ONUNCU DƏRS
BRAHMAN AYİNİ (2)
VEDA DİNİNDƏ DƏYİŞİKLİKLƏR
2. İCTİMAİ QURULUŞ
Brahman ayinində sanskrit dilində ona “kasta” deyilən veda ayininə nisbətən baş
verən ən mühüm dəyişikliklər dörd təbəqəli quruluşun formalaşması idi. Miladdan
əvvəl yeddinci əsrin sonlarından başlayaraq, tədricən Hindistanda bir-birindən
tamamilə ayrı və fərqli dörd ictimai təbəqə formalaşdı. Bu təbəqələr bir müddətdən
sonra brahman ayininin birbaşa tə' siri altında dini və əqidəvi səciyyə daşımağa
başladı. Burada hər bir təbəqəni şərh etməzdən və brahmanın onlar barədə nəzərini
araşdırmazdan əvvəl, bu dörd təbəqənin yaranma tarixinə qısa ekskursiya edək:
Miladdan əvvəl yeddinci əsrin sonlarında ariyalılar Qanqa dərəsini tamamilə
əllərinə keçirdilər və orada tədricən çoxsaylı ictimai təşkilat və qurumlar yaratmağa
başladılar. Bə'zi bölgələrdə müəyyən dövlətlər də yarandı ki, onlara monarxiyalı
hakimiyyət quran “racelər” sülaləsi rəhbərlik edirdi. Bə'zi yerlərdə qəbilə
başçılarından ibarət şuraların nəzarəti altında ictimai təşkilatlar yaranırdı və bunlar
əslində bir növ “köçərilər respublikası” sayılırdı. Bu hindus təşkilatlarında fateh
qövm (ariyalılar) ən yüksək məqama malik idi və məğlub olan qövm isə ən alçaq
təbəqələrdə yer tutmuşdu. Bu təşkilatlar yarandığı ilk vaxtlarda bir-biri ilə çox da
fərqli xüsusiyyətlərə malik olmasalar da tədricən bir-birindən tamamilə ayrı olan
dörd təbəqəyə bölündülər. Onlar aşağıdakılardan ibarətdir:
1. Kşatryalar təbəqəsi - əmirlər və şahzadələrə şamil edilirdi;
2. Brahmanlar təbəqəsi - ruhanilər və kahinlərdən ibarət idi;
3. Vişiyalar təbəqəsi - əkinçilər və sənətkarlara aid idi;
4. Şudralar təbəqəsi - qeyri-ariyalı xalqlardan olan qara dərililər, qullar və
başqalarından təşkil olunmuşdu.
Bu sinfi quruluş sırf irqçilik prinsipləri əsasında formalaşmışdı. Buna görə də ilk
üç təbəqə ariyalı irqindən olduğuna görə qeyri-ariyalı xalqlardan ibarət olan
dördüncü təbəqədən uzaq gəzirdi. Onların arasında ayrılıq o həddə idi ki, aşağı
təbəqə ilə ailə qurmaq qadağan edilmişdi və xoşagəlməz hal sayılırdı. Hətta onlarla
oturub-durmaq, bir süfrə başında çörək yemək belə yasaqlanmışdı.
Əlbəttə, dördlük təşkil edən kastalardan əlavə, Hindistan cəmiyyətində başqa bir
təbəqə də var idi ki, ümumiyyətlə bütün insani, ictimai hüquqlardan və hətta bə'zi
heyvanlara məxsus imtiyazlardan da məhrum idi. Bu təbəqəyə “paryalar”, yaxud
66
“çəndəlalar” deyirdilər. Paryalar insan hesab olunmadığından, mövcud ictimai və
sinfi quruluşda onlara azacıq da olsa, yer verilmirdi. Digər təbəqələr tərəfindən
paryalara qarşı nifrət hissi və onların cəmiyyətdən uzaqlaşdırılması yavaş-yavaş
özünə dini rəng aldı. İctimai və ailəvi əlaqələrin bərqərar edilməsini qadağan etmək
azmış kimi, hətta ariyalıların müqəddəs kitablarını (vedaları) öyrətmək və qiraət
etmək haqqı da onlardan alındı. Bundan əlavə onlara hətta ariyalıların allahlarına
sitayiş etmək icazəsi belə verilmirdi. Bu zülm və ayrı-seçkiliklər paryaları tədricən
animizm və s. kimi ibtidai dinlərə yönəltdi.
Müqəddəs veda kitablarında da qeyd olunan kasta sinfi quruluşu dini və e'tiqadi
baxımdan elə təfsir olunurdu ki, sonralar o, azacıq dəyişikliklə brahman ayininin
yayıldığı dövrlərdə hind cəmiyyətinin ictimai quruluşunun əsasını təşkil etdi. Bu cüzi
dəyişiklik brahmanlar təbəqəsinin kşatrya təbəqəsi ilə yerdəyişməsindən ibarət idi.
Çünki ölkəni idarə etmək, düşmənlərlə mübarizə aparmaq və müxalifləri məhv
etməklə məşğul olan əmir və cəngavərlər naçar qalıb daim ruhani (brahmanlara)
gücünə arxalanırdılar. Onlar da xalqın dini hisslərindən istifadə edərək özlərinin
hərbi-siyasi məqsədlərini həyata keçirə bilərdilər. Bu da tədricən əvvəllər dua,
qurbanlıq mərasimlərinin keçirilməsini, mə'budların dərgahında ehtiyacların
istənilməsi mərasimlərini həyata keçirən brahmanlar təbəqəsinin tədricən xüsusi
mövqeyə yüksəlmələrinə səbəb oldu. Camaat brahmanların dua və zikrlərinin qeyri-
adi tə'sirə malik olduğuna inandıqlarından get-gedə onların şan-şöhrəti və əzəməti
artdı. Belə ki, brahmanlar hətta mə'budlarla eyni səviyyədə hesab olundular. Bu
təbəqənin müsbət qarşılanması və onlara olan meyl son nəticədə brahmanların qalan
üç təbəqə ilə yanaşı mövqeyinin yüksəlməsinə səbəb oldu və onlar üçün xalq
arasında münasib sosial baza yarandı. Əlbəttə, kşatryalar siyasi və hərbi qüdrətdən
bəhrələndiklərinə görə daha böyük ictimai imtiyazlara malik olub bütün təbəqələrə
hakim kəsilsələr də brahmanların camaat arasındakı nüfuzu və ümumxalq rəğbəti elə
bir vəziyyət yaratdı ki, əmirlər və hərbiçilər tədricən bu yeni ictimai təbəqəni rəsmi
olaraq tanıdılar.
Bütün bunlara baxmayaraq indinin özündə də, Hindistanın ictimai quruluşunu
təşkil edən bu sinifləşmə hələ də ayrı-ayrı təbəqələrin bir-birinə qarışıb ünsiyyətdə
olmasını qadağan edir.
Hər bir şəxs öz təbəqəsindən olan insanlarla əlaqə yaratmalı və ya ailə qurmalıdır.
Hamı öz ata-babalarının həmin təbəqədəki işini davam etdirməli, öz təbəqəsindən
çıxmamalıdır və başqa iş seçmək haqqına sahib deyil. Əlbəttə, Qandinin istiqlal
mübarizəsinin ümumxalq hərəkatının qələbəsi ilə bu sinfi imtiyazların çoxu öz-
özünə ləğv edildi. Xüsusilə də, paryalar müdafiə olundular və itirilmiş hüquqlarını
bərpa etdilər. Hal-hazırda da onların arasında sinfi ayrı-seçkiliklər müəyyən qədər
müşahidə olunur, xüsusilə də brahmanlar özlərinin əvvəlki sinfi və ictimai
mövqelərini qoruyub saxlamışlar.
Hindistanın sinfi quruluşunda əhəmiyyətli məqam bu quruluşun dini və ideoloji
əsaslandırılmasıdır və buna əsasən həmin təbəqələr brahmanizmin pozulmaz
67
prinsipi sayılır. Bu barədə Riqveda kainatın yaradılışını bəyan edərkən deyir: “ -
Dostları ilə paylaş: |