinin e'tiqadlarındakı mühüm məqam budur ki, Buddanın yolu çox 
geniş və hamının üzünə açıq olan bir yoldur. Hər bir şəxs Sətvəbuddanın yüksələn 
xətt üzrə gedən yolunu qət edərək son nəticədə nirvana mərhələsinə çata bilər. Hətta 
həmin şəxsin özü gələcək buddalardan biri ola bilər. Bu firqə ardıcıllarının gözü 
həmişə digər bir böyük buddanın zühuru yoluna dikilib və nə vaxtsa Sətvəbuddanın 
yüksələn xətt üzrə gedən və kamillik yolunda digər bir böyük buddanın bəşəriyyəti 
əzab-əziyyətdən, möhnətdən xilas etmək üçün zahir olacağına inanırlar. 
Bu firqənin nəzərində Sətvəbudda məqamına çatmaq hamı üçün mümkün olsa da 
həmin məqama nail olmağın xüsusi şərtləri vardır. Həmin firqənin dini risalələrindən 
birində bu barədə oxuyuruq: “ - Hər kəs yolu qət edərək Sətvəbudda mənzilinə çata 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin