261
Bu səbəbdən də Quran ayələrini tam şəkildə dərk edib, kimsəyə
açıqlamaq, sirlərinə agah olmaq Peyğəmbər, övliya və onların sadiq
davamçılarından savayı kimsəyə nəsib olmayıb. Bütün bunları
nəzərə alaraq, imam Sadiq (ə)-ın Əbu Hənifəyə etdiyi xəbərdarlığı
heç
də belə qəbul etmək olmaz ki, o hətta «Qul hu vəllahu əhəd»
(De ki, O Allah birdir) kimi sadə ayələri belə başa düşməmişdir.
2. QURAN ŞƏXSİ RƏY ƏSASINDA TƏFSİR
OLUNMAMALIDIR
Quranın zahiri mənalarının höccət olmadığını iddia edən şəxslər
deyirlər: Quranın zahiri mənasına istinad edərək ayələri təfsir
etmək, şəxsi rəy və nəzər əsasında təfsir etmək deməkdir. Bir halda
ki, bir çox mütəvatir rəvayətlərdə Quranın şəxsi rəy əsasında təfsir
edilməsi qətiyyətlə qadağan olunmuşdur.
Cavab:
Bir qədər əvvəl qeyd etdik ki, təfsir dedikdə biz, ayələrin
həqiqi mənalarının üzə çıxarılmasını və ayələrin anlamında mövcud
olan çətin ifadə və müəmmaların hamısının başa düşüləcək bir
tərzdə izah olunması nəzərdə tutulur. Çünki,
ayələrin zahiri
mənalarında heç bir anlaşılmazlıq nəzərə çarpmır.
Ayələrin zahiri mənası təfsir adlandırılsa belə, biz onu şəxsi rəy
və nəzər əsasında yazılmış təfsir kimi qəbul etməməliyik. Belə bir
təfsir və onun məfhumu, ümumi kütlənin anlayacağı
və dərk edə
biləcəyi təfsirdir.
Məsələn, əgər Nəhcül-bəlağədə Əli (ə)-ın oxuduğu dərin mənalı
xütbələrdən birini çox sadə ifadələrlə tərcümə edəriksə, biz onu
ümumi kütlənin başa düşə biləcəyi tərzdə bəyan etmiş oluruq. Və
belə bir təfsiri biz, şəxsi rəy əsasında
olunmuş təfsir
adlandırmamalıyıq. Bu səbəbdən də imam Sadiq (ə) həmən mətləbə
toxunaraq buyurur: Camaat mütəşabih ayələrin batini və həqiqi
mənalarını dərk edə bilməyib, özlərini böyük çətinliyə düçar
etmişlər. Onlar ayələrin batini mənalarına yol tapmadıqda, onu
istədikləri kimi təfsir etmiş və özlərini ilahi övliyalardan ehtiyacsız
güman etmişlər.
Buna görə də, ayələrin həqiqi mənalarını
soruşmağı belə özlərinə rəva bilməmişlər.
262
Quranın şəxsi rəy və nəzər əsasında təfsir olunmasının imam
Sadiq (ə)-ın nöqteyi-nəzərindən haram buyrulduğu, nəql olunmuş
rəvayətlərdən bir daha bizə bəlli oldu. Quranın təfsirini öz öhdəsinə
götürmüş şəxs, ilk növbədə Peyğəmbərin (s) tövsiyələrinə əməl
edərək Əhli-beytə (ə) müraciət etməli və onların buyurduqlarından
ilham almalıdır. Onlar bəşəriyyətin
ilham və hidayət mənbəyi
olduqları bir halda, kimsə Quranın zahiri mənaları ilə qənaətlənərək
şəxsi rəy və nəzər əsasında ilahi qanunlara dair hökm və fitva sadir
etməməlidir.
Əgər hər hansı bir müfti (fiqh alimi, dini rəhbər) və ya müfəssir,
imamların Quran ayələrinə verdikləri izahatları, əlavə və istisna
qanunları nəzərə almadan ayələrin zahiri mənalarına və ümumi
qanunlara
istinad edərsə, Quranı özünün şəxsi rəyi əsasında təfsir
etmiş olur. Bir halda ki, nəql olunmuş bir çox rəvayətlərdə Quranın
şəxsi rəy əsasında təfsir olunması qətiyyətlə pislənmiş və belə
üsulun ilahi qanunlara zidd olduğu bildirilmişdir.
Qeyd etdiklərimizdən belə məlum olur ki, Əhli-beytin (ə)
Quranın təfsirinə dair verdikləri izahatları nəzərə alaraq, yenidən
onun zahiri mənalarına istinad etmək, onu nəinki şəxsi rəy əsasında
olunmuş təfsir, hətta adi bir təfsir adlandırmaq belə olmaz.
Bütün bunları nəzərə alaraq qeyd etmək lazımdır ki, Quranın
zahiri mənasına istinad olunmasının düzgünlüyünə dəlalət edəcək
bir çox rəvayət nəql olunmuşdur.
Bu iki qrup rəvayətlərdən belə bir nəticəyə gəlmək olur ki,
Quranın şəxsi rəy ilə təfsir olunması,
onun kəlmələrinin zahiri
mənalarına əməl etmək deyil; onlardan birincisi (şəxsi rəylə təfsir)
haram, ikincisi isə düzgün və təqdirə layiqdir.
Dostları ilə paylaş: