SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə42/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   38   39   40   41   42   43   44   45   ...   200
Dinlərlə tanışlıq

3-4. KARMA VƏ TƏNASÜX 
Öyrəndik ki, brahmanların e'tiqadına uyğun olaraq atmən əzəli və əbədi olmaqla 
brahmanla vəhdət təşkil edir. Onun zatına azacıq belə olsa, nöqsan, şər və əzab-
əziyyət yol tapmamışdır. Bu nöqsan, şər və əzab-əziyyət insanın rəftarındakı 
əməllərin nəticəsi, yaxud karmadır. Karma atməni özünə tabe edərək onun ruhunu 
müəyyən şəklə salmış insani əməl və rəftarlardır. 
Bu e'tiqada əsasən insan murdar və pis əməllər törətməsə öldükdən sonra ruhu 
brahmana qovuşur və xoşbəxtliyə çatır. Əgər çirkin və yaramaz əməl - karma 
törətmiş olsa, yaxud gələcəkdə belə işlər görsə onun ruhu heyvan və ya insanların 
cisminə, yaxud sair əşyalara keçərək yenidən həyat sürəcəkdir. İxtiyari deyil icbari 
olan bu yeni həyat insanın bir daha əzab-əziyyətləri, müsibətləri yenidən təcrübədən 
keçirməsinə səbəb olur. Bu proses terminologiyada “samsara”, yaxud tənasüx və ya 
hülul adlandırılır. 
Karma prinsipi əsasında, insan ruhu onun törətdiyi əmələ uyğun olaraq ölümündən 
sonra özündən yuxarı və ya aşağı cəsədə keçir və nəticədə öz əməlinin bəhrəsini 
görür. Upanişadlar bu barədə deyirlər: “ - Həyatlarında gözəl və bəyənilən əməl 
sahibi olanların ruhları ölümdən sonra pak və bəyənilən bətndə bir brahman 
qadının, yaxud da kşatriyə və yaxud da visiyə qadının bətnində özünə yer tapır. 
Amma şər işlər görən şəxslərin ruhları isə çox bəyənilməz bətnlərdə yerləşir.” 
Samsara prinsipinə uyğun olaraq, qeyd etdiyimiz üslubda olan keçid, tənasüx və 
nəsil artımı ardıcıl surətdə insan əməlinə münasib şəkildə təkrar olunur. 


63 
Cəmiyyətin aşağı təbəqəsindən olan yaxşı əməl sahibi olan insanın ruhunun 
ölümündən sonra brahmanın, yaxud cəmiyyətin yüksək təbəqəsindən olan bir şəxsin 
bədəninə keçməsi də mümkündür və bunun əksi də ola bilər. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin