SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə106/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   102   103   104   105   106   107   108   109   ...   200
Dinlərlə tanışlıq

İYİRMİ ALTINCI DƏRS 
TAOİZM (2) 
ƏXLAQ VƏ DİN 
Bu dərsin mövzusu taoizmin Lao-tze fəlsəfəsi və onun tövsiyələri əsasında 
qurulmuş əxlaqi prinsipləri ilə tanışlıqdır. Dərsin davamında bu dinin zaman 
baxımından dini yönümündən irəli olan sehrkarlıq aspekti nəzərdən keçiriləcək. 
Daha sonra taoizm bir din kimi tədqiq edilib araşdırılacaq. 
LAO-TZE FƏLSƏFƏSİ ƏSASINDA ƏXLAQIN ƏSASLARI 
Lao-tze “Tao-te-çinq” kitabında Taoya qovuşmaq və onun yolunda addımlamaq 
istiqamətində öz ardıcıllarına çoxsaylı əxlaqi tövsiyələr verir. Bu göstərişlərin əsasını 
təvazökarlıq, tə'zim, şan-şöhrətdən uzaq olmaq, ifrata varmamaq, hamını məhəbbət 
və səmimiyyətə də'vət təşkil edir. 
Bu əxlaqi göstərişlərdən bə'zilərini şərh edirik: 
1. Laqeyidliyə, istəklərdə ifrata varmamaq və diqqətsizliyə də'vət taoizmin ən 
mühüm əxlaqi prinsipidir. Lao-tze bu barədə deyir: “ - İfrat diqqət və istəyin 
olmamasını öz məramına çevir, mümkün olan həddə sakitliyini tam qoru”, “ - 
Hikmət sahibi öz fikrini hər bir şeyə qarşı laqeyd etməlidir”, “ - Səma və yer heç bir 
xeyirxahlıq nümayiş etdirmir. Onların nəzərində dünyanın 10 min şeyi vəhşi itlər 
kimidir. Müqəddəs insan da xeyirxahlıq əhli deyildir. Onun nəzərində qohum-
əqrəbadan 100 nəfəri vəhşi itlər kimidir.” 
2. Hər şeyə və hamıya e'tinasızlığa də'vətlə yanaşı, bir sıra əxlaqi dəyərlər də 
tövsiyə edilir. Lao-tze bu barədə deyir: “ - Mənə qarşı yaxşı olanlarla mən də 
yaxşıyam. Mənə qarşı yaxşı olmayanlara qarşı də yaxşıyam və bununla da hər bir 
şey yaxşı olur. Mənimlə səmimi olan şəxslərə qarşı mən də səmimiyəm, mənimlə 
səmimi olmayanlara qarşı yenə səmimiyəm, beləliklə hamı səmimi olacaqdır.” 
Başqa bir yerdə deyir: “ - Yaranın əvəzini məhəbbətlə ver”. 
3. Tay-şanq-kanq-pinq-pi-yen, yaxud “Əməllər və onların cəzası” risaləsində 
digər əxlaqi göstəriş və tövsiyələrin şərhi verilmişdir. Bu tövsiyələrdən aşağıdakıları 
diqqətəlayiqdir: 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin