Azərbaycan respublikasi təHSİl naz


 Orta Asiyada çar Rusiyasının siyas



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə6/36
tarix08.12.2022
ölçüsü1,4 Mb.
#120635
1   2   3   4   5   6   7   8   9   ...   36
86 turk

4. Orta Asiyada çar Rusiyasının siyasəti.
Hərbi-inzibati idarəetmə 
Orta Asiyanın Rusiyaya birləşdirilməsi Orta Asiya 
xalqlarının bütün ictimai-siyasi, iqtisadi və mədəni həyatında 
dəyişikliklərə səbəb oldu. Çar Rusiyası Orta Asiyanı öz müs-
təmləkəsi hesab edirdi. Çar generalları və məmurları Orta 
Asiya ərazisində yeni inzibati-siyasi bölgü, yeni hərbi-inzibati 
idarə qaydaları tədbiq etdilər. 1867-ci ildə yaradılmış Türküs-
tan general-qubernatorluğunda tədricən Sırdərya, Mavərənnəhr, 
Fərqanə, Səmərqənd, Zakaspi vilayətləri yarandı. 1867-ci il 
“Əsasnamə”sinə görə Türküstan vilayətlərə, qəzalara və nahi-
yələrə bölünürdü. İnzibati bölgü tayfa bölgüsü nəzərə alın-
madan ərazi prinsipi üzrə aparılırdı. Bu da tayfaları zəiflətməyə 
yönəldilmişdi. XIX əsrin 50-ci illərinin ortaları və 60-cı illə-
rinin əvvələrində Rusiya təbəəliyini qəbul etmiş İssıkkul, Çu, 
Tyanşan dağının ətəklərində yaşayan qırğızlar Qərbi Sibir 
general-qubernatorluğunun Semipalatinsk vilayətinin Altay 
mahalına daxil edilmişdi.
Qazaxıstanın böyük hissəsi 1882-ci ilədək Orenburq ge-
neral-qubernatorluğunun Ural və Turqay vilayətlərinə, Qərbi 
Sibir general-qubernatorluğunun Akmolinsk və Semipalatinsk 


19
vilayətlərinə daxil idi. 1882-ci ildən isə bütün bu vilayətlər yeni 
təşkil edilmiş Step general-qubernatorluğunun tərkibinə daxil 
edildi. Torpaqları xeyli azaldılan və Rusiya asılılığını qəbul 
edən Buxara və Xivə xanlıqları çar hökuməti orqanlarının nə-
zarəti altında olan xan və əmir tərəfindən əvvəlki kimi idarə 
olunurdu. Rusiyaya birləşdirildikdən sonra da Qazaxıstan, Öz-
bəkistan, Qırğızıstan və Türkmənistan əraziləri müxtəlif in-
zibati-siyasi vahidlər arasında parçalanmış olaraq qaldılar. 
Lakin indi bu yerləri yerli feodallar deyil, çar məmurları 
istədikləri kimi bölmüşdülər. 
1867-ci il “Əsasnamə”si general-qubernatora böyük 
səlahiyyətlər vermişdi. Bu səlahiyyətlərə qonşu ölkələrlə diplo-
matik əlaqələr qurmaq, əhalidən alınan verginin miqdarını 
müəyyən etmək, rus vətəndaşlığının verilməsi, büdcə üzrə və-
saitin xərclənməsi, yerli əhalidən olan şəxslər üçün ölüm cəzası 
haqqında hökmün təsdiqi və əfv olunması daxil idi.
Qazaxıstanın çox hissəsinin idarə olunması haqqında 
1868-ci il və 1891- ci ildə nəşr edilmiş “Əsasnamələr” qazax 
xalqının həyat və məişətində dəyişiklik etdi. ”Əsasnamələr”ə 
görə, sultanlar və nəsli zadəganların nümayəndələri qazaxların 
idarə olunmasında intiyazlarını və rəhbər mövqelərini itirdilər. 
Vilayətlər qəzalara, qəzalar isə volost və aullara bölündü. Hər 
bir volostda, təxminən 2 minədək ev,aulda isə 120-200 ev var 
idi. Bu cür inzibati bölgü köhnə qəbilə-tayfa birləşmələrinin 
dağılmasına səbəb olurdu. Vilayət və qəzalarda hökumət idarə-
lərinə və məhkəmələrə rus məmurları başçılıq edirdilər. Volost 
və aula başçılar yerli qazaxların içərisindən seçilirdi. 1868-ci il 
“Əsasnamə”si bütün qazax torpaqlarını dövlət mülkiyyəti elan 
edir və bununla da qazax torpaqlarının müstəmləkəyə çevril-
məsi üçün hüquqi əsas yaradırdı. Orta Asiya torpaqlarında 
hərbi rejim tətbiq edildi. Bütün hərbi hakimiyyət tamamilə Tür-
küstan general-qubernatorununun əlində idi. Vilayətləri isə 
hərbi qubernatorlar idarə edirdilər. Orta Asiyada bərqərar ol-
muş hərbi-məmur idarə üsulu uzun müddət davam etdi. Həmin 


20
idarə üsuluna arxalanaraq çar Rusiyası tabe edilmiş xalqları 
ağır zülm altında saxlayırdı. Vilayətlərin hərbi qubernatorları 
vəzifəsini daşıyan çar generallarının yerli əhali üzərində qeyri-
məhdud hakimiyyəti var idi. Belə idarəçiliyin bütün ağırlığı 
xalq kütlələrinin üzərinə düşürdü. Yerli bəy və xanlar rus höku-
məti tərəfindən müdafiə olunurdu, çünki onlar mərkəzi haki-
miyyətin yerlərdə siyasi dayağını təşkil edirdilər. Çar mə-
murları və zabitləri yeni ölkədə kobud şəkildə ağalıq edir, xə-
zinəni talan edir və yerli əhalidən zorla rüşvət alırdılar. 
1891-ci il “Əsasnamə”sində torpaqdan istifadə və vergi 
qaydaları müəyyənləşdirilmişdi. “Əsasnamə”də köçəri tayfa-
ların istifadəsində olan“ artıq torpaqlar” əllərindən alınırdı. Bu 
“Əsasnamə”nin qəbulundan sonra Yeddisu vilayətində qa-
zaxların istifadəsində olan 838 min desyatin və Sırdərya vilayə-
tində 159 min desyatin torpaq sahəsi müsadirə edilmişdi. Eyni 
zamanda torpaqların icarəyə verilməsinə məhdudiyyət qoyul-
murdu.
Çar hökuməti feodal zadəganların torpaq hüquqlarının 
bir qədər məhdudlaşdırılması siyasətini yeritməyə başladı. Bu 
siyasət ölkənin idarə edilməsi haqqında 1886-cı il “Əsas-
namə”sində təsbit edildi. Feodallar tərəfindən icarəyə verilən 
torpaqlar nəsli mülkiyyət hüququ əsasında bu torpaqları becə-
rən kəndlilərin əlinə keçdi. Bu proses nəticəsində, yoxsulların 
torpaq sahələrini satın alan qolçomaqların torpaq mülkləri 
artdı. Lakin bu proses feodal münasibətlərini tamamilə aradan 
qaldırmadı.Qolçomaqlar kəndliləri feodal üsulları ilə istismar 
edirdilər. 1886-cı il “Əsasnamə”si Rusiyanın tərkibinə daxil 
edilmiş olan Orta Asiya ərazisində əvvəlki torpaq vergilərini 
dövlət tərəfindən alınan torpaq vergisi ilə əvəz etdi. Yerli höku-
mət orqanları tərəfindən alınan vergilər və müxtəlif ağır rü-
sumlar xalq kütlələrinin vəziyyətini daha da ağırlaşdırırdı. Tor-
paq münasibətlərində, vergi sistemində baş verən bu dəyişik-
liklər Buxara və Xivə xanlıqlarına şamil edilmədi. 1886-cı il 


21
“Əsasnamə”si işğal olunmuş ərazilərin Rusiyaya daha möhkəm 
bağlanılması məqsədi daşıyırdı.
Çar Rusiyasının Orta Asiyadakı siyasəti xalq kütlələ-
rinin qanuni narazılığına səbəb olur və bəzi hallarda bu nara-
zılıqlar üsyanlara gətirib çıxarırdı. Bu üsyanlara yerli feodallar 
və müsəlman ruhaniləri başçılıq edirdilər ki, onlar da bu çı-
xışlardan öz məqsədləri üçün istifadə edirdilər. Yerli feodal-
ların bu üsyanlara qoşulmasından istifadə edən hökumət or-
qanları onları ələ almaq yolu ilə bu çıxışları asanlıqla yatı-
rırdılar. 
Çar Rusiyası mərkəzi quberniyalardan kəndliləri Tür-
küstana köçürməklə Orta Asiyada ruslardan ibarət özünə sosial 
dayaq yaratmaq istəyirdi. Orta Asiyaya köçürülən kəndlilərə 
xüsusi imtiyazlar da verilirdi. Belə ki, hər bir kişiyə 30 desyatin 
torpaq sahəsi ayrılması nəzərdə tutulurdu. Gəlmələr bütün 
vergi mükəlləfiyyətlərdən azad edilmişdilər. Hətta onlara hərbi 
mükəlləfiyyətdən də möhlət verilirdi. Bu siyasət nəticəsində 
yerli əhali öz doğma yurdlarından köçürülür və onlar müəyyən 
çətinliklərlə üzləşirdilər. Məskunlaşma nəticəsində əvvəllər 
yal-nız köçəri maldarlıq üçün istifadə edilən yerlərdə əkinçilik 
inkişaf etməyə başlayırdı. Qazaxıstanın daha münbit torpağı 
olan şimal və qisməndə cənub-şərq hissəsində əkinçilik inkişaf 
edirdi. Çar hökuməti köçürmə siyasətini həyata keçirmək üçün 
Orta Asiyanın yerli əhalisindən xeyli torpaq sahəsi müsadirə 
etmişdi. Əslində çar Rusiyasının torpaq siyasəti Orta Asiyanın 
bütünlüklə Rusiyanın müstəmləkəsinə çevrilməsi, bölgədə gəl-
mələrin yerləşdirilməsi, ruslaşdırma siyasətinin aparılması 
məqsədi ilə həyata keçirilirdi. Çar Rusiyasının köçürmə siya-
səti həm də hərbi-strateji və siyasi xarakter daşıyırdı. 
Orta Asiyada əvvəllər hərbi-strateji məqsədlər üçün çə-
kilən dəmir yolları indi ölkənin iqtisadi inkişafında da böyük 
rol oynayırdı. Zakaspi dəmiryolu 1885-ci ildə Aşqabad, 1888-
ci ildə Səmərqənd, 1898-ci ildə Daşkənd və 1899-cu ildə isə 
Ə
ndicana çatdırıldı. 1899-cu ildə inşasına başlanan Orenburq-


22
Daşkənd dəmiryol xətti 1906-cı ildən istifadəyə verilmişdi. 
Rusiyanın kapitalist təsərrüfatının tələbatı elmin və ictimaiy-
yətin diqqətini Orta Asiyanın təbii sərvətlərinin öyrənilməsinə 
və ondan istifadə edilməsinə cəlb edirdi. Xəzər dənizinin 
Türkmənistan sahillərində və Fərqanədə neft çıxarılması işləri-
nə başlanılmışdı. Orta Asiyada pambıqçılığın inkişafı, xüsusilə 
böyük əhəmiyyət kəsb edirdi. Pambıqçılığın inkişafı daxili 
Rusiya bazarının artan tələbatı ilə bağlı idi. Orta Asiya Rusi-
yanın əsas pambıq bazasına çevrilməyə başladı. Türküstanın 
sənayesində iş şəraiti olduqca ağır, əməyin mühafizəsi isə 
lazimi səviyyədə təşkil olunmurdu. Yerli millətlərdən olan 
fəhlələrin vəziyyəti dözülməz idi. Məhz bu səbəbdən də zavod 
fəhlələrinin iqtisadi xarakter daşıyan tətilləri baş verirdi.


23

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin