1. Kursun öyrənilməsinin əhəmiyyəti və məqsədi



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə12/13
tarix08.05.2023
ölçüsü0,68 Mb.
#126557
1   ...   5   6   7   8   9   10   11   12   13
milli exlaq 60s pdf (2)

14.Ailənin mənəvi əsasları. 
Cəmiyyətin mənəviyyatı xeyli dərəcədə ailələrdən asılıdır. Ailə cəmiyyətin 
özəyidir. Ona görə də dövlət maraqlıdır ki, ailələr möhkəm, nikah uğurlu olsun, 
ailədə uşaqlar düzgün tərbiyə alsınlar. Bu da təbiidir. Ailədə tərbiyə olunmuş 
gənclər sabah cəmiyyətdə fəaliyyət göstərəcək, təhsil alacaq, müxtəlif vəzifələr 
tutacaqlar. Onlar mənəviyyatca nə qədər sağlam olsalar, cəmiyətin dayaqları bir o 
qədər sağlam olar. Deməli, cəmiyyətin, dövlətin möhkəmliyi, qüdrətli olması xeyli 
dərəcədə ailələrin möhkəmliyindən, bu ailələrdəki mənəvi və psixoloji iqlimin 
sağlamlığından çox asılıdır. 
Ər və arvadın bir-birinə qarşılıqlı məhəbbəti, bir-birini qarşılıqlı anlaması, 
səmimiyyət, birinin digərinin sevincinə, kədərinə şərik olması, qarşılıqlı kömək, bir-
birinin sağlamlığı qayğısına qalması, eyni zamanda öz övladlarını sevmələri, 
valideynlər və uşaqlar arasında qarşılıqlı anlama şəraitinin olması, ata-anaların öz 
oğul və qızlarının gələcəyi, uğurları naminə çalışmaları, uşaqların öz valideynlərinə 
hörməti və onların nüfuzunu qorumaları ailənin mənəvi əsaslarını təşkil edir. 
Ailənin hər bir üzvü ailənin şərəfini qorumalı, onu nümunəvi ailə kimi 
tanıtmalıdırlar. 
Ailədə kişi bir ər və ata kimi məsuliyyət daşıyır və mənəvi borca malikdir. 
Kişinin öz həyat yoldaşına xeyirxah münasibətindən danışarkən V.Q.Belinski 
yazırdı: “Arvad bizim məşuqəmiz deyil, dostumuzdur, həyat yoldaşımızdır. Ona 
görə də o, lap qocalıb qarı olduqda da biz onu sevməli və ona hörmət etməliyik.” 
Məhz belə səmimi münasibət, qarşılıqlı məsuliyyət hissi hökm sürdükdə ailə öz 
vəzifələrini uğurla həyata keçirə bilir. 
Qadının da bir həyat yoldaşı kimi (arvad) və ana kimi öz borcu, məsuliyyəti 
vardır. Atalarımız təsadüfən deməmişlər: “Kişi gətirməyi, qadın yetirməyi 
bacarmalıdır”, “Kişi fəhlədir, qadın bənna”. Ailədə “mən” hissi “biz” hissinə 
çevrilməlidir. Ailə dövlətin himayəsi altındadır. Hazırda cəmiyyətimizdə, ailədə 
mənəvi münasibətlərin yeni tipi formalaşmışdır. Ailənin əsaslandığı ən mühüm 
prinsiplər kimi, məhəbbət, borc, qarşılıqlı anlama və hörmət, ata-anaların öz 
övladlarının qayğısına qalması və onların tərbiyəsinə fikir verməsidir. 
Ölkəmizdə əksər ailələr niyyətə, mənafeyə görə deyil, qarşılıqlı məhəbbət 
əsasında qurulur. Valideynlərin arasındakı qarşılıqlı hörmət və səmimiyyət eyni 
zamanda uşaqlar üçün ən nümunəvi tərbiyə məktəbinə çevrilir. 


Biz göstərdik ki, ailə gənclərin qarşılıqlı sevgisi əsasında yaranır. Lakin gəlin 
etiraf edək: ailənin möhkəm olması üçün təkcə məhəbbət kifəyət deyil. 
Mümkündür ki, madii mülahizə əsasında qurulan ailə, məhəbbətə görə yaradılan 
ailədən daha uğurlu və möhkəm olsun. Maddi çətinliklər, xarakterlərin, 
temperament tiplərinin fərqli olması, məqamların, mənafelərin uyğun gəlməməsi, 
hövsələsizlik, kənar şəxslərin ailənin işlərinə qarışması ər-arvadın məhəbbətini 
soyuda bilir. Əlbəttə, bu məhəbbət güclü, möhkəm deyilsə. 
Lazımdır ki, ər və arvad ailə qarşısındakı borcunu aydın anlasın, 
məsuliyyətini dərk etsin. Məhəbbət bir-biri qarşısında borc və məsuliyyət 
daşımaqla sıx surətdə bağlıdır. Ər-arvadlıq və ailə borcu çox mühüm mənəvi 
sərvətdir. 
Valideynlər oğullarına həyat yoldaşı axtaranda qızın ailəsinə mənəvi dəyərlər 
baxımından yanaşır.Onun ata-anasının, bacı-qardaşlarının ailədə, cəmiyyətdə, 
məhəllədə, işdə mövqeyi necədir, tərbiyələri necədir; ər-arvadin bir-birinə, 
uşaqlarına münasibətləri, ailənin tərbiyəvi potensialı, mənəvi və psixoloji iqlimi 
necədir? 
Qıza elçi gələndə də oğlan evi barədə məlumat toplayırlar. Bu da təbiidir. 
Valideynlər qızlarının necə bir ailədə yaşayacağını, bu ailədə qarşılıqlı 
münasibətlərin əxlaq normalarina uyğun qurulub-qurulmadığını bilmək istəyirlər. 
Oğlanın özünün və valideynlərinin ailə borcuna necə əməl etdiklərini, ailə 
qarşısında məsuliyyət daşıyıb-daşımadıqlarını aydınlaşdırmaq istəyirlər. Ailədə 
xoş, səmimi münasibət, bu və ya digər problemlə bağlı ər və arvadın bir-biri ilə 
məsləhətləşməsi, lazim gələrsə, ailənın digər üzvlərinin-oğlanların və qızların, 
baba və nənənin fikrini öyrənmək ailənin mənəvi dayaqlarını möhkəmləndirir.
Gəlin nəticə çıxaraq. Ailədə mənəvi atmosferin uğurlu olması bizim hər 
birimizdən asılıdır. Lakin ər və arvad müəyyən bir qərara gəldikdə, hər şeydən 
əvvəl ailənin mənafeyini, uşaqların taleyini düşünməlidirlər.



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin