SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə95/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   91   92   93   94   95   96   97   98   ...   200
Dinlərlə tanışlıq

NANAKIN TƏBLİĞAT METODU 
Quru Nanak başqalarını öz ayininə də'vət etmək barədə ilham gəldikdən sonra 
vahid allahın təbliği olan missiyasını yerinə yetirmək üçün səfərə çıxdı. Onun e'tiqad 
bəslədiyi allah bütün təbəqələrə - istər varlı olsun, istərsə də kasıb - eyni səviyyədə 
aiddir. Nanak yeganə allahı təbliğ etmək üçün ona kimi müsəlman olan və siqh 
ayininin ilk ardıcılı sayılan xidmətçisi Mərdananı özü ilə götürdü. Mərdana çox 
gözəl rübab çalırdı. Nanakın özü də şair idi və əksər çağırışlarını şe'r və nəğmə 
şəklində çatdırırdı. O, şe'r oxuyanda Mərdana musiqi ilə müşayiət edirdi. Bu məsələ 
Nanakın e'tiqadlarının sadə və səlis formada adi camaata çatmasına və onun 
e'tiqadlarını çox asanlıqla dərk etmələrinə səbəb oldu. 
Quru Nanakın təbliğat fəndlərindən biri də özünün geyim və zahiri bəzəklərində 
hindusların və müsəlmanların geyim və bəzəklərini birləşdirərək istifadə etməsi idi. 
Belə ki, cilitkə geyinər və adətən hindusların çiyinlərinə saldığı və safa adlanan ağ 
bir parçanı onun üstünə örtər, başına müsəlman dərvişlər sayağı papaq qoyardı. 
Boynuna bir sümük asar və alnına hindus xalı vurardı. 
Quru Nanak bu şəkildə 12 il səfərdə oldu. O, Hindistanın müxtəlif şəhərlərində öz 
ayinini təbliğ etməyə çalışır; hər yerə çatırdısa öz şe'rlərini oxuyur və camaata moizə 
edirdi. Mərdana da rubabda çalmaqla onu müşaiyət edirdi. Nanak əsasən bu cümləni 
xüsusi vurğulayırdı: “ - Mən bu əsrdə insanlara yol göstərmək üçün zühur 
etmişəm. Mən bütün firqələri inkar edir və yalnız bir olan allaha pərəstiş edirəm. 
Mənim tanıdığım Allah hər yerdə - asimanlarda və yerdə, hər tərəfdədir.” 
Quru Nanak çoxsaylı səfərlərdən sonra 1520-ci ildə vətəninə qayıtdı və öz varlı 
ardıcıllarından biri olan Kartar-purun ona bağışladığı torpaq da məskunlaşdı. Burada 
vəfat etdiyi 1539-cu ilə qədər yaşamışdır. Nanakın ölümündən qabaq son tədbiri öz 
canişinini tə'yin etməsi olmuşdur. O, özündən sonra rəhbərlik iddiasında olan oğlu 
Şriçəndi zahidliyə ifrat meylinə görə canişinlikdən məhrum edərək və onun yerinə 
xüsusi şagirdlərindən biri olan Anqadı canişin və rəhbər tə'yin etdi. Ondan sonra da 
səkkiz başqa “quru” biri digərinin ardınca siqh


135 
cəmiyyətinə rəhbərliyi öhdələrinə götürdü. Amma onuncu quru olan və 1708-ci ildə 
dünyadan köçən Qovind Sinqh ölümündən qabaq bu ayinin ardıcıllarına ondan sonra 
daha heç bir rəhbərin olmayacağını bildirmişdir. Buna görə də öz canişinini tə'yin 
etməmişdir. Bundan sonra “quru”ların yazıya köçürülmüş və “Qrant” adlandırılan 
tə'limat toplusu siqh cəmiyyətinə rəhbərliyi öhdəsinə götürmüşdür və siqhlər 
mə'bədə daxil olarkən ona tə'zim edərək hörmətlə yanaşırlar. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin