SeyiD ƏHMƏd mahmudi /j


“Mənim fikrimcə, inəyi müdafiə edib qorumaq insanın dəyişməsinin ən



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə89/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   85   86   87   88   89   90   91   92   ...   200
Dinlərlə tanışlıq

“Mənim fikrimcə, inəyi müdafiə edib qorumaq insanın dəyişməsinin ən 
təqdirəlayiq fenomenlərindən biridir. Mənə görə, inək bəşəriyyətdən sonrakı 
aləmin cövhəri və batini mə'nasıdır. O, insanı bəşər irqinin hüdudlarında 
yerləşdirir. Bəşər öz şəxsiyyətinin bütün canlılarla bütövləşməsinə inəyin vasitəsilə 
nail olur. Dişi inək milyonlarla hind bəşər övladının anası deməkdir. İnək bir 
mərhəmət və şəfqət şe'ridir. İnəyi qoruyub ona hörmət göstərmək tanrının bütün 
yaratdıqlarına hörmət göstərməkdir.” 


127 
SUAL VƏ TAPŞIRIQLAR 
1. Hindusların saysız-hesabsız mə'budlara pərəstiş etməsinə nə səbəb olmuşdur? 
2. Hinduizmdə ibadət neçə formada yerinə yetirilir? 
3. Hindusların müqəddəs məkanları hansılardır? 
4. Hindusların Qanqa çayına olan e'tiqadları nədən ibarətdir? 
5. Hinduizm ardıcılları arasında brahmanlar hansı məqama və mövqeyə 
malikdirlər? 
Hindusların inək barədə olan baxışlarını izah edin.


128 
İYİRMİ İKİNCİ DƏRS 
HİNDUİZM (5) 
FİRQƏLƏR 
Keçən dərsdə kompromis və mülayimlik hinduizmin təməl prinsipləri və ideoloji 
əsaslarından olması, hind cəmiyyətində rəngarəng təəssürat və qənaətlərin 
formalaşması, bunun nəticəsində çoxallahlılıq e'tiqadı, mə'budların saysız-hesabsız 
heykəlləri, bütlər, çoxlu mə'bədlər, çoxşaxəli dini qayda-qanunlar və əməllər, e'tiqad 
sahəsində müqəddəs kitablar yarandığı qeyd olunmuşdur. Zaman keçdikcə, bir 
tərəfdən belə bir vəziyyətin formalaşması, digər tərəfdən isə hinduizmin İslam və 
xristianlıq kimi böyük əqidə məktəblərilə qarşılaşması hindusların arasında müxtəlif 
firqələr yaranmasına gətirib çıxartdı. Bu firqələrin ən mühümi siqh ayinidir və 
əslində ona bir yeni din kimi baxmaq lazımdır. Bu din İslamla hinduizmin 
qarşılaşması nəticəsində meydana gəlmişdir. Bu barədə gələn iki dərsdə bəhs 
olunacaqdır. İngiltərənin Hindistandakı müstəmləkəçilik dövründə İslam, xristianlıq 
və qərb mədəniyyəti ilə qarşılaşma nəticəsində yaranan digər firqələrin ən 
mühümlərini bu dərslərdə araşdıracağıq; onların ən geniş yayılmış dəstələri 
aşağıdakılardır: 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin