SeyiD ƏHMƏd mahmudi /j


yalnız dörd gün davam edir. Biz tam əminliklə bu mərhələdən keçməliyik. Bu aləm



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə99/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   95   96   97   98   99   100   101   102   ...   200
Dinlərlə tanışlıq

yalnız dörd gün davam edir. Biz tam əminliklə bu mərhələdən keçməliyik. Bu aləm 
bir yuxu və xəyaldan ibarətdir.” 
O, Qrant kitabında behişt və cəhənnəmin olmasını dəfələrlə qeyd etməklə yanaşı 
bu dünyanın ötəri və xəyali olmasını “maya” e'tiqadlarına uyğun sayır. Hinduizm 
e'tiqadında maya “dünyanın batini surəti” kimi nəzərdə tutulur. Yə'ni, Allah maddəni 
xəlq etməklə haqqın üzərinə batildən niqab çəkmişdir və varlıq aləmi bundan sonra 
müxtəlif rəngarəng surətlərdə - Brahma, Vişnu və Şiva mə'budları, yer, səma, insan, 
bitki - hamılıqla haqqın insanın təsəvvür pərdəsində təcəssüm edən müxtəlif 
surətləridir. Nanak bu mətləbi qəbul etməklə aşkar şəkildə deyir ki, Allah özü 
dünyanı yaratmış və hər bir şeyə özü ad qoymuşdur. O, mayanı öz qüdrəti ilə 
yaratmışdır.” 
Buna görə də, bütün xilqət amilləri, səbəb və nəticələr silsiləsinin hamısı batil, 
aldadıcı düşüncələrdir, yalnız aləmin yaradanı Allah haqqdır və dünya ilğımdan 
başqa bir şey deyildir. Nanak daha sonra hindusların insanların ruhlarının bir-birinə 
keçməsinə əsaslanan e'tiqadı (tənasüx) ilə razılaşaraq karma qanunundan xilas olmaq 
üçün həmişə Allahı yad etməyin lazım olduğunu və yalnız bunun sayəsində ardıcıl 
təvəllüdlərdən xilas olmağın mümkünlüyünü təsəvvür edir. Bu bəyanla Nanak İslam 
təfəkkürü ilə hinduizmin ortaq nöqtəsini seçmişdir. Çünki onun fikrincə, qurtuluş və 
səadət behiştinə daxil olmaq İslam düşüncəsinə,hinduizm təfəkkürünə görə isə 
nirvana mərhələsinə qovuşmaq, İslam əqidəsinə uyğun olaraq cəhənnəm əzabından 
xilas olmaq və hinduizm baxışlarında karma qanunu, tənasüxdən qaçmaq haqqı 
davamlı zikr etməklə mümkün ola bilər. Buna əsasən siqh ayininə görə, cənnət və 
cəhənnəm Allahı xatırlamaqdan uzaqlaşmaqdan başqa bir şey deyildir. Hinduizm 
baxışlarına uyğun olaraq, cənnət və cəhənnəm dünyanın batil surətləri, yaxud 
mayadır, cənnətin həqiqi surəti isə haqqın zikrində məhv olmaqdan ibarətdir. Bu 
yozum əslində hinduizmdə fəna mərhələsinə və nirvanaya qovuşmaq kimi təsvir 
edilən, haqda fani olmaq mərhələsi olan bə'zi sufi firqələrinin nəzəriyyəsini 
xatırladır. 
4. İBADƏT 
Siqh ayinində İslamda və hinduizmdə olan ibadət mərasimlərinin heç biri ilə rast 
gəlmirik. İslam dinində olan namaz, oruc, həcc və s. əməllər, eləcə də hinduizmdə 
geniş yayılmış qurban kəsmək, bütlərə pərəstiş, asketizm, çaylarda qüsl etmək və


139 
s. heç biri Nanak tərəfindən tövsiyə edilməmişdir. Siqh ayini ümumiyyətlə ibadət 
əməllərinin yerinə yetirilməsinin əleyhinədir və onların hamısını zahiri hesab edir. 
Amma, onların yerinə dərin daxili düşüncəyə qərq olmağa, irfani seyr-süluka diqqət 
yetirilməsinə daha çox yer verilir. Nanak bu firqənin rəhbəri kimi yalnız Allahı zikr 
etməyi və bu işdə ardıcıllığı öz ardıcıllarına ən əsas ibadət və vəzifə olaraq tövsiyə 
etmişdir. Belə ki, o deyir: 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin