SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə87/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   83   84   85   86   87   88   89   90   ...   200
Dinlərlə tanışlıq

5. BRAHMAN 
Brahmanlar, yaxud hinduizm ruhaniləri bu ayinin ardıcılları arasında xüsusi 
mövqe və müqəddəsliyə malikdirlər. Hindistanda bə'zi dini şəxsiyyətləri 
müqəddəsləşdirmək də qədim dövrlərdən geniş yayılmışdır. Buna görə də 
hinduizmdə brahmanlar müqəddəsləşdirilmişlər. Müqəddəs Mano qanunu brahmanı 
insanın xəlq edilməsində Allahla bərabər hesab edir və onun təvəllüdünü ilahi 
qanunun insan bədənində təcəssümü sanır. Buna görə də, hinduslar brahmanlara 
yalnız müəllimlik, mürşidlik və rəhbərlik baxımından deyil, ilahi məqam 
baxımından da hörmət edib onları müqəddəsləşdirmişlər. Əslində, dünyada olan hər 
bir şey onların diqqət və vücudlarının bərəkəti sayəsindədir; hansı vəzifə və 
mənsəbdə - istər cahil olsunlar, istərsə də savadlı - məqamlarından heç nə azalmır; 
onlara əzab-əziyyət vermək bağışlanmaz günah hesab edilir. 
Bundan əvvəl də öyrəndiyimiz kimi, brahmanlar kasta sinfi quruluşunda ən yüksək 
təbəqə olmuş və hamı sonrakı təvəllüdlərdə brahman kimi yaşamağı arzulayır. 
Brahmanların arasında “Quru” adlanan brahman-müəllim camaatın nəzərində daha 
böyük imtiyaz və məqam sahibidir. Quru müəllimlik və ideoloji əsasların tə'limindən 
əlavə, ailəvi-ictimai mərasimləri, dini-ibadət rituallarını keçirmək vəzifəsini daşıyır. 
Brahmanlardan başqa hinduslar tərəfindən ehtiram və hörmətə, müqəddəsliyə 
layiq görülən digər şəxslərin də adını çəkmək olar. Onlardan həqiqəti kəşf etmək, 
qurtuluş mərhələsinə nail olmaq üçün ən ağır şəraitdə yaşayan, özlərini ən ağır 
təzyiqlərə mə'ruz qoyan murtaz və cukyaları qeyd etmək olar. Hinduslar inanırlar ki, 
onlar özlərini mə'budların yoluna həsr etdikləri, dünyəvi həyatı qurtuluşa çatmağa 
fəda etdiklərindən ehtirama və müqəddəsliyə layiqdirlər. Bu müqəddəslik elə bir 
həddədir ki, onlar hindusların ibadət mərasimlərində iştirak etdikləri zaman camaat 
onların başına və üzünə əl çəkməklə, ayaqlarında olan toz-torpağı üzlərinə sürtməklə 
təbərrük edirlər. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin