136
İYİRMİ DÖRDÜNCÜ DƏRS
SİQH AYİNİ (2)
ƏQİDƏLƏRİ
Bu dərsdə siqh ayininin ən mühüm ideoloji əsaslarını araşdırırıq:
1. Tovhid:
Keçən
dərsdə qeyd olunduğu kimi, siqh ayininin banisi Nanak varlıq
aləminin
mənşəyi məsələsində tovhidə inanmış, öz yazı və şe'rlərində
dəfələrlə bunu
vurğulamışdır. Bu barədə Qrant kitabında oxuyuruq:
“ - Yalnız vahid Allah vardır
ki, onun adı haqdır, xaliqdir, qorxu və düşmənçilikdən uzaqdır, puç olmaz,
doğulmamışdır, öz zatı ilə mövcuddur, əzəmətli və səxavətlidir. Vahid həqiqi Allah
əvvəldən mövcud olmuşdur. Vahid Allah əzəldən olmuşdur, indi də vardır və
həmişə olacaqdır.” Kitabın digər bir hissəsində isə deyilir:
“ - Allah birdir və ondan
başqa heç bir mə'bud yoxdur, ey mənim qardaşlarım!”
Nanak həmçinin öz şe'rlərində Allaha xitabən belə deyir: “ - Sənin heç bir şərikin
yoxdur ki, sənin yanında olsun”, “ - Kimə ikinci Allah deyək? Heç kəs yoxdur. Bütün
dünyada yalnız eyibsiz və pak vahid Allah vardır”, “ - Sənə heç kəs bənzəməz. Sən
bütün əsr və dövrlər üçün yeganə Allahsan, həmişə vahidsən. Səndən başqa heç vaxt
başqa bir mə'bud olmayıbdır.”
Nanakın öz təkallahlıq əqidəsində müsəlman sufi alimlərinin böyük tə'siri açıq-
aşkar hiss olunur. Onun Allahın zatı ilə əlaqədar söylədiyi fikirlər və Allahı haqq
adlandırması da bu tə'sirlərin göstəricisidir.
Nanak eyni halda ilahi təcəssümün müxtəlifliyinə və rəngarəngliyinə inanırdı. O,
öz nəğmələrinin birində belə deyir:
Dostları ilə paylaş: