SeyiD ƏHMƏd mahmudi /j


Sonra həkim izah edərək deyir: - Yenidən doğulma da eynilə müəllimin dilindən



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə62/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   58   59   60   61   62   63   64   65   ...   200
Dinlərlə tanışlıq

Sonra həkim izah edərək deyir: - Yenidən doğulma da eynilə müəllimin dilindən 
şagirdin yaddaşına keçən zehni bir anlayış kimidir; bu halda müəllimin ruhu və 
cisminin maddəsi şagirdə nəql olunmur.” 
Eyni zamanda Budda inanırdı ki, insanın ruhu və nəfsi maddi asılılıqlardan 
qurtarıb fəna mərhələsinə və nirvanaya çatdıqda, ruh və cismindən heç bir şey qalmır 
ki, ölümdən sonra insanın cismindən başqasının cisminə keçə bilsin. 
“Nirvana” sanskrit dilində şamın və çırağın sönməsi kimi “sönmüş” mə'nasında 
işlənən sözdür. Buddizm inanclarına görə insan öz nəfsani istəklərini, dünyəvi 
asılılıqlarını söndürməklə dünyanın əzab-əziyyətindən və yeni doğulmalardan yaxa 
qurtarıb fəna mərhələsinə nail olur. Bu mərhələ buddizmdə son səadət və qurtuluş 
kimi təqdim olunmuşdur. 
SUAL VƏ TAPŞIRIQLAR 
1. Budda əzab-əziyyətdən qurtarmaq üçün intiharı düzgün yol hesab edirdimi? 
Nə üçün? 
2. Buddanın fikrincə insan şadlığa nə zaman nail ola bilər? 
3. Buddanın allah barədə fikri nədir? 
4. Buddanın ardıcılları ölümündən sonra onu hansı məqamda görürdülər? 
Buddanın dörd ali həqiqətini qısaca bəyan edin.


ON BEŞİNCİ DƏRS 
BUDDİZM (3) 
ƏXLAQ 
Keçən dərslərdə buddizmin əsas məqsəd və məqamı insanı dünyanın qəm-qüssə, 
əzab-əziyyətlərindən xilas etmək olduğunu öyrəndik. Sonra bəyan etdik ki, Budda 
bu məqsədə çatmaq üçün dörd həqiqəti çıxış yolu kimi təqdim etmişdir. Bu dörd 
həqiqətin ortaq xüsusiyyəti vücud baxımından insanın varlıq aləminə bağlılığı onun 
bütün əzab-əziyyətlərinin əsas amili olmasındadır. Bu baxımdan buddizmin varlıq 
aləmi haqdakı baxışları müəyyən mə'nada bədbinlik və pessimizmlə qarışmışdır. 
Belə ki, bu ayinin əxlaqi tövsiyələrinin çoxu arzuların tərk edilməsi, istək və 
meyillərin cilovlanmasına dəlalət edir. Bu ayinin tə'lim və göstərişlərinin mənfi
məhrumedici xarakterinə baxmayaraq, müsbət yönlü tövsiyələr də gözə çarpır. Belə 
ki, bir sıra müsbət əxlaqi keyfiyyət və dəyər nəzərə alınmış, onların yerinə 
yetirilməsi tövsiyə olunmuşdur. 
Buddanın ən mühüm əxlaqi norması eyş-işrəti tərk etmək və ehtirasdan, şəhvətdən 
çəkinməkdir. Belə ki, bu qəbildən olan işlər insanın sonsuz əzab-əziyyətlərinin əsas 
amili sayılmışdır. Buddanın özü bu barədə belə demişdir: 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin