SeyiD ƏHMƏd mahmudi /j


bilər. Amma bu ali məqama yetişmək bir şərtlə



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə68/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   64   65   66   67   68   69   70   71   ...   200
Dinlərlə tanışlıq

bilər. Amma bu ali məqama yetişmək bir şərtlə


104 
mümkündür ki, insan öz nəfsində yaxşı və bəyənilən işlərə şövq, rəğbəti hiss etsin, 
canlı varlıqlara qarşı gördüyü yaxşılıqlara ürəkdən şad olsun. Bundan sonra 
Buddanın dərgahında dua edib onu işraq və şuhud məqamına çatdırması, ruhunu 
paklaşdırıb nurlandırması üçün kömək diləməlidir. Buddadan istəməlidir ki, onun 
nirvanaya qovuşmasını tə'xirə salsın (uzun ömürlülük duası) ki, o canlı varlıqlar 
üçün xeyir-bərəkət və xidmət mənşəyi ola bilsin. Yuxarıda qeyd olunan on mərhələ 
və məqamları keçdikdən sonra Sətvəbudda ləyaqətini qazanacaqdır.” 
Mahayana firqəsinin ardıcılları nicat, qurtuluş yolunun hamının üzünə açıq 
olduğuna, hər kəsin Budda ola bilməsinin mümkünlüyünə inandıqlarına görə 
hiniyana firqəsinin davamçılarını özü üçün, fərdi səadət və nicat istəyən, Buddanın 
dediyi kimi dünya meşəsində kərkədan tək yalqız dolaşan eqoist və xudpəsənd hesab 
edirdilər. Ancaq, bilmək lazımdır ki, Buddanın müxtəlif tə'limləri olmuş, onların hər 
biri xüsusi auditoriyanın iste'dad və düşüncəsinə uyğun nəzərdə tutulmuşdur. 
Məsələn, onun təqdim etdiyi səkkiz yol nəfsləri zəif olanlar üçün tə'yin olunmuşdur. 
Daha yüksək və ali nəfsə, idraka malik olan şəxslər üçün isə nəfslərini kamala 
çatdırmaq, insana eşq və məhəbbət bəsləməklə Sətvəbudda məqamına layiq 
görülmək üçün tə'limlər də mövcuddur. 
Mahayana firqəsinin ideoloji xüsusiyyətlərindən, əsas və prinsiplərindən biri də 
monoteizmdir. Bu firqə ardıcılları bütün buddalar ilk buddanın təcəllisi olmasına 
inanırlar. Bu firqənin nəzərində ilk budda brahmanizmdəki (qədim hinduizm) 
Brahmaya bənzəyir. İlk budda kimsə tərəfindən yaradılmamış, öz-özünə əmələ 
gəlmişdir. O, həmişə nirvanada və mütləq nurdadır. Digər buddalar yalnız onun 
məxluqu və yaratdığıdırlar. Bu ilkin budda həm də gvatamadır. Belə ki, gvatama 
(buddizm ayininin banisi) anadan doğulmuş, seyri-süluk, asketizm yollarını 
ötdükdən sonra fəna və nirvana məqamına çata bilmişdir. Halbuki ilkin budda öz-
özünə yaranmış və öz vücudu ilə var olmuşdur. İlk buddanın zühur və təcəllisindən 
biri də mə'nası müxtəlif cür, o cümlədən: “varlıqlara mərhəmət nəzəri ilə baxan 
mə'bud” və ya “nəzəri hər bir cəhətə və hər bir istiqamətə dikilmiş mə'bud” və s. 
kimi izah olunan avalukityadır. 
Avalukityanın özü ilahi fəzilət və xüsusiyyətləri ihtiva edən Sətvəbuddadır. O, 
bəşəriyyəti əzab-əziyyətdən, qəm-qüssədən xilas edəcəkdir. Onun mədhində 
yazılmış nəğmələrdən birində oxuyuruq: 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin