SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə76/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   72   73   74   75   76   77   78   79   ...   200
Dinlərlə tanışlıq

2. Vaysesika məktəbi: Bu məktəbin əsas üslubu dünyanın zatını tədqiq etmək 
ətrafında cərəyan edir. Bu məqsədə çatmaq və dünyanın zatı barədə tədqiqat aparmaq 
üçün motivləri nyaye məktəbinin prinsipləri üzərində qurulan analitik bir metod 
seçilmişdir. Bu məktəbdə obyektiv dünya bariz və aydın bir gerçəklikdir; onun 
əsaslandırma və arqumentlərinin əsasını hiss, təcrübə təşkil edir. Buna əsasən xarici 
aləm inkarolunmaz bir varlığa malikdir və aləmi təşkil edən zərrələr əbədi
sonsuzdur. Bu zərrələrdən təşkil olunan cismlərin davamsız, müvazinətsiz, süst bir 
mahiyyəti olmaqla sabitlik və mövcudluqlarını qorumaqdan məhrumdurlar. Bu 
varlıqların ömrü qısa olur və müəyyən müddətdən sonra yoxluğa düçar olurlar. Bu 
varlıqların sabit olmaması onların zərrələrinin və zat tərkiblərinin möhkəm, davamlı 
olmamasından irəli gəlir. 
Vaysesika məktəbi ruhların çoxluğu, maddi aləmdə ikilik, ilkin zərrələr
mə'nəviyyat və ruhlar aləmini qəbul etmişdir. Bu e'tiqada əsaslanaraq belə deyirlər: 
“ - Ruhların çoxluğu zərrələrin və cismlərin çoxluğu kimi saysız-hesabsızdır və hər 
bir ruh özünü tanıma, ağıl, müştərək hiss, duyğu hissələri, emosiyalar, bağlılıqlar, 
xatirələr və s.-nin şamil edildiyi daxili hissə malikdir. Yenidənyaranma prosesində 
təkrar doğulmanın səbəbi bir-birinə zidd olan iki dünyanın, yə'ni maddi və mə'nəvi 
aləmin bir-birinə qarışmasıdır. Bu qarışıqlıq ruhların sərgərdan qalmasına, çoxlu 
əzab-əziyyət və məşəqqət çəkmələrinə səbəb olur. Dünyanın əzab-əziyyətlərindən 
və maddiyyatın buxovlarından azad olmaq yalnız bu iki dünyanın bir-birindən 
ayrılması, ruhun maddənin çirkinliklərindən xilas olması ilə mümkündür. Ruh 
azad olduqdan sonra öz paklığı, lətifliyi və fitri sadəliyini yenidən tapır, ruhla 
yanaşı bir bədəndən digər bədənə keçən maddi eybəcərliklər, stereotiplər və əməl 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin