144
Tao yoluna tapşırmalıdır ki, Tao onu öz tərəfinə hidayət etsin. Buna görə də Lao-tze
hamını vo-vu-vaya də'vət edərək deyirdi:
“ - Fəaliyyətsizliyə alışın; arzu edin ki, heç vaxt arzu etməyəsiniz; əldə edə
bilmədiyiniz şeylərə dəyər verməyin. İnsanın əldən verdiyi vəziyyətə qayıtmağı
öyrənməyin. Günah etməyin, qoyun işlər öz təbii axarı ilə getsin.”
Vo-vay, yaxud fəaliyyətsizlik və çalışmamaq prinsipi istənilən dünyəvi fəaliyyətin
inkar olunması demək deyil.
Bu əksinə hər bir hadisə, həyatın təbii
qanunauyğunluqlarına
təslim olmaq, çayın axını istiqamətində özünü dalğalara
tapşırmaq, hər bir halda rahatlığa, sakitliyə çalışmaq, həyatda baş verən hadisələrə
müqavimət göstərməmək, hər növ ümidsizlikdən uzaq olmaqdır. İşlərin islah olunub
qaydaya düşməsi üçün heç bir iş görmək lazım deyil. Çünki, yaxşılaşma və irəliləyiş
insanın əlində deyil, Taonun əlindədir. Biz işlərin qaydaya, sahmana düşməsi üçün
müəyyən planları fikirləşiriksə, əgər o, Taonun iradəsinə uyğun gələrsə ona ehtiyac
yoxdur. Çünki Tao özü belə müəyyənləşdirmişdir. Taonun iradəsinin əksinə olduqda
isə biz öz işimizdən tam geri qalacağıq. Çünki Taonun iradəsinə qarşı çıxmaq kamala
çatmağa mane olur. Deməli, hər bir halda işlərin sahmana salınması, çətinliklərin
qarşısının alınması və ya aradan qaldırılması üçün çalışmaq lazım deyil. Yalnız insan
rahatlıqla özünü Taonun iradəsinə tapşırmalı və onun yolunda olmalıdır.
SUALLAR
1. Tao nə deməkdir?
2. Taoizmin banisi kimdir?
3. Taonun ən mühüm müqəddəs kitabı necə adlanır?
4. Taoizm nəzəriyyəsində insanın əsl məqsədi nədir və onun yolu nədən keçir?
5. Hansı səbəbdən taoizm baxışlarına görə hər bir şeydən razılıq etmək lazımdır?
6. Vo-vay prinsipi nədir? Bu əqidə nəyə görə tövsiyə olunmuşdur?