SeyiD ƏHMƏd mahmudi /j


olar və heç sancan, yırtıcı heyvan ona zərər yetirə bilməz. Belə ki, Çin imperatoru



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə109/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   105   106   107   108   109   110   111   112   ...   200
Dinlərlə tanışlıq

olar və heç sancan, yırtıcı heyvan ona zərər yetirə bilməz. Belə ki, Çin imperatoru 
Fuşi Taoya qovuşduğuna görə də əbədiyyət sirrinə və əbədi həyata yiyələnmişdir. 
O, bu həqiqətə yiyələndikdən sonra buludlara minərək


göylərə yüksəlmişdir. Gizlin mələk və ya ana mələk də belə etmiş və əbədi həyata 
nail olmuşdur.” 
Keçən dərsdə və bu dərsin əvvəlində öyrəndiyimiz kimi, bu məqsədə çatmağın 
yolu fəaliyyətsizlik, ruhi məşğələlər, meditasiya və bir sıra əxlaqi göstərişlərə riayət 
etməkdən keçir. Bir sözlə Taoizmin baniləri bir sıra mə'nəvi üsullar toplusunu 
nəzərdə tutmuşlar. Amma sonrakı dövrlərdə bu ayinin rəhbərləri və onun 
ardıcıllarının böyük bir hissəsi maddi amillərdən istifadə edərək uzunömürlülük, 
əbədi qalmaq, bədənin çürüyüb aradan getməsinin qarşısını almaq üçün yollar 
axtarırdılar. Çuvanq-tzonun əsrindən sonrakı dövrlərdə Taonun zatına qovuşa bilmiş 
və əbədilik qazanmış filosofların adlarına rast gəlinir. Bu filosoflardan biri də ahıl 
yaşlarında bir uşaq qədər təravətli olmuş Oyodur. Bu da onun Taoya qovuşma 
nəticəsində mümkün olmuşdur. O, bu vasitə ilə zaman və məkanın buxovlarından 
azad olmuşdu. 
Belə söhbətlərin yayılması sadə xalq kütlələrinin müxtəlif təbii ünsürlər və amillər 
arasında elə maddələr axtarmalarına səbəb oldu ki, onu istifadə etməklə 
uzunömürlülüyə və əbədiliyə nail olmaq mümkün olsun. Bu prosesdə falçı və 
cadugərlər meydana gəldilər ki, camaatı əbədi həyat maddəsi tapmaq adı ilə 
aldatmaqla onlardan faydalansınlar. 
Bu barədə taoizmin əsərlərindən hesab olunan “Tzeanteonqçei” kitabını qeyd 
etmək olar. Bu kitabda şərh edilən kimyagər əməlləri və reaksiyalar vasitəsilə 
uzunömürlülük dərmanını, yaxud əbədilik iksirini tapmağın yolunun tə 'liminə 
çalışılır. Kitabın bə'zi yerlərində belə qeydlərə rast gəlirik: “ - Qurğuşun, civə və 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin