MüƏLLİFDƏN


MÜSƏLMAN İCMASI QURANA ƏLAVƏLƏR



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə159/182
tarix11.11.2023
ölçüsü2,73 Mb.
#132360
1   ...   155   156   157   158   159   160   161   162   ...   182
EL-BEYAN 1 Cİ CİLD

MÜSƏLMAN İCMASI QURANA ƏLAVƏLƏR 
OLUNMAMASINA İSTİNAD EDİRLƏR 
Əgər Quranın Peyğəmbərdən (s) sonrakı dövrlərdə yığılmasına 
dair nəql olunmuş rəvayətləri mötəbər hesab edəriksə, belə ki, 
(təhrif nəzəriyyəsinin tərəfdarları bunu iddia edirlər) Quranın təhrif 
olunmasına dair irəli sürülmüş nəzəriyyələrin genişlənməsinə 
lazımı şərait yaratmış olarıq. Belə olduqda təhrif istər nöqsan və ya 
ixtisara salma ilə, istərsə də əlavə etmək yolu ilə olsun, bunun heç 
bir fərqi olmayacaqdır. 
Əgər Peyğəmbər (s) Quranın yığılmasına şəxsən nəzarət 
etməsəydi, sonrakı dövrlərdə təbii ki, oraya bəzi əlavələr və ya 


251 
ixtisarlar olunardı. Bu isə Quranın əzəmətinə xələl gətirə bilərdi. Bir 
halda ki, müsəlman icması bu nəzəriyyəni qətiyyətlə rədd edir və 
yalnız Quranın toxunulmamazlığına istinad edir. Belə bir tərz-
təfəkkür bu məzmunda (təhrifə dair) nəql olunmuş rəvayətlərlə 
ziddiyyət təşkil etdiyi üçün bunu, rəvayətlərin növbəti zəif 
xüsusiyyətlərindən biri kimi qəbul etməliyik. 
İRAD VƏ CAVAB 
Bəziləri deyə bilər ki, Quran qeyri-adi xüsusiyyətlərə (bu 
xüsusiyyətlərdən biri də orada istifadə olunan ifadələrdir) malik 
olduğu üçün, oraya Quran ayələrindən savayı hər hansı bir ifadə və 
ya kəlmə əlavə olunarsa, dərhal özünü büruzə verər və həqiqi 
ayələrdən fərqlənər. Bu xüsusiyyətlərinə görə Quranın təhrif 
olunub-olunmamasını bilmək, bizim üçün heç də çətin 
olmayacaqdır. 
Başqa sözlə desək, Quranın, əsas meyar hesab etdiyimiz 
möcüzəvi xüsusiyyətləri (ecazı) bütün biganə ifadələrin Qurana 
əlavə olunmasının qarşısını alacaqdır. Nöqsan və ixtisara gəldikdə 
isə, biz bu xüsusiyyətləri əsas meyar hesab edə bilmərik. Çünki, 
əldə olunmayan bir şeyi hər hansı bir meyar ilə müqayisə və ya 
tətbiq edə bilmərik. Bu səbəbdən də təhrif nəzəriyyəsinin 
tərəfdarları Qurana əlavələrin edilməsi fərziyyəsini inkar etsələr də, 
nöqsan və çatışmamazlığa yol verildiyini qəbul edirlər. 
Cavab: 
Quran özünün ecaz və bəlağəti ilə, oraya hər hansı bir 
surənin əlavə olunmasının qarşısını ala bilibsə də, bir və ya iki 
cümlənin (xüsusilə, əgər qısa olarsa) əlavə olunmasının qarşısını ala 
bilməyib. Əgər bu iş mümkün olsaydı, iki nəfərin şəhadətinə heç bir 
ehtiyac duyulmazdı. Və belə olduqda ayələr bəlağət və özünün 
qeyri-adi xüsusiyyətləri ilə digər ifadələrdən fərqlənərdi. 
Belə bir qənaətə gəlirik ki, Quranın Peyğəmbərdən (s) sonrakı 
dövrlərdə yığılmasını qəbul edənlər təbii ki, təhrif nəzəriyyəsinə 
istinad edəcəklər və bizə məlumdur ki, təhrif deyildikdə Qurana 
edilən əlavələr nəzərdə tutulur. Bu isə qeyd etdiyimiz kimi 
müsəlman icmasının etiqad və əqidəsi ilə tamamilə ziddiyyət təşkil 
edir. 


252 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin