dəyişməz, ruzinin yeganə mənbəyi və hər bir şey adsız Taodur və şərh olunması mümkün deyil. O, təsvir edilə bilinməyəcək bir həddə böyükdür. Tao özünün tanıtdırdığı şəxsi səmaların altında ən şərafətli bir şəxsə çevriləcəkdir.” Tao vəsfləri və yozumları diqqətə, düşünməyə layiq olan bu kitabın digər yerində
belə vəsf olunub:
“ - Tao boş bir qab kimidir; boş olmasına baxmayaraq ondan su çıxartmaq olar. Tao daxilindəki şeylər qurtarmayan, dərinliyi sonsuz olan qab kimidir. Taoda hər bir sür'ətli şeyin sür'əti azalar, hər bir düyünlər açılar. Taoda hər növ nur öz parlaqlığını itirər, hər bir çətinlik asan və ram olar. Tao heç vaxt qurumayan dərin bir hovuza bənzəyir ki, suyu heç vaxt çəkilməz. Əsl insanın məqsədi Tao ilə birləşməkdir. Ancaq, bu məqsəd insan onun ardınca getməli və ona çatmaq üçün zəhmət, əziyyət çəkməli olduğu məqsədlərdən deyil. Əksinə, təbiətdən əldə etdiyimiz hər bir şeyi bəyənilən tərzdə istifadə etməli, lazımsız və artıq şeyləri qazanmağa çalışmamalıyıq. Tao kimi boşalmaq lazımdır ki, həqiqətlə dolaq. Tao təmiz və düz bir yoldur, lakin camaat yolunu azmaq istəyir. Tao bir əbədi yoldur. Bütün məxluqlar bu yoldan keçəcəklər, lakin onu heç bir şey yaratmamışdır. Çünki, onun özü yaradılışla eyniyyət təşkil edir. Tao hər bir şeydir və heç bir şey deyildir. Tao həm səbəbdir, həm də nəticə. Bütün əşyalar Taodan yaranır və Tao ilə birlikdə olub Taoya doğru qayıdır.” Yuxarıdakı mətləblərdən aydın olur ki, Lao-tze Taonu bütün varlığın həqiqətinin
əsası saymış, ona qovuşmağı bütün xeyir-bərəkətin və fəzilətlərin mənşəyi hesab
etmişdir. Bu mütləq zata çatmaq vasitəsi vahidliyə qovuşmaq yolunda olan örtük və
maneələr kimi bütün dünyəvi və nəfsani bağlılıqları qırmaqdır. Ona qovuşmaq o vaxt
müyəssər ola bilər ki, arif onu tanısın və bu tanıma və irfan yalnız ilham yolu ilə
mümkündür. İlham və işraq mərhələsinə çatmağın da, xəlvət yaşayışdan, asketizm,
təfəkkürə qərq olmaqdan başqa bir yolu yoxdur. Bu mərhələləri qət edən şəxs Taoya
çatacaq və o hal da Lao-tzenin tə'biri ilə desək “ölüm arabasına bağlı
143
olmayacaqdır”. Onun kamil ifadəsi belədir: “ - Taonu tanıyanı və arif olanı fənaya